Məhkəmə qərarları › İş №e-2(060)-7103/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7103/2024

12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7103/2024 12.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 07/151 nömrəli orderin hüquq müəyyənedici sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 5-ci mkr, ev-4/55, mənzil 49 xx.xx.1986-cı il tarixdə 07/151 nömrəli order əsasında ərizəçiyə verilmişdir. Elə həmin tarixdən də adı orderdə qeyd olunan X2 ilə köçüb hal-hazıradək də həmin mənzildə yaşamışdırlar. Ərizəyə qoşma olunan xx.xx.2024-cü il tarixli bildirişdən də göründüyü kimi xx.xx.2024-cü il tarixdə mənzilə çıxarış əldə etməkdən ötrü xx.xx.1986-cı ildə ərizəçiyə verilmiş 07/151 nömrəli order əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Təəssüflər olsun ki, sözügedən idarə tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilən imtina bildirişində qeyd olunmuşdur ki, mənzilə çıxarış əldə etmək üçün təqdim edilən sənədlərdə ata adında uyğunsuzluq vardır. Ərizəçi bildirmişdir ki, 1986-cı il tarixdə verilən orderdə ata adına səhvən Halay yerinə Alay yazılmışdır, yəni rus əlifbasında “H” hərfinin olmamasından belə nöqsana yol verilmişdir. Bundan başqa ərzəçi bildirir ki, ərizəyə qoşma olunan sifarişli xəbərdarlıq etmə poçt göndərişinin göndərilməsini təsdiq edən qəbzlərdən də görünür ki, məhkəməyə ərizə ilə müraciət etmədən öncə Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 07/151 nömrəli orderdə ata adının dəyişdirilərək Alay əvəzinə Halay qeyd edilməsinin, bu mümkün olmadıqda ata adının Halay oxunması ilə bağlı müvafiq arayış verilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti verilən cavab məktubunda qeyd etdi ki, aparılmış arxiv araşdırması nəticəsində 1986-cı ilə dair sənədlərin mövcud olmadığı səbəbindən məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa ərizəçi bildirir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarımın həyata keçirməsinə ciddi təsir göstərir.Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməyi mümkün deyildir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan keçirilməsini və müqvafiq məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi vəkil Nümayəndə ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-31/2-3306/2024 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil ölmüş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizənizə baxılmışdır. Bununla bağlı olaraq təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.1986-ci il tarixli 07/151 saylı orderdə ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 11.2-ci maddələrinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılmış arxiv araşdırılması nəticəsində 1986-cı ilə dair sənədlərin mövcud olmaması səbəbindən sözügedən məsələyə baxılmasının mümmkün olmadığı bildirilmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhər 5-ci mkr, ev 4/55, mənzil 49 üzrə qeydiyyatdadır. - 023431 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 xx.xx.1960-cı il tarixdə doğulmuş, atası Quliyev Halay Bəhrəm oğlu anası X4r. - AZ 292590 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 xx.xx.1953-cü il tarixdə doğulmuş, atası Quliyev Halay Bəhrəm oğlu anası X4r. 269706 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə doğulmuş, atası Quliyev Halay Bəhrəm oğlu anası X4r. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev X5 ürək çatışmazlığı xəstəliyindən ölmüş bu barədə aktlar qeydi kitabında xx.xx.2004-cü il tarixdə 81 nömrəsi ilə qeyd edilmişdir. - xx.xx.1986-cı il tarixdə 07/151 nömrəli orderdən görünür ki, Sumqayıt şəhər 5-ci mkr, ev-4/55, mənzil 49 Ərizəçi məxsusdur. Beləliklə, Sumqayıt şəhər 5-ci mkr, ev-4/55, mənzil 49 xx.xx.1986-cı il tarixdə 07/151 nömrəli order əsasında ərizəçiyə verilmişdir. Ərizəyə qoşma olunan xx.xx.2024-cü il tarixli bildirişdən də göründüyü kimi xx.xx.2024-cü il tarixdə mənzilə çıxarış əldə etməkdən ötrü xx.xx.1986-cı ildə ərizəçiyə verilmiş 07/151 nömrəli order əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21- 31/2-3306/2024 saylı məktubuna əsasən, təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.1986-ci il tarixli 07/151 saylı orderdə ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il tarixli 07/151 nömrəli orderin hüquq müəyyənedici sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixli 07/151 nömrəli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar