Məhkəmə qərarları › İş №e-2(060)-7258/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7258/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7258/2024 06.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********20127 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 3075.5 (üç min yetmiş beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 307.5 (üç yüz yeddi manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********14650 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon üçün , 966.94 (doqquz yüz altmış altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 96.06 (doxsan altı manat altı qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********17507 SAMSUNG GALAXY A24 markalı telefon üçün 89.86 (səksən doqquz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 8.14 (səkkiz manat on dörd qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS SE qulaqlıq üçün 39.22 (otuz doqquz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 3.78 (üç manat yetmiş səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 4587 manat borcun və 65.87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********20127 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER, İmei kod **********14650 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, İmei kod **********17507 SAMSUNG GALAXY A24 markalı telefon, HUAWEİ FREEBUDS SE qulaqlıq almış və nəticədə 4587 (dörd min beş yüz səksən yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3459.96 (üç min dörd yüz əlli doqquz manat doxsan altı qəpik) manat (18 ay x 192.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********20127 İPHONE 15 PRO markalı telefon, APPLE ADAPTER üçün 3383 (üç min üç yüz səksən üç) manat olmaqla ondan, 3075.5 (üç min yetmiş beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 307.5 (üç yüz yeddi manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2900.8 (iki min doqquz yüz manat səksən qəpik) manat (12 ay x 193.4 manat + 580 manat ilkin ödəniş) olan İmei kod **********14650 SAMSUNG GALAXY S23 ULTRAmarkalı telefon üçün 1063 (bir min altmış üç) manat olmaqla ondan, 966.94 (doqquz yüz altmış altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 96.06 (doxsan altı manat altı qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 447 (dörd yüz qırx yeddi) manat (12 ay x 30 manat + 87 manat ilkin ödəniş) olan İmei kod **********17507 SAMSUNG GALAXY A24 markalı telefonüçün 98 (doxsan səkkiz) manat olmaqla ondan 89.86 (səksən doqquz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 8.14 (səkkiz manat on dörd qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 117.96 (yüz on yeddi manat doxsan altı qəpik) manat (12 ay x 9.83 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS SE qulaqlıq üçün 43 (qırx üç) manat olmaqla ondan 39.22 (otuz doqquz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 3.78 (üç manat yetmiş səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2754.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətddir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 15653997 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********20127 İPHONE 15 PRO markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03856427 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********14650 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02765571 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********17507 SAMSUNG GALAXY A24 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02765570 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HUAWEİ FREEBUDS SE qulaqlıq almışdır. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 4587 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 15653997 nömrəli, xx.xx.2023-cü il tarixli, 03856427 nömrəli, xx.xx.2023-cü il tarixli, 02765571 nömrəli və xx.xx.2023-cü il tarixli, 02765570 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf hər bir müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 4171.52 (3075.5+966.94+89.86+39.22) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, 15653997 nömrəli, xx.xx.2023-cü il tarixli, 03856427 nömrəli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 403.56 (307.5+96.06) manat cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 130 (100+30) manat pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli, 02765571 nömrəli və xx.xx.2023-cü il tarixli, 02765570 nömrəli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 11.92 (3.78+8.14) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumukimi ödədiyi 65.87 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3075,5 (üç min yetmiş beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 966,94 (doqquz yüz altmış altı manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 89,86 (səksən doqquz manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 8,14 (səkkiz manat on dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 39,22 (otuz doqquz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 3,78 (üç manat yetmiş səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 4313,44 (dörd min üç yüz on üç manat qırx dörd qəpik) manat borc və 65,87 (altmış beş manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar