Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7264/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Parmayataq-4 qapılı dolab, Parma-yataq - çarpayı, matras , 2 ədəd Parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyaz-qonaq-kamod, 8 ədəd stul-neo üçün 3191,51 manat ödənilməmiş hissə, 319,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 2 İl Xidməti, “Paket Extra” TV, “Samsung LED” TV üçün, 127,81 manat ödənilməmiş hissə, 12,78 manat cərimə, ümumilikdə 3651,25 manat borc, 56,52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ‘ABC TELECOM " Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “ABC TELECOM " MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən parmayataq-4 qapılı dolab, parma-yataq - çarpayı, matras , 2 ədəd Parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyaz-qonaq-kamod, 8 ədəd stul-neo, X1 2 İl Xidməti, “Paket Extra” TV, “Samsung LED” TV almış və nəticədə 3651,25 (üç min altı yüz əlli bir manat, 25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4772 manat (24 ay x 185 manat + 332 manat ilkin ödəniş) , parma-yataq-4 qapılı dolab, Parma-yataq - çarpayı, matras , 2 ədəd parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyazqonaq-kamod, 8 ədəd stul-neo üçün ümumilikdə 3510,66 manat olmaqla ondan, 3191,51 manat ödənilməmiş hissə, güzəşt olunaraq 319,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1717,48 manat (12 ay x 132.29 manat + 130 manat ilkin ödəniş) olan X1 2 İl xidməti, “Paket Extra” TV, “Samsung LED” TV üçün ümumilikdə, 140,59 manat olmaqla ondan, 127,81 manat ödənilməmiş hissə, güzəşt olunaraq 12,78 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3170,16 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 4772 manat olan Parma-yataq-4 qapılı dolab, Parmayataq - çarpayı, matras , 2 ədəd parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrətekstil, beyaz-qonaq-kamod, 8 ədəd stul-neo almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1717,48 manat olan X1 2 İl xidməti, “Paket Extra” TV, “Samsung LED” TV almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, Parma-yataq-4 qapılı dolab, Parma-yataq - çarpayı, matras , 2 ədəd parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyaz-qonaq-kamod, 8 ədəd stul-neo, X1 2 İl xidməti, “Paket Extra” TV, “Samsung LED” TV Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödəniş 332 manat, aylıq ödəniş 185 manat olmaqla, 4772 manat dəyərində Parma-yataq-4 qapılı dolab, Parma-yataq - çarpayı, matras , 2 ədəd parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyazqonaq-kamod, 8 ədəd stul-neo almış və 1580,49 manat ödəniş etmişdir, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 130 manat, aylıq ödəniş 132,29 manat olmaqla, 1717,48 manat dəyərində X1 2 İl xidməti, “Paket Extra” TV, “Samsung LED” TV almış və 1589,67 manat ödəniş etmişdir. - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Parma-yataq- 4 qapılı dolab, Parma-yataq - çarpayı, matras , 2 ədəd parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyaz-qonaq-kamod, 8 ədəd stul-neo, X1 2 İl xidməti, “Paket Extra” TV, “Samsung LED” TV almış, onların 6489,48 manat olan ümumi dəyərindən 3170,16 manat ödəniş etmiş və nəticədə 3319,32 manat əsas borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyanın alqısatqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də iddiaçının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli kredit müqavilələri üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 319,15 manat və 12,78 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 319,15 manat və 12,78 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3651,25 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 56,52 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Parma-yataq-4 qapılı dolab, Parma-yataq - çarpayı, matras , 2 ədəd parma -yataq-tumba, matras, beyaz-qonaq-masa, süfrə-tekstil, beyaz-qonaq-kamod, 8 ədəd stul-neo üçün 3191,51 manat ödənilməmiş hissə, 319,15 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 2 İl xidməti, “Paket Extra” TV, “Samsung LED” TV üçün 127,81 manat ödənilməmiş hissə, 12,78 manat cərimə borcu, ümumilikdə 3651,25 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 56,52 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-7264/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7264/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver