Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7293/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********89103 İPHONE 13 PRO markalı telefon üçün 3094.48 (üç min doxsan dörd manat qırx səkkiz qəp) manat ödənilməmiş hissə, 309.52 (üç yüz doqquz amnat əlli iki qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən,) İMEİ KODU **********29714 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ JAM CASE SAMSUNG, AİWA İN-EAR ESTM-100BK QULAQLİQ üçün 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəp) manat ödənilməmiş hissə, 32.96 (otuz iki manat doxsan altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********13939 İPHONE 11 markalı telefon, AİWA AT-X80Q qulaqlıq, APPLE 20W USB-C ADAPTER üçün 24.41 (iyirmi dörd manat qırx bir qəp) manat ödənilməmiş hissə, 2.59 (iki manat əlli doqquz qəp) manat cərimə, ümumilikdə 3791 manat borc, 57.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********89103 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********29714 SAMSUNG GALAXYA32 markalı telefon, AKAMİ JAM CASE SAMSUNG, AİWA İN-EAR ESTM-100BK QULAQLİQ və İMEİ KODU **********13939 İPHONE 11 markalı telefon, AİWAAT-X80Q qulaqlıq, APPLE 20W USB-C ADAPTER almış və nəticədə 3791 (üç min yeddi yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3943.98 (üç min doqquz yüz qırx üç manat doxsan səkkiz qəp) manat (18 ay 219.11 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********89103 İPHONE 13 PRO markalı telefon üçün ümumilikdə, 3404 (üç min dörd yüz dörd) manat olmaqla ondan, 3094.48 (üç min doxsan dörd manat qırx səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 309.52 (üç yüz doqquz manat əlli iki qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 986.04 (doqquz yüz səksən altı manat dörd qəp) manat (18 ay x 54.78 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********29714 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ JAM CASE SAMSUNG, AİWA İN-EAR ESTM-100BK QULAQLİQ üçün ümumilikdə, 360 (üç yüz altmış) manat olmaqla ondan, 327.04 (üç yüz iyirmi yeddi manat dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.96 (otuz iki manat doxsan altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2630.88 (iki min altı yüz otuz manat səksən səkkiz qəp) manat (18 ay x 146.16 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********13939 İPHONE 11 markalı telefon, AİWA AT-X80Q qulaqlıq, APPLE 20WUSB-C ADAPTER üçün ümumilikdə, 27 (iyirmi yeddi) manat olmaqla ondan, 24.41 (iyirmi dörd manat qırx bir qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.59 (iki manat əlli doqquz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İPHONE 11 MARKALİ TELEFON, PAKET APPLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL-dən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 2606.47 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 160.54 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 2445.93 manat, ümumilikdə, 2606.47 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 1508.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 03211471 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2630 manat olan İMEİ KODU **********13939 İPHONE 11 markalı telefon, AİWA AT-X80Q qulaqlıq, APPLE 20W USB-C ADAPTER almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 03411560 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 986,04 manat olan İMEİ KODU **********29714 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ JAM CASE SAMSUNG, AİWA İN-EAR ESTM-100BK QULAQLİQ almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 03211522 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 3943,98 manat olan İMEİ KODU **********89103 İPHONE 13 PRO markalı telefon almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********89103 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********29714 SAMSUNG GALAXYA32 markalı telefon, AKAMİ JAM CASE SAMSUNG, AİWA İN-EAR ESTM-100BK QULAQLİQ və İMEİ KODU **********13939 İPHONE 11 markalı telefon, AİWAAT-X80Q qulaqlıq, APPLE 20W USB-C ADAPTER təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 219,11 manat olmaqla, İMEİ KODU **********89103 İPHONE 13 PRO markalı telefon almış və 849,5 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 54,78 manat olmaqla İMEİ KODU **********29714 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ JAM CASE SAMSUNG, AİWA İN-EAR ESTM-100BK QULAQLİQ almış və 659 manat ödəniş etmiş və xx.xx.2022-ci tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 146,16 manat olmaqla, İMEİ KODU **********13939 İPHONE 11 markalı telefon, AİWA AT-X80Q qulaqlıq, APPLE 20W USB-C ADAPTER almış və 2606,47 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 3943,98 manat olan ümumi dəyərindən 849,5 manat ödəniş etmiş və nəticədə 3404 manat borc, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 986,04 manat olan ümumi dəyərindən 659 manat ödəniş etmiş və nəticədə 360 manat borc, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən aldığı malın 2630,88 manat olan ümumi dəyərindən 2606,47 manat ödəniş etmiş və nəticədə 27 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 345,07 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 35 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 3445 (üç min dörd yüz qırx beş) manat 93 (doxsan üç) qəpik ödənilməmiş borc, 35 (otuz beş) manat cərimə borcu, 57 (əlli yeddi) manat 91 (doxsan bir) qəpik dövlət rüsumu, cəmi 3538 (üç min beş yüz otuz səkkiz) manat 84 (səksən dörd) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-7293/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7293/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver