Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7301/2025 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********41779 İPHONE 16 PRO markalı telefon, İMEİ KODU **********02533 İPHONE 16 PRO MAX markalı telefon və İMEİ KODU **********74393 İPHONE 16 PRO MAX markalı telefon almış və nəticədə 9440.32 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3396 manat (12 ay x 283 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********01779 İPHONE 16 PRO üçün mumilikdə, 3759.20 (üç min yeddi yüz əlli doqquz manat, 20 qəpik) manat olmaqla ondan, 3396(üç min üç yüz doxsan altı manat) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 339.60 (üç yüz otuz doqquz manat, 60 qəpik) manat dəbbə,xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3697.2 (üç min altı yüz doxsan yeddi manat, 20 qəpik) manat (12 ay x 238.1manat+ 840 manat ilkin ödəniş) olan İMEİ Kod **********02533 İPHONE 16 PRO MAX üçün ümumilikdə, 3166.52 (üç min yüz altmış altı manat, 52 qəpik) manat olmaqla ondan, 2857.2 (iki min səkkiz yüz əlli yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (İyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 285.72 (iki yüz səksən beş manat, 72 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3686 (üç min altı yüz səksən altı manat) manat (12 ay x 190.5 manat 1400 manat ilkin ödəniş) olan İMEİ Kod **********74393 İPHONE 16 PRO MAX üçün ümumilikdə, 2514.60 (iki min beş yüz on dörd manat, 60 qəpik) manat olmaqla ondan, 2286 (iki min iki yüz səksən altı manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 228.60 (iki yüz iyirmi səkkiz manat, 60 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2240 manat təşkil edir. İddiaçının tələbi:
2. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3396 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum,339.60 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2857.2 manat ödənilməmiş hissə, X1 ödənilmiş 23.6 manat rüsum, 285.72 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2286 manat ödənilməmiş hissə, 228.60 manat cərimə, ümumilikdə 9440.32 manat borc və 114.41 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Tərəflərin izahatı:
4. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, SMS qaydasında məlumatlandırılmış, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh iddiaçıdan İMEİ KODU **********41779 İPHONE 16 PRO markalı telefon almışdır. Satılan malın qiyməti 3396 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh İMEİ KODU **********02533 İPHONE 16 PRO MAX markalı telefon almışdır. Satılan malın qiyməti 3697.20 manat təşkil etmişdir.xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh İMEİ KODU **********74393 İPHONE 16 PRO MAX markalı telefon almışdır.Satılan malın qiyməti 3686 manat təşkil etmişdir.
8. xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh tərəfindən İMEİ KODU **********41779 İPHONE 16 PRO markalı telefon qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olunmuş satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh tərəfindən İMEİ KODU **********02533 İPHONE 16 PRO MAX markalı telefon qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli alqısatqı müqaviləsinə əlavə olunmuş satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh tərəfindən İMEİ KODU **********74393 İPHONE 16 PRO MAX markalı telefon qüsursuz halda təhvil alınmışdır.
9. Cavabdeh xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 283 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 238.1 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 190.5 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
10. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli bildirişlərə əsasən, müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
11. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi ödədiyi məbləğ 0 manat, ödənilməmiş məbləğ 3396 manat, dəbbə borcu 339.60 manat olmaqla, ümumilikdə 3759.20 manat borcu vardır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi ödədiyi məbləğ 840 manat, ödənilməmiş məbləğ 2857.2 manat, dəbbə borcu 285.72 manat olmaqla, ümumilikdə 3166.52 manat borcu vardır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi ödədiyi məbləğ 1400 manat, ödənilməmiş məbləğ 2286 manat, dəbbə borcu 228.60 manat olmaqla, ümumilikdə 2514.60 manat borcu vardır.
12. 19.09.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
13. 09 okyabr 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İMEİ KODU **********41779 İPHONE 16 PRO markalı telefon, İMEİ KODU **********02533 İPHONE 16 PRO MAX markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələbetmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik)üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakinhakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM Maddə 601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapır.
18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
19. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsindəhissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşinhallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq hər üç müqavilə üzrə göstərilən cərimə 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq hesab edir. (MM m.467)
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3396 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2857.2 manat ödənilməmiş hissə, X1 ödənilmiş 23.6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2286 manat ödənilməmiş hissə, hər üç müqavilə üzrə 50 manat cərimə olmaqla, ümumilikdə 8636.4 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalı,qalan hissədə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri: 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106.36 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3396 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2857.2 manat ödənilməmiş hissə, X1 ödənilmiş 23.6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2286 manat ödənilməmiş hissə, hər üç müqavilə üzrə 50 manat cərimə olmaqla, ümumilikdə 8636.4 (səkkiz min altı yüz otuz altı manat qırx qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106.36 (bir yüz altı manat otuz altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. 4.İddia qalan hissədə təmin edilməsin. 5.Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Aynur Behbudova