Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7520/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 896,89 manat borcun (abonent kodu: **********360) və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsinə verilmiş tələbi təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin göstərişinə uyğun olmadığından iddianın sadələşdirilmiş qaydada baxılması yolverilməzdir. Odur ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X1 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın . İddiaçıya hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında iddia tələbi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-7520/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7520/2024
07.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver