Məhkəmə qərarları › İş №e-2(060)-7579/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7579/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7579/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, RONDO Divan üçün 882.8 (səkkiz yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, VENETSİYA FS-5 Mebel, NEVADA - QONAQ - MASA üçün 282.2 (iki yüz səksən iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********18815 SAMSUNG GALAXY A12 markalı telefon üçün 246.4 (iki yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, NEVRESİM TAKİMİ - TEKSTİL, NEVRESİM TAKİMİ - TEKSTİL üçün 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, NEVRESİM TAKİMİ - TEKSTİL üçün 49.5 (qırx doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 21.1 (iyirmi bir manat on qəpik) manat ödənilməmiş hissə olmaqla ümumilikdə, 1626 manat borc və 36.26 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, RONDO Divan, VENETSİYA FS-5 Mebel, NEVADA - QONAQ - MASA, İMEİ KOD **********18815 SAMSUNG GALAXY A12 markalı telefon, NEVRESİM TAKİMİ - TEKSTİL, NEVRESİM TAKİMİ - TEKSTİL, NEVRESİM TAKİMİ – TEKSTİL, HOFFMANN LED TV üçün 1626 (bir min altı yüz iyirmi altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1444.8(bir min dörd yüz qırx dörd manat səksən qəpik) manat (24 ay x 60.2 manat + 0 manat ilkin ödəniş) RONDO Divan üçün ümumilikdə, 882.8(səkkiz yüz səksən iki manat səksən qəpik) manat olmaqla ondan, 882.8(səkkiz yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 907.2(doqquz yüz yeddi manat iyirmi qəpik) manat (24 ay x 37.8 manat + 0 manat ilkin ödəniş) VENETSİYA FS-5 Mebel, NEVADA- QONAQ – MASA üçün ümumilikdə, 282.2(iki yüz səksən iki manat iyirmi qəpik) manat olmaqla ondan 282.2(iki yüz səksən iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 428.4(dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat (12 ay x 35.7 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********18815 SAMSUNG GALAXY A12 markalı telefoünçün ümumilikdə, 246.4(iki yüz qırx altı manat qırx qəpik) manat olmaqla ondan 246.4(iki yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 353(üç yüz əlli üç) manat (12 ay x 28 manat + 17 manat ilkin ödəniş) NEVRESİM TAKİMİ - TEKSTİL, NEVRESİM TAKİMİ – TEKSTİL üçün ümumilikdə, 144(bir yüz qırx dörd) manat olmaqla ondan, 144(bir yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 159.5 (bir yüz əlli doqquz manat əlli qəpik) manat (11 ay x 14.5 manat + 0 manat ilkin ödəniş) NEVRESİM TAKİMİ – TEKSTİL üçün ümumilikdə, 49.5(qırx doqquz manat əlli qəpik) manat olmaqla ondan, 49.5(qırx doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 736.2(yeddi yüz otuz altı manat iyirmi qəpik) manat (18 ay x 40.9 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə, 21.1(iyirmi bir manat on qəpik) manat olmaqla ondan, 21.1(iyirmi bir manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2403.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22326547 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Nevresim Takımı - Tekstil almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22461330 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Nevresim Takımı - Tekstil almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22473525 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei Kod **********18815 Samsung Galaxy A12 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21276461 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən RONDO Divan almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20299369 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Venetsiya Fs-5 Mebel, Nevada - Qonaq - Masa almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20299525 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED TV almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilələr üzrə cəmi 1626 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıarı sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələri üzrə yaranmış 1626 (882.8+282.2+246.4+144+49.5+21.1) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 36.26 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 882,8 (səkkiz yüz səksən iki manat səksən qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 282,2 (iki yüz səksən iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 246,4 (iki yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 49,5 (qırx doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 21,1 (iyirmi bir manat on qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1626 (bir min altı yüz iyirmi altı) manat borc və 36,26 (otuz altı manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar