Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7606/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matras üçün 163 (yüz altmış üç) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 3 ƏDƏD PANEL RADİATORU DEMİR DOKUM üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 242 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq “ABC TELECOM Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matras, PANEL RADİATORU DEMİR DOKUM 3 ədəd almış və nəticədə 242 (iki yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4677 (dörd min altı yüz yetmiş yeddi) manat (20 ay 233 manat + 17 manat ilkin ödəniş) LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matrasüçün ümumilikdə, 163 (yüz altmış üç) manat olmaqla ondan, 163 (yüz altmış üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 (üç yüz yetmiş səkkiz) manat (12 ay x 31,5 manat + 0 manat ilkin ödəniş) PANEL RADİATORU DEMİR DOKUM 3 ƏDƏD üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matrasdan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 316 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2820 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1694 manat, ümumilikdə, 4514 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 299 manat təşkil edir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00985579 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 4677 (dörd min altı yüz yetmiş yeddi) manat olan LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matras almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matrasdan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 316 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 00985579 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) manat olan 3 ƏDƏD DEMİR DOKUM PANEL RADİATORU almışdır. - xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, ƏDƏD DEMİR DOKUM PANEL RADİATORU Cavabdeh təhvil verilmişdir. - xx.xx.2019-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matras Cavabdeh təhvil verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matrasdan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 316 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 ay müddətinə, 17 manat ilkin ödənişlə, aylıq ödəniş 233 manat olmaqla, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matras almış, həmin müqaviləyə əsasən LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matrasdan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 316 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmış və 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 31,5 manat olmaqla 3 ƏDƏD DEMİR DOKUM PANEL RADİATORU almış və cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2820 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1694 manat, ümumilikdə, 4514 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 299 manat təşkil edir. - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən alınan malların 5055 manat olan ümumi dəyərindən cəmi 4813 manat ödəniş etmiş və nəticədə 242 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2019-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 5055 manat ümumi dəyərindən cəmi 4813 manat ödəniş etmiş və nəticədə 242 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 242 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh:
1. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LOFT Termo 2 ədəd, LOFT Çarpayı 2 ədəd, LOFT Gənc Çarpayı, LOFT Dolab, Uretan Matras üçün 163 (yüz altmış üç) manat ödənilməmiş borc,
2. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 3 ƏDƏD PANEL RADİATORU DEMİR DOKUM üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş borc, ümumilikdə 242 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov