Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-763/2023 27.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 460 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1981-ci ildə, Qubadlı rayonu, Əhmədli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, “MERCEDES E350 CGİ” markalı, 10–UT–515 dövlət nömrə nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. PXA87083 saylı sığorta aktında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli sığorta hadisəsi nəticəsində “MERCEDES E350 CGİ” markalı, 10–UT–515 dövlət nömrə nişanlı avtomobillə “KİA OPTİMA” markalı, 50–DR–023 dövlət nömrə nişanlı avtomobil toqquşmuş və “KİA OPTİMA” markalı, 50–DR–023 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı X1 460 manat sığorta ödənişi edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilmişdir ki, mülkiyyətçisi və sürücüsü cavabdeh olan “MERCEDES E350 CGİ” markalı, 10–UT–515 dövlət nömrə nişanlı avtomobillə mülkiyyətçisi X2 olan “KİA OPTİMA” markalı, 50–DR–023 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “KİA OPTİMA” markalı, 50–DR– 023 dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. xx.xx.23021ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktında “KİA OPTİMA” markalı, 50–DR–023 dövlət nömrə nişanlı avtomobilə təmir prosesində icra olunmalı təmir-xidmət işlərinin dəyəri 460 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə 7 təqvim günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi cavabdeh “MERCEDES E350 CGİ” markalı, 10–UT–515 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və mülkiyyətçisi olmaqla xx.xx.2021-ci il il tarixli yolnəqliyyat hadisəsinin iştirakçısı kimi cavabdehə məxsus olan “KİA OPTİMA” markalı, 50– DR–023 dövlət nömrə nişanlı avtomobilə zərər vurulmasına görə Sumqayıt şəhər DYPŞnin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla və eyni tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ hallarda yaranır (25.1.). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (63.1.). İşdən göründüyü kimi cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmış və buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan qiymətləndirmə aktına əsasən cavabdeh tərəfindən ödənilməli olan məbləğin 460 manat olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən “KİA OPTİMA” markalı, 50–DR– 023 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 460 (dörd yüz altmış) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-763/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-763/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver