Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7640/2025 22.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********57615 olan “Samsung Galaxy A16”, Paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti, vinil şəffaf, “Samsung Charger” markalı əşya, qızıl zəmanət ultra 2 il xidməti, Paket L xidməti, İmei kodu **********53546 olan “Samsung Galaxy A16” almış və nəticədə 1418,67 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 665,82 manat olan İmei kodu **********57615 oaln “Samsung Galaxy A16”, Paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti, vinil şəffaf, “Samsung Charger” markalı əşya üçün ümumilikdə 732,40 olmaqla, ondan 665,82 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66,58 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 623,88 manat olan qızıl zəmanət ultra 2 il xidməti, Paket L xidməti, İmei kodu **********53546 oaln “Samsung Galaxy A16” markalı telefon üçün ümumilikdə 686,27 manat olmaqla, ondan 623,88 manat ödənilməmiş hissə, güzəşt olunaraq 62,39 manat cərimə miqdarında borc yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********57615 olan “Samsung Galaxy A16” markalı telefon, Paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti, vinil şəffaf, “Samsung Charger” markalı əşya üçün 665,82 manat ödənilməmiş hissə, 66,58 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il xidməti, Paket L xidməti, İmei kodu **********53546 olan “Samsung Galaxy A16” markalı telefon üçün 623,88 manat ödənilməmiş hissə, 62,39 manat cərimə olmaqla, ümumilikdə 1418,67 manat borc, 34,19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli (xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əlavə) müqavilədən görünür ki, "xxxx" MMC qızıl zəmanət ultra 2 il xidmətini, Paket L xidməti, İmei kodu **********53546 olan “Samsung Galaxy A16” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 623,88 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə, hər ay müvafiq olaraq 34,66 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli (xx.xx.2024-cü il tarixli, ********** saylı müqaviləyə əsasən) müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********57615 olan “Samsung Galaxy A16”, Paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti, vinil şəffaf, “Samsung Charger” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 665,82 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə, hər ay müvafiq olaraq 36,99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 03 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 665,82 manat əsas, 66,58 manat cərimə borcu, cəmi 732,40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 623,88 manat əsas, 62,39 manat cərimə borcu, cəmi 686,27 manat, ümumilikdə 1418,67 manat ödənilməmiş borcu vardır.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
14. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 33,1 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə (“Samsung Galaxy A16”, Paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti, vinil şəffaf, “Samsung Charger” markalı əşya üçün) 665,82 (altı yüz altmış beş manat, səksən iki qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, cəmi 685,82 (altı yüz səksən beş manat, səksən iki qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (qızıl zəmanət ultra 2 il xidmətini, Paket L xidməti, İmei kodu **********53546 olan “Samsung Galaxy A16” markalı telefon üçün) 623,88 (altı yüz iyirmi üç manat, səksən səkkiz qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, cəmi 643,88 (altı yüz qırx üç manat, səksən səkkiz qəpik) manat, ümumilikdə 1329,7 (bir min üç yüz iyirmi doqquz manat, yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə (“Samsung Galaxy A16”, Paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti, vinil şəffaf, “Samsung Charger” markalı əşya üçün) 665,82 (altı yüz altmış beş manat, səksən iki qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, cəmi 685,82 (altı yüz səksən beş manat, səksən iki qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (qızıl zəmanət ultra 2 il xidmətini, Paket L xidməti, İmei kodu **********53546 olan “Samsung Galaxy A16” markalı telefon üçün) 623,88 (altı yüz iyirmi üç manat, səksən səkkiz qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, cəmi 643,88 (altı yüz qırx üç manat, səksən səkkiz qəpik) manat, ümumilikdə 1329,7 (bir min üç yüz iyirmi doqquz manat, yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva