Məhkəmə qərarları › İş №e-2(060)-7642/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7642/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7642/2025 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, Cavabdehnın iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,00 MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, “APPLE” markalı adapter, paket xxxl xidməti, 2 ədədplaystation 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidməti, “X5 13” MARKALİ kompüter paket combomax xidməti, zəmanət + 1 il xidməti almış, nəticədə 10716,99 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5161,92 manat (24 ay x 215,08 manat) olan İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, “APPLE” markalı adapter, paket xxxl xidmət üçün ümumilikdə 5657,71 manat olmaqla, ondan 5121,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, müştəriyə güzəşt olunaraq 512,19 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3266,46 manat (18 ay x 141,47 manat + 720 manat ilkin ödəniş) olan 2 ədəd playstatison 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidmət üçün ümumilikdə 2757,11 manat olmaqla, ondan 2506,46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 250,65 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2582,88 manat (24 ay x 88,87 manat + 450 manat ilkin ödəniş) olan “X5 13” markalı kompüter, Paket Combomax Xidməti,Zəmanət + 1 il xidmət üçün ümumilikdə 2302,17 manat olmaqla, ondan 2092,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 209,29 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1290 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, APPLE adapter, paket xxxl xidmət üçün 5121,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 512,19 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd playstation 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidməti üçün 2506,46 manat ödənilməmiş hissə, 250,65 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, X5 13 markalı kompüter, Paket Combomax Xidməti, zəmanət + 1 il xidmət üçün 2092,88 manat ödənilməmiş hissə, 209,29 manat dəbbə, ümumilikdə 10716,99 manat borc, 122,15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu iclasla bağlı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qismən qəbul edərək, iddia tələbinin cərimə hissədə azaldılmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı MMC (“ABC”) ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5745 saylı müqavilədən və ona əlavədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı xidmət(lər)i müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq “ABC”-yə sifariş verir, “ABC” həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir. Müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”-yə ödəyir. Müştəri qəbul və bəyan edir ki, ***-***-**-** mobil nömrəsi onun istifadəsindədir. Müştəri həmçinin, bu mobil nömrələrdən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh istifadəsində olan **********51 mobil nömrəsindən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, APPLE adapter, paket xxxl xidmətini təhvil almışdır.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən 24 ay müddətinə hər ayın 16-ı olmaqla, hər ay 215,08 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh istifadəsində olan **********51 mobil nömrəsindən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 2 ədəd playstation 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidmətini təhvil almışdır.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən 18 ay müddətinə hər ayın 15-i olmaqla, hər ay 141,47 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh istifadəsində olan **********51 mobil nömrəsindən göndərilən sms məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin mobil nömrədən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh X5 13 markalı kompüter, Paket Combomax Xidməti, zəmanət + 1 il xidmətini təhvil almışdır.

17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən 24 ay müddətinə hər ayın 17-si olmaqla, hər ay 88,47 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

18. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 31 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 5121,92 manat ödənilməmiş hissə, İnnovativ layihələr mərkəzinə 23,60, 512,19 manat dəbbə pulu, ümumilikdə 5657,71 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2506,46 manat ödənilməmiş hissə, 250,65 manat dəbbə pulu, ümumilikdə 2757,11 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2092,88 manat ödənilməmiş hissə, 209,29 manat dəbbə pulu, cəmi 2302,17 manat, ümumilikdə 10716,99 manat ödənilməmiş borcu vardır.

19. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 31 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İmei kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə X1 23,60 manat pul ödənilmişdir.

20. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdehnın iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

24. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

25. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

26. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə iddia tələbinin "xxxx" MMC-nin Cavabdeh məhkəmə xərcləri olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manatın alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən çəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər.

30. Hazırki vəziyyətdə isə "xxxx" MMC-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrinə istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

31. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

32. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, APPLE adapter, paket XXXL xidməti üçün) dəbbə pulu 200 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (2 ədəd playstation, 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidməti üçün) dəbbə pulu 100 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (“X5 13” markalı kompüter, Paket Combomax Xidməti, zəmanət + 1 il xidmət üçün) dəbbə pulu 70 manat məbləğində müəyyən edilməlidir.

33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 120,28 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir

35. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə (İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, APPLE adapter, paket XXXL xidməti üçün) 5121,92 (beş min yüz iyirmi bir manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 5321,92 (beş min üç yüz iyirmi bir manat, doxsan iki qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (2 ədəd playstation, 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidməti üçün) 2506,46 (iki min beş yüz altı manat, qırx altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 2606,46 (iki min altı yüz altı manat, qırx altı qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (“X5 13” markalı kompüter, Paket Combomax Xidməti, zəmanət + 1 il xidmət üçün) 2092,88 (iki min doxsan iki manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu, cəmi 2162,88 (iki min bir yüz altmış iki manat, səksən səkkiz qəpik) manat, ümumilikdə 10.091,26 (on min doxsan bir manat, iyirmi altı qəpik) manat məbləğində pul və 120,28 (bir yüz iyirmi manat, iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə (İMEİ kodu **********48730 olan “İPHONE 16 PRO MAX” markalı telefon, APPLE adapter, paket XXXL xidməti üçün) 5121,92 (beş min yüz iyirmi bir manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 5321,92 (beş min üç yüz iyirmi bir manat, doxsan iki qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (2 ədəd playstation, 5 oyun konsolu, 2 ədəd zəmanət + 3 il xidməti üçün) 2506,46 (iki min beş yüz altı manat, qırx altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 2606,46 (iki min altı yüz altı manat, qırx altı qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə (“X5 13” markalı kompüter, Paket Combomax Xidməti, zəmanət + 1 il xidmət üçün) 2092,88 (iki min doxsan iki manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu, cəmi 2162,88 (iki min bir yüz altmış iki manat, səksən səkkiz qəpik) manat, ümumilikdə 10.091,26 (on min doxsan bir manat, iyirmi altı qəpik) manat məbləğində pul və 120,28 (bir yüz iyirmi manat, iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar