Məhkəmə qərarları › İş №e-2(060)-7666/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7666/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7666/2024 23.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 248,4 manat əsas, 74,5 manat cərimə borcu olmaqla, cəmi 322,9 manat borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 106,7 manat əsas, 32 manat cərimə borcu olmaqla, cəmi 138,7 manat borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1924,9 manat əsas, 577,4 manat cərimə borcu olmaqla, cəmi 2502,3 manat borcun, ümumilikdə üç müqavilə üzrə 2280 manat əsas, 683,9 manat cərimə, 2963,9 manat cəmi borcun və 49,63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilələr bağlanmışdır. Cavabdeh alqı-satqı qiyməti 612,40 manat olan «Samsung» markalı mobil telefon, akumluyator, 2 ədəd aksessuar, alqı-satqı qiyməti 338,70 manat olan «Honor» markalı mobil telefon və alqı-satqı qiyməti 3299,90 manat olan «İphone 15Pro» markalı mobil telefon almışdır. Tərəflər xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 12 ay müddətində hər ay 52 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 12 ay müddətində hər ay 29 manat məbləğində və xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 12 ay müddətində hər ay 275 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər. xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 104 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 58 manat məbləğində və xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən əsas borc üzrə 545,10 manat məbləğində son ödəniş edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 248,40 manat ödənilməmiş hissə, 745 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 106,70 manat ödənilməmiş hissə, 320 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 1924,90 manat ödənilməmiş hissə, 5774 manat cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğlərinə 90% güzəşt olunaraq cavabdeh tərəfindən ödənilməli cərimə məbləği xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 74,50 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 32 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 577,40 manat müəyyən edilmişdir. Cavabdehdən tutulmalı olan cəmi məbləğ xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 322,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 138,70 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 2502,30 manat təşkil edir. Tədqiq olunan sübutlar:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 12 ay, aylıq ödəniş 52 manat olmaqla 612,46 manat məbləğində «Samsung Galaxy A24» markalı mobil telefonu satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Samsung Galaxy A24» markalı mobil telefonu təhvil almışdır.

5. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqısatqı predmeti olmuş mal üçün 13 dekabr 2023-cü il tarixdən 13 oktyabr 2024-cü il tarixədək hər ay 52 manat, 13 noyabr 2024-cü il tarixdə isə 40,46 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

6. İddiaçı MMC tərəfindən tərtib edilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 248,4 manat əsas borc, 745 manat cərimə olmaqla, cəmi 993,40 manat borcu vardır.

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 12 ay, aylıq ödəniş 29 manat olmaqla 338,79 manat məbləğində «Honor» markalı mobil telefonu satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Honor» markalı mobil telefonu təhvil almışdır.

9. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqısatqı predmeti olmuş mal üçün 12 noyabr 2023-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək hər ay 29 manat, 12 oktyabr 2024-cü il tarixdə isə 19,79 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 106,7 manat əsas borc, 320 manat cərimə olmaqla, cəmi 426,70 manat borcu vardır.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh ödəniş müddəti 12 ay, aylıq ödəniş 275 manat olmaqla 3299,99 manat məbləğində «İphone 15 pro» markalı mobil telefonu satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyanın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

12. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «İphone 15 pro» markalı mobil telefonu təhvil almışdır.

13. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün 28 noyabr 2023-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək hər ay 275 manat, 28 oktyabr 2024-cü il tarixdə isə 274,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1924,9 manat əsas borc, 5774 manat cərimə olmaqla, cəmi 7698,90 manat borcu vardır.

15. 15.10.2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

22. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə nisyə alqısatqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə ödənişlərin müddətləri və məbləğləri müəyyən edilmişdir.

23. İddia tələbində ********* saylı müqavilənin tarixi xx.xx.2024-cü il kimi qeyd edilsə də, iş materiallarına eyni saylı, yəni ********* saylı, 28 oktyabr 2024-cü tarixli müqavilə əlavə edilmişdir. Eyni zamanda iddia tələbində qeyd olunan müqavilə üzrə alqısatqı predmeti iş materillarına əlavə edilmiş müqavilənin alqı-satqı predmeti ilə eynilik təşkil edir. Belə olan halda məhkəmə müqavilənin tarixinin 26 oktyabr 2024-cü il qeyd edilməsini texniki səhv kimi qəbul edərək xx.xx.2024-cü il tarixli müqaviləyə hüquqi qiymət verməyi məqsədəmüvafiq hesab edir.

24. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

25. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

26. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

28. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.

29. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğlərinin 65 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

30. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 248,4 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 106,7 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 1924,9 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə, 2345 (iki min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat, 45 (qırx beş) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 248,4 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 106,7 manat, cərimə borcu qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 1924,9 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə, 2345 (iki min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat, 45 (qırx beş) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar