Məhkəmə qərarları › İş №e-2(060)-7690/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7690/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7690/2025 05.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********36380 X3 13 markalı telefon, İmei Kodu **********94962 POCO X6 5G markalı telefon üçün 982.02(doqquz yüz səksən iki manat, 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 98.20 (doxsan səkkiz manat, 20 qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İmei kodu **********01927 HONOR X8B markalı telefon üçün 464.04 (dörd yüz altmış dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 46.40 (qırx altı manat, 40 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 üçün 160 (yüz altmış qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Ütü Philips üçün, 68.9 (altmış səkkiz manat,90 qəpik) manat ödənilməmiş hissə, 6.89 (altı manat, 89 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X2 90 Powerbank üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3.60 (üç manat, 60 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1952.86 manat borc, 39.53 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli müqavilələrə əsasən, İmei Kodu **********36380 X4 13 markalı telefon, İmei Kodu **********94962 POCO X6 5G markalı telefon, İmei kodu **********01927 HONOR X8B markalı telefon, X1, ütü Philips, X2 90 Powerbank almış və nəticədə 1952.86 (min doqquz yüz əlli iki manat, 86 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1121.02 (min yüz iyirmi bir manat, 02 qəpik) manat (18 ay x 61.39 manat + 16 manat ilkin ödəniş) olan İmei Kodu **********36380 X3 13 markalı telefon, İmei Kodu **********94962 POCO X6 5G markalı telefoünçün ümumilikdə, 1127.42(min yüz iyirmi yeddi manat, 42 qəpik) manat olmaqla ondan, 982.02(doqquz yüz səksən iki manat, 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 98.20 (doxsan səkkiz manat, 20 qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 464.04 (dörd yüz altmış dörd manat, 04 qəpik) manat (12 ay x 38.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********01927 HONOR X8B markalı telefon üçün ümumilikdə, 534.04(beş yüz otuz dörd manat, 04 qəpik) manat olmaqla ondan 464.04 (dörd yüz altmış dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 46.40(qırx altı manat, 40 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 216(iki yüz on altı) manat (12 ay x 18 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 176(yüz yetmiş altı) manat olmaqla ondan, 160 (yüz altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 148.38 (yüz qırx səkkiz manat, 38 qəpik) manat (6 ay x 23.33 manat + 8.40 manat ilkin ödəniş) olan ÜTÜ PHİLİPSüçün ümumilikdə, 75.79 (yetmiş beş manat, 79 qəpik) manat olmaqla ondan, 68.9 (altmış səkkiz manat,90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.89(altı manat, 89 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat (6 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan X2 90 Powerbank üçün ümumilikdə, 39.60(otuz doqquz manat, 60 qəpik) manat olmaqla ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.60 (üç manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 454.48 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir.

b) iddiaya etiraz

3. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13986238 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan İmei Kodu **********36380 X3 13 markalı telefon, İmei Kodu **********94962 POCO X6 5G markalı telefon adlı əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan İmei kodu **********01927 HONOR X8B markalı telefon adlı əşyaları alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04808283 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan X1 adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04808284 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan Ütü Philips adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02098517 nömrəli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan X2 90 Powerbank adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

10. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə beş müqavilə üzrə ümumilikdə 1952.86 manat məbləğində borcu vardır.

11. xx.xx.2025-ci il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh nisyə alqısatqı müqavilələri üzrə İmei Kodu **********36380 X4 13 markalı, İmei Kodu **********94962 POCO X6 5G markalı, İmei kodu **********01927 HONOR X8B markalı telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 70.8 manat pul ödənilmişdir.

b) tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

c) məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir.

16. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

17. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqavilələrə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən müvafiq olaraq İmei Kodu **********36380 X4 13 markalı telefon, İmei Kodu **********94962 POCO X6 5G markalı telefon, İmei kodu **********01927 HONOR X8B markalı telefon, X1, ütü Philips, X2 90 Powerbank adlı müqavilənin predmeti olan əşyaları almış, əşyaların qiyməti müvafiq olaraq 1121.02 manat, 464.04 manat, 216 manat, 148.38 manat və 216 manat, aylıq ödəniş müvafiq olaraq 61.39 manat, 38.67 manat, 18 manat, 23.33 manat və 36 manat olaraq razılaşdırılmış, əşyalar alıcıya təhvil verilmişdir.

18. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 1710.96 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

19. Həmçinin, iddiaçı tərəfindən müqavilələr üzrə müvafiq olaraq 98.20 manat, 46.40 manat, 16 manat, 6.89 manat və 3.6 manat cərimə borcları hesablanmışdır.

20. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

21. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

22. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 98.20 manat dəbbə pulunun məbləğinin azaldılaraq 20 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 46.40 manat dəbbə pulunun məbləğinin azaldılaraq 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 16 manat dəbbə pulunun məbləğinin azaldılaraq 4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 6.89 manat dəbbə pulunun məbləğinin azaldılaraq 2 manat və xx.xx.2024-ci il tarixli müqavilə üzrə hesablanmış 3.60 manat dəbbə pulunun məbləğinin azaldılaraq 2 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.

23. İddiaçı eyni zamanda İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 70.8 manat məbləğdə dövlət rüsumunun qaytarılmasını da tələb edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz.

24. İddiaçı tərəfindən bu hissədə tələbin əsası kimi İnnovativ Layihələr Mərkəzi və "xxxx" MMC arasında bağlanmış təhvil-təslim aktı, iddiaçı tərəfindən rüsumun ödənildiyi ilə bağlı arayış təqdim edilmişdir.

25. Məhkəmə qeyd edir ki, müqavilə şərti olaraq İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq ediləcəyi razılaşdırılsa da, iddiaçı tərəfindən təqdim edilən nə təhviltəslim aktı, nə də birtərəfli qaydada tərtib edilmiş arayışla belə bir xidmətdən istifadə edildiyi, istifadə edilmişsə qiymətin hansı tariflər əsasında hesablandığı müəyyən olunur. Bundan əlavə isə edilmiş olsaydı belə bu iddiaçının özü tərəfindən könüllü qaydada edilmiş prosedur olduğundan və ayrıca müqavilədə nəzərdə tutulmadığından təmin edilməməlidir.

26. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39.53 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 35.58 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

29. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 982.02 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 464.04 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 160 manat ödənilməmiş hissə, 4 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 68.9 manat ödənilməmiş hissə, 2 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 36 manat ödənilməmiş hissə, 2 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.58 manat olmaqla, cəmi 1784.54 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar