Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7697/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter üçün 1743,8 (bir min yeddi yüz qırx üç manat, səksən qəpik) manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC markalı kondisioner üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN TS-75 markalı TORNADO üçün 283,5 (iki yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba üçün 116,4 (yüz on altı manat, otuz qəpik) manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Braun markalı ,Eurogold Mono markalı Ütü masası üçün 83,6 (səksən üç manat, altmış qəpik) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********41147 X3 10 markalı telefon üçün 220 (iki yüz iyirmi) manat ödənilməmiş borc, ümumilikdə 3193 manat borc və 51,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C markalı Adapter, HOFFMANN SİAC markalı kondisioner, HOFFMANN TS-75 markalı TORNADO, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba, Braun markalı Blender, Eurogold Mono markalı Ütü masası, İmei kodu **********41147 X3 10 markalı telefon almış və nəticədə 3193 (üç min yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1796,3 (bir min yeddi yüz doxsan altı manat, otuz qəpik) manat (3 ay x 581,4 manat + 52,1 manat ilkin ödəniş) olan İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C markalı Adapter üçün 1743,8 (bir min yeddi yüz qırx üç manat, səksən qəpik) manat olmaqla ondan, 1743,8 (bir min yeddi yüz qırx üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1693 (bir miin altı yüz doxsan üç) manat (18 ay x 94 manat + 1 manat ilkin ödəniş) olan HOFFMANN SİAC markalı kondisioner üçün 746 (yeddi yüz qırx altı) manat olmaqla ondan 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 365,4 (üç yüz altmış beş manat, qırx qəpik) (18 ay x 20,3 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN TS-75 markalı TORNADO üçün 283,5 (iki yüz səksən üç manat, qırx qəpik) manat olmaqla ondan 283,5 (iki yüz səksən üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 371,1 (üç yüz yetmiş bir manat, on qəpik) manat (3 ay x 120,1manat + 10,8 manat ilkin ödəniş) olan Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba üçün 116,4 (yüz on altı manat, otuz qəpik) manat olmaqla ondan 116,4 (yüz on altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 379,8 (üç yüz yetmiş doqquz manat, səksən qəpik) manat (18 ay x 21,1 manat + 0 manat ilkin ödəniş) olan , Braun markalı Blender, Eurogold Mono markalı Ütü masası üçün 83,6 (səksən üç manat, əlli qəpik) manat olmaqla ondan 83,6 (səksən üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 535,2 (beş yüz otuz beş manat, iyirmi qəpik) manat (12 ay x 44,6 manat + 0 manat ilkin ödəniş) olan , İmei kodu **********41147 X3 10 markalı telefon üçün 220 (iki yüz iyirmi) manat olmaqla ondan 220 (iki yüz iyirmi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1947,8 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20305042 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 379,8 (üç yüz yetmiş doqquz manat, səksən qəpik) manat (18 ay x 21,1 manat + 0 manat ilkin ödəniş) olan Braun markalı Blender, Eurogold Mono markalı Ütü masası almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21136872 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1693 (bir miin altı yüz doxsan üç) manat olan HOFFMANN SİAC markalı kondisioner almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22332980 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 365,4 (üç yüz altmış beş manat, qırx qəpik) (18 ay x 20,3 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN TS-75 markalı TORNADO almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23040766 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 535,2 (beş yüz otuz beş manat, iyirmi qəpik) manat (12 ay x 44,6 manat + 0 manat ilkin ödəniş) olan , İmei kodu **********41147 X3 10 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23071501 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 371,1 (üç yüz yetmiş bir manat, on qəpik) manat olan Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23139457 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1796,3 (bir min yeddi yüz doxsan altı manat, otuz qəpik) manat (3 ay x 581,4 manat + 52,1 manat ilkin ödəniş) olan İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C markalı Adapter almışdır. - xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C markalı Adapter, HOFFMANN SİAC markalı kondisioner, HOFFMANN TS-75 markalı TORNADO, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba, Braun markalı Blender, Eurogold Mono markalı Ütü masası, İmei kodu **********41147 X3 10 markalı telefon Cavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Salayev X1 **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C markalı Adapter, HOFFMANN SİAC markalı kondisioner, HOFFMANN TS-75 markalı TORNADO, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba, Braun markalı Blender, Eurogold Mono markalı Ütü masası, İmei kodu **********41147 X3 10 markalı telefon üçün, onların ümumi 5140,8 manat olan ümumi dəyərindən və cəmi 1947,8 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən alınan malların 5140,8 manat olan ümumi dəyərindən cəmi 1947,8 manat ödəniş etmiş və nəticədə 3193 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli əşyaların alqı-satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 5140,8 manat ümumi dəyərindən cəmi 1947,8 manat ödəniş etmiş və nəticədə 3193 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat+ 1000 manatdan yuxarı iddia məbləğinin 1 %-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3193 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 51,93 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh:
1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********20615 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter üçün 1743,8 (bir min yeddi yüz qırx üç manat, səksən qəpik) manat ödənilməmiş borc,
2. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC markalı kondisioner üçün 746 (yeddi yüz qırx altı) manat ödənilməmiş borc,
3. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN TS-75 markalı TORNADO üçün 283,5 (iki yüz səksən üç manat, əlli qəpik) manat ödənilməmiş borc,
4. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bosch markalı Şirə çəkən, HOFFMANN markalı Mini soba üçün 116,4 (yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş borc,
5. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Braun markalı ,Eurogold Mono markalı Ütü masası üçün 83,6 (səksən üç manat, altmış qəpik) manat ödənilməmiş borc,
6. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********41147 X3 10 markalı telefon üçün 220 (iki yüz iyirmi) manat ödənilməmiş borc ümumilikdə 3193,3 manat borc və 51,93 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov