Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7755/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən, İmei kodu **********02975 olan “Samsung Galaxy S23” markalı telefon, “Samsung Charger” markalı əşya, “Samsung Led TV” markalı televizor, İmei kodu **********83021 olan “X1 12 Pro+” markalı telefon almış və nəticədə 3388 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2248,92 manat olan İmei kodu **********02975 “Samsung Galaxy S23” markalı telefon üçün 2062 manat olmaqla ondan, 1874,04 manat ödənilməmiş hissə, 187,93 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 53,04 manat olan “Samsung Charger” markalı əşya üçün 43 manat olmaqla ondan, 39,76 manat ödənilməmiş hissə, 3,24 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2024,16 manat olan “Samsung Led TV” markalı televizor üçün 925 manat olmaqla, ondan 840,43 manat ödənilməmiş hissə, 84,57 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1494,9 manat olan İmei kodu **********83021 olan “X1 12 Pro+” markalı telefon üçün 358 manat olmaqla, ondan 325,39 manat ödənilməmiş hissə, 32,61 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2741,37 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********02975 olan “Samsung Galaxy S23” markalı telefon üçün 1874,04 manat ödənilməmiş hissə, 187,93 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Samsung Charger” markalı əşya üçün 39,76 manat ödənilməmiş hissə, 3,24 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Samsung Led TV” markalı televizor üçün 840,43 manat ödənilməmiş hissə, 84,57 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********83021 olan “X1 12 Pro+” markalı telefon üçün 325,39 manat ödənilməmiş hissə, 32,61 manat cərimə borcu olmaqla, ümumilikdə 3388 manat borc və 53,88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02734529 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********83021 olan “X1 12 Pro+” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1494,97 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 83,05 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02734530 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Led TV” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş 2024,06 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 84,34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04154935 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********02975 “Samsung Galaxy S23” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2248,99 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 124,94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04154936 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Charger” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 53,04 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 4,42 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, 04154935 saylı müqavilə üzrə 1874,07 manat ödənilməmiş hissə, 187,93 manat cərimə borcu olmaqla, cəmi 2062 manat, xx.xx.2024-cü il tarixli, 04154936 saylı müqavilə üzrə 39,76 manat ödənilməmiş hissə, 3,24 manat cərimə borcu olmaqla, cəmi 43 manat, xx.xx.2023-cü il tarixli, 02734530 saylı müqavilə üzrə 840,43 manat ödənilməmiş hissə, 84,57 manat cərimə borcu olmaqla, cəmi 925 manat, xx.xx.2023-cü il tarixli, 02734529 saylı müqavilə üzrə 325,39 manat ödənilməmiş hissə, 32,61 manat cərimə borcu olmaqla, cəmi 358 manat, ümumilikdə 3388 manat ödənilməmiş borcu vardır.
12. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
17. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
18. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək dəbbə pulu xx.xx.2024-cü il tarixli, 04154935 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir.
22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 04154935 saylı müqavilə üzrə 1874,04 (bir min səkkiz yüz yetmiş dörd manat, dörd qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1924,04 (bir min doqquz yüz iyirmi dörd manat, dörd qəpik) manat, xx.xx.2024-cü il tarixli, 04154936 saylı müqavilə üzrə 39,76 (otuz doqquz manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 3,24 (üç manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 43 (qırx üç) manat, xx.xx.2023-cü il tarixli, 02734530 saylı müqavilə üzrə 840,43 (səkkiz yüz qırx manat, qırx üç qəpik) manat ödənilməmiş hissə, 84,57 (səksən dörd manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 925 (doqquz yüz iyirmi beş) manat, xx.xx.2023cü il tarixli, 02734529 saylı müqavilə üzrə 325,39 (üç yüz iyirmi beş manat, otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 32,61 (otuz iki manat, altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 358 (üç yüz əlli səkkiz) manat, ümumilikdə 3250,04 (üç min iki yüz əlli manat, dörd qəpik) manat məbləğində pul və ödənilmiş 53,88 (əlli üç manat, səksən səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 04154935 saylı müqavilə üzrə 1874,04 (bir min səkkiz yüz yetmiş dörd manat, dörd qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1924,04 (bir min doqquz yüz iyirmi dörd manat, dörd qəpik) manat, xx.xx.2024-cü il tarixli, 04154936 saylı müqavilə üzrə 39,76 (otuz doqquz manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 3,24 (üç manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 43 (qırx üç) manat, xx.xx.2023-cü il tarixli, 02734530 saylı müqavilə üzrə 840,43 (səkkiz yüz qırx manat, qırx üç qəpik) manat ödənilməmiş hissə, 84,57 (səksən dörd manat, əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 925 (doqquz yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixli, 02734529 saylı müqavilə üzrə 325,39 (üç yüz iyirmi beş manat, otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 32,61 (otuz iki manat, altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 358 (üç yüz əlli səkkiz) manat, ümumilikdə 3250,04 (üç min iki yüz əlli manat, dörd qəpik) manat məbləğində pul və ödənilmiş 53,88 (əlli üç manat, səksən səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva