Məhkəmə qərarları › İş №e-2(060)-7804/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7804/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7804/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı Soyuducu üçün 908,98 (doqquz yüz səkkiz manat doxsan səkkiz qəp) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********93138 X1 9S markalı telefon üçün 81 (səksən bir) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********75106 X1 9S markalı telefon üçün 152,1 (yüz əlli iki manat on qəp) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə üçün 669,4 (altı yüz altmış doqquz manat qırx qəp) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Gorenje markalı Tozsoran üçün 33,42 (otuz üç manat qırx iki qəp) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Benovseyi Çiçək- Mətbəx Masa üçün 75 (yetmiş beş) manat ödənilməmiş borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Braun markalı Ütü üçün 79,08 (yetmiş doqquz manat səkkiz qəp) manat ödənilməmiş borc, ümumilikdə 1998,98 manat borc, 39,99 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, HOFFMANN markalı Soyuducu, İmei kodu **********93138 X1 9S markalı telefon, İmei kodu **********75106 X1 9S markalı telefon, HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə, Gorenje markalı Tozsoran, Benovseyi Çiçək- Mətbəx Masa, Braun markalı Ütü almış və nəticədə 1998,98 (min doqquz yüz doxsan səkkiz manat doxsan səkkiz qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1099,98 (min doxsan doqquz manat doxsan səkkiz qəp) manat (18 ay x 53,51 manat + 136,8 manat ilkin ödəniş) HOFFMANN markalı Soyuducu üçün ümumilikdə, 908,98 (doqquz yüz səkkiz manat doxsan səkkiz qəp) manat olmaqla ondan, 908,98 (doqquz yüz səkkiz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 291 (iki yüz doxsan bir) manat (12 ay x 17 manat + 87 manat ilkin ödəniş) İmei kodu **********93138 X1 9S markalı telefon üçün ümumilikdə, 81 (səksən bir) manat olmaqla ondan, 81 (səksən bir) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 278,3 (iki yüz yetmiş səkkiz manat otuz qəp) manat (11 ay x 25,3 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********75106 X1 9S markalı telefon üçün ümumilikdə, 152,1 (yüz əlli iki manat on qəp) manat olmaqla ondan, 152,1 (yüz əlli iki manat on qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103,4 (min yüz üç manat qırx qəp) manat (18 ay x 61,3 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə üçün ümumilikdə, 669,4 (altı yüz altmış doqquz manat qırx qəp) manat olmaqla ondan 669,4 (altı yüz altmış doqquz manat qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 74,42 (yetmiş dörd manat qırx iki qəp) manat (3 ay x 16,86 manat + 23,84 manat ilkin ödəniş) Gorenje markalı Tozsoran üçün ümumilikdə, 33,42 (otuz üç manat qırx iki qəp) manat olmaqla ondan, 33,42 (otuz üç manat qırx iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (12 ay x 12,5 manat + 0 manat ilkin ödəniş) Benovseyi Çiçək- Mətbəx Masa üçün ümumilikdə, 75 (yetmiş beş) manat olmaqla ondan, 75 (yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 175,08 (yüz yetmiş beş manat səkkiz qəp) manat (3 ay x 39,66 manat + 56,1 manat ilkin ödəniş) Braun Ütü üçün ümumilikdə, 79,08 (yetmiş doqquz manat səkkiz qəp) manat olmaqla ondan, 0 (sıfır) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1173,2 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23055779 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1103,4 (min yüz üç manat qırx qəp) manat olan HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23116988 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 291 (iki yüz doxsan bir) manat İmei kodu **********93138 X1 9S markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23117018 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 278,3 (iki yüz yetmiş səkkiz manat otuz qəp) manat olan İmei kodu **********75106 X1 9S markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 121450 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 150 (yüz əlli) manat olan Benovseyi Çiçək- Mətbəx Masa almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 121449 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 175,08 (yüz yetmiş beş manat səkkiz qəp) manat Braun markalı Ütü almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 74,42 (yetmiş dörd manat qırx iki qəp) manat Gorenje markalı Tozsoran almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1099,98 (min doxsan doqquz manat doxsan səkkiz qəp) manat olan HOFFMANN markalı Soyuducu almışdır. - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN markalı Soyuducu, İmei kodu **********93138 X1 9S markalı telefon, İmei kodu **********75106 X1 9S markalı telefon, HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə, Gorenje markalı Tozsoran, Benovseyi Çiçək- Mətbəx Masa, Braun markalı ÜtüCavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh HOFFMANN markalı Soyuducu, İmei kodu **********93138 X1 9S markalı telefon, İmei kodu **********75106 X1 9S markalı telefon, HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə, Gorenje markalı Tozsoran, Benovseyi Çiçək- Mətbəx Masa, Braun markalı Ütü üçün, onların ümumi 3172,18 manat olan ümumi dəyərindən və cəmi 1173,2 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış 21. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən alınan malların 3172,18 manat olan ümumi dəyərindən cəmi 1173,2 manat ödəniş etmiş və nəticədə 1998,98 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların alqısatqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 3172,18 manat ümumi dəyərindən cəmi 1173,2 manat ödəniş etmiş və nəticədə 1998,98 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia tələbi xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilənin ləğv edilməsi ilə bağlı hissədə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat+ 1000 manatdan yuxarı iddia məbləğinin 1 %-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1998,98 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 39,99 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə ləğv edilsin. Cavabdeh:

1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı Soyuducu üçün 908,98 (doqquz yüz səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş borc,

2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********93138 X1 9S markalı telefon üçün 81 (səksən bir) manat ödənilməmiş borc,

3. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********75106 X1 9S markalı telefon üçün 152,1 (yüz əlli iki manat on qəpik) manat ödənilməmiş borc,

4. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı Soyuducu, HOFFMANN markalı Paltaryuyan, HOFFMANN markalı Plitə üçün 669,4 (altı yüz altmış doqquz manat qırx qəpik) manat ödənilməmiş borc,

5. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Gorenje markalı Tozsoran üçün 33,42 (otuz üç manat qırx iki qəpik) manat ödənilməmiş borc,

6. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Benovseyi Çiçək- Mətbəx Masa üçün 75 (yetmiş beş) manat ödənilməmiş borc,

7. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Braun markalı Ütü üçün 79,08 (yetmiş doqquz manat səkkiz qəpik) manat ödənilməmiş borc, ümumilikdə 1998,98 manat borc və 39,99 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar