Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-782/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh və birgə nikahlarından olan və cavabdehin himayəsində saxlanılmış xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 ilə birlikdə 30.000 (otuz min) manat kompensasiya verilmək yolu ilə cavabdehin və uşaqların Sumqayıt şəhəri, 14cü məhəllə, ev 13/10 ünvanında yerləşən 12 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. O, Cavabdeh ilə 2007-ci il tarixdə faktiki, xx.xx.2013-cü il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı üç övladları vardır. Onunla xasiyyətləri uyğun gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6106/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə aralarındakı münasibətlər artıq kəskinləşmiş, o, tez-tez onunla dalaşmış və mübahisə etmişdir. O, artıq onun dava-dalaşına dözə bilmir, hər dəfə də onunla dalaşarkən səhhəti pisləşir. Bu səbəbdən cavabdehlə birlikdə artıq yaşaya bilmir. Dəfələrlə ona bu barədə bildirsə də, o, buna məhəl qoymur, onu saymır, ona hörmətlə yanaşmır. Bildirir ki, nə istəsə onu da edəcəkdir. Onu mütəmadi olaraq şantaj edir. Ona görə də onun şantajlarına məruz qalmamağı üçün məcbur olub mənzili tərk etmişdir. Hətta uşaqlarını da tam şəkildə ona qarşı yönəltmişdir. Onlar da onunla görüşmək istəmirlər. Həmçinin mülkiyyətində olan mənzildən çıxmır. Tələb edir ki, ona 60.000 manat pul versin. Bu isə mümkün olmayan bir işdir. Mərhum atası X3 xx.xx.2014-cü il tarixli "mənzilin bağışlama müqaviləsi" əsasında Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10 ünvanında yerləşən 12 saylı mənzili ona bağışlamışdır. AR ƏMDK Yanında DƏDRX-nin RX seriyalı, xx.xx.2014- cü il tarixli, ******* nömrəli reyestr çıxarışına əsasən sözügedən mənzil onun mülkiyyətindədir. Mənzildən çıxarılma tələbinə dair Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim: Aynur Behbudova) ilə iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi belə bir qənaətə gəlir ki, onun da niyyətində cavabdehə pul vermək var, cavabdehin də niyyətində ondan çox pul almaq vardır. Həmçinin məhkəmə hesab edir ki, guya cavabdehin onun mənzilində istifadə hüququ var. O, məhkəmənin həmin qənaəti ilə razılaşmasa da, həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə ki, keçmiş həyat yoldaşının himayəsində onun 3 övladı var. Keçmiş həyat yoldaşı və övladları ona qarşı nə qədər aqressiv davransalar da, hesab edir ki, o, onların istifadə hüquqlarına və mənzildən çıxarılmalarına kompensasiya vermək yolu ilə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Həmin ərazidə onun mənzilinə oxşar şəraitdəki mənzillərin kirayə qiyməti 300 manat civarındadır. O, cavabdehə uşaqları ilə birlikdə mənzili tərk etmələri və istifadə hüququna xitam verilmələri üçün 30.000 (otuz min) manat təklif edir. Bu məbləğ isə cavabdehlərin təqribən 9-10 il kirayədə yaşamaları üçün kifayət edən məbləğdir. Onunla bir mənzildə yaşamaq alınmır. Ona görə də qərara gəlmişdir ki, Cavabdeh kompensasiya versin və mülkiyyətindən sərbəst istifadə etsin. Cavabdeh mənzilə dair heç bir hüquq vəzifə yerinə yetirmir. Belə münasibət ilə bir yerdə yaşamaq mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 3 ildir ki, həmin ünvanda yaşamır. Əgər mənzilə girsə yenidən mübahisələr yaranacaqdır. 2 aydır ki, oğlu onun yanındadır. Qızları isə cavabdehin yanındadır. Oğlu da özü gəlmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mübahisə edilməyən hal ondan ibarətdir ki, mənzil iddiaçıya atasından keçmişdir. Tərəflər 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Övladı xeyli müddətdir ki, iddiaçı ilə yaşayır. Məhkəməyə müraciət etdikdən sonra atası ilə birlikdə yaşayır. 30 min manat kompensasiya təklif etmişlər. İş materiallarına əlavə edilmiş digər sübutlardan da görünür ki, oxşar şəraitdə 300 manat kirayə haqqı mümkündür. Bu da təqribən 9 il müddətinə cavabdehə öz övladları ilə birlikdə yaşamaq imkanı verir. Məhkəmə təcrübəsində adətən 2-3 il müddət götürürlər. Lakin onlar kifayət qədər yüksək məbləğdə pul təklif edirlər. İddiaçının mənzilə getməsi yeni bir mübahisənin yaranmasına səbəb olacaqdır. Xanım kompensasiya məbləğini qəbul etmir. Qarşı tərəf bildirir ki, ona ev alınsın. 40 min manat kompensasiya məbləğinə etiraz edirlər. Xanım münasibətləri elə həddə çatdırmışdır ki, onlar 30 min manat kompensasiya məbləği verilməsinə belə peşmandırlar. Lakin iddia tələbini yenə də müdafiə edirlər. 30 min məbləğ kifayətdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, uşaqlar daimi olaraq onun himayəsindədir. 30 min manata uşaqlara heç nə alıb verə bilməyəcəkdir. İşləyə bilmir. İddiaçını da evdən çıxartmamışdır. Bir yerdə yaşamaqları mümkün deyildir. İddiaçı onları evdən çıxardıqdan sonra mənzili 400 manata kirayəyə vermişdir. Daha sonra özü evə qayıtmışdır. Ən azından 40 min manat pul verilməsini istəyir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 180 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 01 iyun 2014-cü il tarixli mənzilin bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, **********30-05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli MA ******* seriya nömrəli çıxarışa əsasən ümumi sahəsi – 59.6 kv.m, yaşayış sahəsi – 46.6 kv.m, yardımçı sahəsi – 13.0 kv.m olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 12 saylı mənzilini oğlu – İddiaçı Mahyəddin oğluna bağışlayır. - Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 467758 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 12-ci ayının 14-cü günündə 608 nömrə ilə qeyd edilmişdir. - İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02431 saylı arayışdan göründüyü kimi, tərəflər prossesin davam etdirilməsinə razlıq verməmişdilər. İddiaçı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. - Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, həmin məhəllədə 2 otaqlı əşyalı evin kirayə qiyməti 350-400 manat arasında qiymətləndirilir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinin təmin edilməməsi qət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10 ünvanında yerləşən 12 saylı mənzilin mövcud orta bazar qiyməti 92000 manat, bazar dəyəri və likvid dəyəri 82000 manat, oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və sair hallar nəzərə alınmaqla) mənzillərin aylıq kirayə haqqı 300 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 13/10 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıdır. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh iddiaçı tərəfindən təklif olunan 30000 manat kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiət etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın predmetindən, əsaslarından, eləcə də işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehin istifadə hüququnu mübahisələndirmədiyindən məhkəmə, sonuncunun belə hüququnun yaranıbyaranmamasını araşdırmayaraq müvafiq kompensasiyanın məbləğinin ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslıdır. Cavabdeh uşaqları ilə birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini ağlabatan hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə doqquz-on il (300 x 100 ay = 30000; 250 x 120 ay = 30000) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehin övladları ilə mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab ki, sui-istifadə hallarının qarşısının alınması, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə Cavabdeh kompensasiyanın ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, övladları ilə birlikdə mənzildən çıxarılmalıdır. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 13/10 saylı evin 12 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən müştərək qaydada ödənilmiş 180 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 30000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10 ünvanında yerləşən 12 saylı mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılsınlar. Cavabdeh ödənilmiş 180 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən övladları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-782/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-782/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver