Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8231/2025 16.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1150 manat sığorta ödənişi, 31,50 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1181,90 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən idarə edilən və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, "xxxx" ASC-də (bundan sonra ASC) “İcbari Sığorta” qaydasında sığortalanmış **-VJ-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı avtomobil ilə X1 idarə etdiyi, **-TN-*** dövlət nömrə nişanlı “BMW 320D” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və AR İXM-in 332.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş PAZ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-VJ-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı avtomobil cəmiyyət tərəfindən “İcbari Sığorta” qaydasında sığortalanmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXMnin 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 332.4-cü maddəsi ilə GP 15948920 qərardad qəbul edilmişdir. "xxxx" ASC-nin qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-TN-*** dövlət nömrə nişanlı “BMW 320D” markalı nəqliyyat vasitəsinə dəymiş zərər 1150 manat məbləğində müəyyən edilmişdir. Subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 1150 manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin qarşısında irəli sürülmüşdür. Yolnəqliyyat hadisəsində zərərçəkən X1 idarə etdiyi **-TN-*** dövlət nömrə nişanlı “BMW 320D” markalı avtonəqliyyat vasitəsinə dəyən zərər həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC tərəfindən 1150 manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan "xxxx" ASC arasında “qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar” əsasında 1150 manat mübahisəsiz tutulmuşdur. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - PAZ********** saylı, xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Renault Megane” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək icbari sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:45-də Y.Hüseynov küçəsində Cavabdeh tərəfindən idarə edilən və mülkiyyət hüququ ilə ona məxsus olan, "xxxx" ASC-də “İcbari Sığorta” qaydasında sığortalanmış **-VJ-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı avtomobil ilə X1 idarə etdiyi, **-TN-*** dövlət nömrə nişanlı “BMW 320D” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. - PPA220596839 saylı sığorta şəhadətnaməsi üzrə ZBT774/23 saylı Sığorta Ödənişi Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:45-də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə edilən “Renault Megane” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Y.Hüseynov küçəsi ilə hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə X1 idarə etdiyi, “BMW 320D” markalı, **- TN-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. - PPA220596839 saylı sığorta şəhadətnaməsi üzrə ZBT774/23 saylı Sığorta Ödənişi Aktından görünür ki, “BMW 320D” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1150 manat xidmət haqqı hesablanmışdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, yolnəqliyyat hadisəsində zərərçəkən X1 idarə etdiyi **-TN-*** dövlət nömrə nişanlı “BMW 320D” markalı avtonəqliyyat vasitəsinə dəyən 1150 manat zərər həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. - Binəqədi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5378911 saylı inzibati tənbeh vermə haqqında protokol və GP 15948920 qərardadının surətindən görünür ki, Kərimov X2 Xətalar Məcəlləsinin 332.4-cü (İnzibati Xətalar Məcəlləsinin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və İXP5378911 saylı inzibati tənbeh vermə haqqında protokol və digər materiallar aiddiyatı üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:45-də Y.Hüseynov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Renault Megane” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi, “BMW 320D” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Renault Megane” minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PAZ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. PPA220596839 saylı sığorta şəhadətnaməsi üzrə ZBT774/23 saylı Sığorta Ödənişi Aktından görünür ki, “BMW 320D” markalı, **-TN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1150 manat xidmət haqqı hesablanmışdır. Bank Respublika” ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, 1150 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Binəqədi DYPŞ-nin Binəqədi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP5378911 saylı inzibati tənbeh vermə haqqında protokol və GP 15948920 qərardadının surətindən və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Kərimov X2 Xətalar Məcəlləsinin 332.4-cü (İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və İXP7378911 saylı inzibati tənbeh vermə haqqında protokol və digər materiallar aiddiyatı üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1150 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 31,50 manat dövlət rüsumu və 0,40 manat komissiya haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdеh Cavabdeh 1150 manat sığorta ödənişi, 31,50 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat komissiya haqqının əvəzi alınaraq iddiaçı "xxxx"ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdеh Cavabdeh 1150 manat sığorta ödənişi, 31,50 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat komissiya haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-8231/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8231/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver