Məhkəmə qərarları › İş №e-2(060)-8245/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8245/2024

10.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8245/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2rşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2rşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən aidiyyət normalarına riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verə bilər. İş materiallarında olan «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh İddiaçı ünvanı ünvan 1 Kommersiya qurumlarının dövlət reyestri vasitəsi ilə əldə olunmuş məlumatlara əsasən, cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 hüquqi ünvanı ünvan 2, nə də cavabdehin qeydiyyatda olduğu ünvanlar Sumqayıt şəhərinin ərazisinə aid deyildir. Həmçinin, məhkəmə tərəfindən iddia ərizəsi yoxlanılarkən iddiaçı tərəfindən cavabdeh təşkilatla bağlanmış müqavilənin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 15071 saylı, xx.xx.2007-ci il tarixli “su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə əlavə edilsə də, həmin müqavilədə abonent başqa şəxs, yəni VÖEN-i ********** olan X1r. Belə olan halda, hazırki mülki mübahisənin həll edilməsi Sumqayıt Şəhər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, yaxud Bakı şəhəri Yasamal Rayon Məhkəməsində) baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2rşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar