Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-831/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumillikdə 1258 manat borc və 32.58 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən 2 ədəd Dnepr tumba, Dnepr termo, matras, Dnepr çarpayı, Dnepr dolab, İmei kodu **********48898 Samsung Galaxy A13 markalı telefon, 2 ədəd divan örtüyü, saçaqlı firuzəyi və Divan örtüyü, saçaqlı firuzəyi almış və nəticədə 1258 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1789.92 manat olan 2 ədəd Dnepr tumba, Dnepr termo, matras, Dnepr çarpayı, Dnepr dolaba görə 735 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 519.96 manat təşkil edən İmei kodu **********48898 Samsung Galaxy A13 markalı telefona görə 325 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 360 manat olan 2 ədəd divan örtüyü, saçaqlı firuzəyiyə görə 132 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 180 manat təşkil edən Divan örtüyü, saçaqlı firuzəyiyə görə 66 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1705.85 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin tələb edilmədiyi üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamış və həmin bildiriş geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 02 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 24 ay müddətində hər ay 74.58 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 1789.92 manat təşkil edən 2 ədəd Dnepr tumba, Dnepr termo, matras, Dnepr çarpayı, Dnepr dolaba görə 1121.3 manat ödəniş etmiş və 735 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 43.33 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 519.96 manat təşkil edən İmei kodu **********48898 Samsung Galaxy A13 markalı telefona görə 224.55 manat ödəniş etmiş və 325 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 20 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 360 manat təşkil edən 2 ədəd divan örtüyü, saçaqlı firuzəyiyə görə 240 manat ödəniş etmiş və 132 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 10 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 180 manat təşkil edən Divan örtüyü, saçaqlı firuzəyiyə görə 120 manat ödəniş etmiş və 66 manat ümummilikdə ödənilməmiş borcu qalmışdır. Ümumillikdə 4 müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 1705.85 manat təşkil etməklə, əsas borca ödənilməmiş məbləğ 1144.03 manat və cərimə 113.97 manat olmaqla ümumillikdə, ödənilməmiş 1258 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Dnepr tumba, Dnepr termo, matras, Dnepr çarpayı, Dnepr dolab almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 2 ədəd Dnepr tumba, Dnepr termo, matras, Dnepr çarpayı, Dnepr dolabı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 24 ay müddətində hər ay 74.58 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********48898 Samsung Galaxy A13 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********48898 Samsung Galaxy A13 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 43.33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən 2 ədəd divan örtüyü, saçaqlı firuzəyi almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 2 ədəd divan örtüyü, saçaqlı firuzəyini tam qüsursuz halda təhvil almış və 18 ay müddətində hər ay 20 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Divan örtüyü, saçaqlı firuzəyi almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Divan örtüyü, saçaqlı firuzəyini tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 10 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 3 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 668.62 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 295.41 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 120 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 60 manat ödənilməmiş hissə, 3 manat cərimə, ümumillikdə 1197.03 manat borc və ödənilmiş 31.97 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 31.97 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 668.62 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 295.41 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 120 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 60 manat ödənilməmiş hissə, 3 manat cərimə, ümumillikdə 1197.03 (bir min yüz doxsan yeddi manat üç qəpik) manat borc və ödənilmiş 31.97 (otuz bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-831/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-831/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver