Məhkəmə qərarları › İş №e-2(060)-840/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-840/2022

29.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-840/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, vəkili Vəkil, Cavabdeh və tərcüməçi X3 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və çıxarışların ləvği” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V- 158 reyestr nömrəli, 19.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, iddiaçının anası X7 miras qalmış Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 sayl mənzilinə və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə bacısı Cavabdeh ilə bərabər hissədə pay hüququnun tanınmasına və Cavabdeh adına aparılmış, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-158 reyestr nömrəli, 19.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, anası X7 miras qalmış Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə bacısı Cavabdeh ilə bərabər hissədə pay hüququnun tanınmasına və Cavabdeh adına aparılmış, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı, Sumqayıt şəhərində doğulmuşdur. Hazırda İsrail Respublikasının vətəndaşıdır. ünvan 5 və ünvan 2, mənzil 24 məhrum anası X8 mülkiyyətində olmuşdur. X16 30 sentyabr 2019-cu il tarixdə ölmüşdür. Bacısı Cavabdeh, ərizə ilə Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna müraciət edərək, anası X7 miras qalmış əmlakın tək vərəsəsi kimi əmlakların öz adına rəsmiləşdirilməsini xahiş etmiş və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzili 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzili 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında mülkiyyətinə keçirmişdir. Bu barədə məlumatı 06 mart 2021-ci il tarixdə aldıqdan sonra Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna müraciət edərək, anası X7 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin, kontordan imtina edilərək, iddiaçıya məxsus doğum şəhadətnaməsinin ana qrafasında ana adının X23 kimi qeyd edildiyindən, anası öldüyü zaman isə Yandarova familyasında öldüyündən vərəsi kimi qəbul edilməsinin mümkün olmadığını bildirilmişdir. Belə ki, iddiaçının doğum haqqında şəhadətnasində anası, X1q soyadı X23 kimi qeyd edilmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(060)-5910/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ilə doğum haqqında şəhadətnaməmin (AZ seriyalı, ******* nömrəli) ana qrafasında X23 kimi qeyd edilən şəxsin anası X10ması faktı müəyyən edilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-158 reyestr nömrəli, 19.10.2020-ci il tarixli qanun üzrə vərəsə hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh tam hissədə pay alaraq, vərəsəlik üzrə iddiaçıya düşəcək paydan məhrum edilmişdir. İddiaçının hüquqları pozulduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-158 reyestr nömrəli, 19.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, anası X7 miras qalmış Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə bacısı Cavabdeh ilə bərabər hissədə pay hüququnun tanınmasına və Cavabdeh adına aparılmış, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı onun ana bir, ata ayrı ögey qardaşıdır. O, uzun illərdir ki, İzraildə yaşayır, analarının sağlığında o heç vaxt onunla maraqlanmamış və köməklik göstərməmişdir. Onun anası X17 30.09.2019-cu ildə dünyasını dəyişmişdir. Onun vəfatından sonra o, miras əmlakları faktiki qəbul etməklə idarə etmiş və bu əmlaklar daima onun istifadəsində və idarəçiliyində olmuşdur. Lakin iddiaçı AR Mülki Məcəlləsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna müraciət etməmiş və miras əmlakı faktiki qəbul etməmişdir. Anasının vəfatından 1 il 6 ay sonra o, özünün də yazdığı kimi bu mənzillər üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra o, da miras əmlakdan pay almaq qərarına gəlmiş və ona qarşı bu iddia tələbini qaldırmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı X2 qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X11 bildirdi ki, iddiaçının anası X16 30.09.2019-cu il tarixində dünyasını dəyişmişdir. İddiaçı İsrail vətəndaşıdır və daimi Hayfa şəhərində yaşayır. 2019cu ilin sentyabr ayında anasının xəstəliyi və ağır vəziyyəti barədə məlumatı alan kimi işdən icazə alıb Azərbaycana gəlmişdir. İddiaçının Anası 30 sentyabr tarixində rəhmətə gedəndə o, dəfn etmə xəcrəlində iştirak edib cəmi 500 dollar məbləği sərf etmişdir. İddiaçı cavabdehlə mirasla bağlı Sumqayıt şəhəri ASAN Xidmət mərkəzinə müraciət etmişlər. Bütün sənədləri qaydalara uyğunlaşdırmaq üçün vaxt tələb olunurdu, lakin iddiaçı artıq İsrailə, iş yerinə qayıtmalı idi. Bu səbəbdən onun adına etibarnamə sənədləşdirmək qərara gəlmişdir. Etibarnamə iddiaçı tərəfindən onun adına Sumqayıt şəhəri 1 saylı notariat kontorunda verilmişdir. İddiaçı Azərbaycanda olduğu zaman cavabdehlə miras əmlakı ilə bağlı mübahisə olmamışdır və razılığa görə analarından qalmış iki mənzil aralarında bərabər payları ilə bölünməli idi. Cavabdeh onlara notariat kontoruna özü müraciət edəcək, və ancaq sənədlər hazır olanda nümayəndə kimi o, gedib onlara imza qoyacaqdır. Bu səbəbdən cavabdeh etibarnaməni ondan alıb özündə saxlamaq istəmiş, iddiaçı ona inanıb buna razılaşmışdır. O, Lambertin iştirakı ilə etibarnaməni cavabdehə vermişdir. İddiaçı İsrailə qayıtmış, Lakin sonradan məlum oldu ki, cavabdeh nümayəndə kimi onu cəlb etmədən anasının ölümündən 6 ay sonra miras qalmış əmlakını tək vərəsə kimi öz adına keçirtmişdir. Nəticədə cavabdeh iddiaçının etibarından sui istifadə edərək faktiki iddiaçını vərəsəlik hüququmdan məhrum etmişdir. Məhkəmədə şahid X13 bildirdi ki, iddiaçının anasını çoxdan tanıyırdı. İddiaçının qızı ilə onun oğlu bir yerdə bir məktəbdə təhsil almışlar. 90-cı illərdə iddiaçı İsrailə köçsə də anası ilə tez-tez gəlib görüşürdü. Anası hər zaman Lambert barəsində yaxşı fikirlər söyləsə də, Rəna haqqında müsbət fikirdə olmamış, daima şikayət etmiş və iddiaçı ilə cavabdehin bacı-qardaş kimi münasibətlərinin normal olmamasını demişdir. Rəna anasından ayrı yaşayırdı. İddiaçının arvadı ona iki mənzillərin iddiaçı ilə cavabdeh arasında bərabər bölünərək hərəsi bir mənzilə sahib olacaqları barədə razılığa gəldiklərini bildirmişdir. Məhkəmədə şahid X15 bildirdi ki, cavabdehin qonşusudur. İddiaçını isə uşaqlıqdan tanıyırdı. Analarının dəfnindən sonra Lamberti bir iki dəfə görmüşdür. Anasının yanında həmişə Rənanı görmüşdür. Rəna 5-ci mikrorayonda yaşayırdı. O, bir dəfə qonşusu Nadejdadan Lambert barədə ona hər hansı bir köməklik etməsi barədə soruşanda, Nadejda ona Lambertin vəziyyətinin İsraildə yaxşı olmadığını bildirmişdir. Bundan başqa , 5-ci mikrorayonda yerləşən mənzildə iddiaçının anasına baxdığı şəxs tərəfindən verildiyi barədə məlumat olmuşdur. Hazırda onun qonşuluğunda Rəna yaşayır. Məhkəmədə şahid X25 bildirdi ki, cavabdeh onun qonşusudur. 6 ilə yaxındır ki, həmin 17-ci məhəllədə yaşayır. Cavabdehin anası ilə bir evin girişində yaşamışlar. İddiaçını heç vaxt görməmişdir. Anasının köməyinə həmişə qızı Rənanın gəldiyinin şahidi olmuşdur. X18 başqa da bir övladı olmasını eşitsə də, görməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, şahidlər X11, X13, X15 və X22 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30.11.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 4 ünvanda yerləşən 8 saylı mənzil ünvan 12014-cü il tarixli, 4Ə-1891 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X8 adına qeydiyyata alınaraq 30.01.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.10.2020-ci il tarixli, 2V-158 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Digər ünvan 2 ünvanda yerləşən 24 saylı mənzil ünvan 3i 21.04.2004-cü il tarixli, 2V-1/28 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19.10.2020-ci il tarixli, 2V-159 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda X8 adına 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi inzibati ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan AZ № ******* saylı, 21.03.1966-cı il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 05.02.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında-X19, ana qrafasında X23 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5910/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, ərizəçi İddiaçı Aerodzinoviçin doğum haqqında şəhadətnaməsinin (AZ seriyalı, ******* nömrəli) ana qrafasında X23 kimi qeyd edilən şəxsin anası X10ması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18.03.2021-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən 2 saylı Sumqayıt Ərazi İdarəsinin inzibati ərazi vahidi üzrə X8 Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ 30 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ keçmiş DTİ və MHQ idarəsinin may 2004-cü il tarixli 21335 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat kontorunun 19.10.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 30.09.2019-cu il tarixdə vəfat etmiş X8 vərəsələri; Sumqayıt, 17-ci məhəllə, ev 4, mənzil 8 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Sumqayıt şəhər Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən 30.01.2015-ci il tarixdə X12 verilmiş **********70-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 55.2 kv/m, yaşayış sahəsi 34.8 kv.m, yardımçı sahəsi 20.4 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat kontorunun 19.10.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 30.09.2019-cu il tarixdə vəfat etmiş X8 vərəsələri; Sumqayıt, 17-ci məhəllə, ev 4, mənzil 8 ünvanında qeydiyyatda olan qızı-Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Sumqayıt şəhər X5 və MHQİ tərəfindən 21.04.2004-cü il tarixdə X12 verilmiş 21335 qeydəalma nömrəsi, 14 nömrəli kitabın səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 45.49 kv/m, yaşayış sahəsi 30.05 kv.m, yardımçı sahəsi 15.44 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan AZ-İİ № 025104 saylı, 03.10.2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 30.09.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİİ № 128860 saylı, 06.07.2013-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında-X14, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 080193 saylı, 10.04.2008-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 ilə X16 arasında olan nikah 27.01.1970-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan İ-OJ № 518667 saylı, 31.01.2002-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 03.10.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 nömrəli evin 24 saylı mənzili vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X9 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 4, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 261 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” AR Qanununun 58-ci maddəsinin 3-cü abzasına əsasən Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Həmin Qanunun 59-cu maddəsinin 1-ci abzasına görə Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, iddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüquqlarının tanınması onun tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır. Yuxarıda göstərilən maddədən isə göründüyü kimi miras əmlak iki üsulla qəbul edilə bilər – bu barədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə, yaxud miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə. İşin mübahisəsiz halıdır ki, iddiaçı notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. İş materiallarında iddiaçının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar vardır. Belə ki, məhkəmə iclasında şahidlərin ifadələri, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilən fotoşəkillər və videodiskdə əks olunanlar miras qoyanın vəfatından sonra iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edildiyinə dəlalət edir. Həmçinin nəzərə almaq lazımdır ki, Sumqayıt şəhəri 1 saylı Xüsusi Notariat Ofisindən alınaraq iş materiallarına əlavə edilmiş notariat işindəki 11.12.2019-cu il tarixli Cavabdeh ərizəsindən görünür ki, notariusa müraciət edərək ondan başqa vərəsənin olmadığını göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının vərəsə olduğu aşkar olduğu halda notariat orqanında onun gizlədilərək başqa vərəsənin olmadığının göstərilməsinə dair ziddiyyəti aradan qaldıra bilməmiş, eyni zamanda notarius digər vərəsələrin olması barədə müvafiq sübutlar (qeydiyyatda olanlar barədə arayış) tələb etmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə bu normalardan çıxış edərək hesab edirki, iddiaçının miras qoyanın vəfatından keçən 6 ay ərzində faktiki olaraq onu vərəsə olaraq qəbul etmiş, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-çi maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X8 30 sentyabr 2019-cu ildə vəfat etməsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 4, mənxil 8 və ünvan 2-da yerləşən 24 nömrəli mənzilə dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-158 reyestr nömrəli, 19.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli, miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməli, iddiaçının anası X7 miras qalmış Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə bacısı Cavabdeh ilə bərabər hissədə pay hüququ tanınmalı və Cavabdeh adına aparılmış, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar ləğv edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilən tərcümə xidmətinə görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq tərcüməçi X3 hesabına (hesab nöm: AZ98NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152. 157, 220-221-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V- 158 reyestr nömrəli, 19.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilsin. İddiaçı anası X7 miras qalmış Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə və Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə bacısı Cavabdeh ilə bərabər hissədə pay hüququ tanınsın. Cavabdeh adına aparılmış, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 132/16 saylı evin 24 saylı mənzilinə 05.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və Sumqayıt şəhəri, 17ci məhəllə, 4 saylı evin 8 saylı mənzilinə 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Göstərilən tərcümə xidmətinə görə cəmi 60 (altmış) pul dövlət büdcəsindən tutularaq tərcüməçi X3 hesabına (hesab nöm: AZ98NABZ********************) köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar