Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-8696/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı X3, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4, Maraqlı şəxs Alışov Şakir Pərviz oğlunun iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə və maraqlı şəxs Alışov Şakir Pərviz oğluna qarşı borcun silinməsi tələbinə dair mülki işə 09 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh "xxxx" ASC-yə və maraqlı şəxs Alışov Şakir Pərviz oğluna qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 131 saylı mənzilinə dair elektrik sayğacına görə 215,53 manat məbləğində borcun ləğv edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 131 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin 09.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Maraqlı şəxs Səfər oğlunun mülkiyyətindədir. Həmin mənzili o, Maraqlı şəxs müvafiq alqı-satqı ipoteka müqaviləsi ilə satmışdır. Pərviz həmin evdə 2021-ci ilin avqust ayından yaşamağa başlamışdır. Belə ki, mənzilə dair müvafiq abonent kodu onun adına qeydiyyata alınmışdır. Həmçinin o, 1993-cü il tarixdən Qubadlı rayonundan məcburi köçkündür. Ev istifadəsində olan müddətdən kommunal ödənişləri ilə bağlı heç bir problem olmamışdır. Həmçinin məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü bəndinə əsasən, məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Daha sonra “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilməyə başlamışdır. Lakin həmin mənzilə dair 215.53 manat məbləğində borc hələ də qüvvədədir. Halbuki həmin borclar 2016-cı il tarixə məxsus borclardır. Buradan aydın görünür ki, borc reallığı əks etdirmir. Həmin borc qanunsuz və əsassızdır. Qüvvədə olan borca görə abunə kodunu evin mülkiyyətçisinin adına keçirməyi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə tərəfindən iş hərtərəfli araşdıracaq. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 mübahisələndirilən borc məbləğinin debitor borc olduğunu, 31.12.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 215,53 manat borcunun dondurulduğunu, həmin borcun abonentlərə verilən bildirişlərdə qeyd edilmədiyini və bu borcların silinməsinin müəssisənin səlahiyyətinə aid olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Alışov Şakir Pərviz oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 131 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzili müvafiq alqı-satqı ipoteka müqaviləsi ilə almışdır. Həmin evdə 2021-ci ilin avqust ayından yaşamağa başlamışdır. İddiaçı həmin mənzildə yaşadığı müddətdə 215,53 manat məbləğində borc hesablanmışdır. O, həmin borcun silinməsi üçün Asan Xidmətə müraciət etdikdə borcun silinməsinin yalnız məhkəmə qərarı əsasında mümkün olduğunu bildirilmişdir. Maraqlı şəxs qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 676 nömrəli, 20.09.2021-ci il tarixli arayışdan görünür ki, X7 2009-cu ildən 2021-ci ilinə kimi məcburi köçkün kimi Sumqayıt şəhəri, 6–cı mikrorayon, 27 saylı evin 131 saylı mənzilində yaşamışdır. İşdə olan 01-15-18 nömrəli, 29.09.2021-ci il tarixli arayışdan görünür ki, X1 rayonundan məcburi köçkündür. İş materiallarında olan abunə haqqında 13.09.2021-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, 6–cı mikrorayon, 27 saylı evin 131 saylı mənzilində quraşdırılmış sayğaca əsasən 31.12.2016-cı ildə 215,53 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6–cı mikrorayon, 27 saylı evin 131 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına ********** qeydiyyat nömrəsi ilə 09.08.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, 6–cı mikrorayon, 27 saylı evin 131 saylı mənzilində X2yə görə hesablanmış 215,53 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 2009-cu ildən 2021-ci ilinə kimi məcburi köçkün kimi ünvan 1 ünvan "xxxx" ASC-də Sumqayıt şəhəri, 6-cı mikrorayon, B:0027, M: 131 kimi qeydə alınmışdır. İddiaçının məcburi köçkün kimi 215,53 manat məbləğində borcu 31.12.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X2 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi,onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından və həmin Fərman əsasında cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı X3 elektrik enerjisinə görə 31.12.2016-cı il tarixə yaranmış Sumqayıt şəhəri, 6–cı mikrorayon, 27 saylı evin 131 saylı mənzilinə X2yə görə hesablanmış 215,53 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X5 (abunə kodu: **********01087) elektirik enerjisindən istifadəyə görə hesablanmış 215,53 (iki yüz on beş manat əlli üç qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-8696/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-8696/2021
09.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver