Məhkəmə qərarları › İş №e-2(060)-871/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-871/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-871/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Rəsulzadə (Hənifəyeva) Həcər Aydın qızına qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HİMO ELECTROSCOOTER L2 üçün 1113 (min yüz on üç) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********69065 SAMSUNG GALAXY A32 markalı telefon üçün qiyməti 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, VENTİLYATOR ARDESTO, DARAĞLİ FEN ROWENTA üçün 219.66 (iki yüz on doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 21.34 (iyirmi bir manat otuz dörd qəpik) manat cərimə; ümumilikdə, 1787 manat borc, 37.87 manat ödənilmiş dövlət rüsumu cavabdeh Rəsulzadə (Hənifəyeva) Həcər Aydın qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə HİMO ELECTROSCOOTER L2, İMEİ **********69065 SAMSUNG GALAXY A32 markalı telefon, VENTİLYATOR ARDESTO, DARAĞLİFEN ROWENTA almış və nəticədə 1787 (min yeddi yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1275 (min iki yüz yetmiş beş) manat (24 ay x 53 manat + 3 manat ilkin ödəniş) HİMO ELECTROSCOOTER L2 üçün ümumilikdə, 1224 (min iki yüz iyirmi dörd ) manat olmaqla ondan, 1113 (min yüz on üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 111 (yüz on bir) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690.2 (altı yüz doxsan manat iyirmi qəpik ) manat (14 ay x 49.3 manat + 0 manat ilkin ödəniş) İMEİ **********69065 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 322 (üç yüz iyirmi iki) manat olmaqla ondan qiyməti 293 (iki yüz doxsan üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 29 (iyirmi doqquz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 264.04 (iki yüz altmış dörd manat dörd qəpik) manat (18 ay x 14.67 manat + 0 manat ilkin ödəniş) VENTİLYATOR ARDESTO, DARAĞLİ FEN ROWENTA üçün ümumilikdə, 241 (iki yüz qırx bir) manat olmaqla ondan 219.66 (iki yüz on doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.34 (iyirmi bir manat otuz dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 603.6 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh (Hənifəyeva) iddia tələbi barədə bildiriş göndərilmiş, lakin ünvanda yaşamadığı üçün poçt müəsissəsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh (Hənifəyeva) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № ******* saylı müqavilədən görünür ki, Cavabdeh (Hənifəyeva) ümumi dəyəri 264,04 manat olan VENTİLYATOR ARDESTO, DARAĞLİ FEN ROWENTA almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh (Hənifəyeva) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 02731201 saylı müqavilədən görünür ki, Cavabdeh (Hənifəyeva) ümumi dəyəri 690,2 manat olan İMEİ **********69065 SAMSUNG GALAXY A32 markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh (Hənifəyeva) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 02732179 saylı müqavilədən görünür ki, Cavabdeh (Hənifəyeva) ümumi dəyəri 1275 manat olan HİMO ELECTROSCOOTER L2 almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, HİMO ELECTROSCOOTER L2, İMEİ **********69065 SAMSUNG GALAXY A32 markalı telefon, VENTİLYATOR ARDESTO, DARAĞLİFEN ROWENTA cavabdehə təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh (Hənifəyeva) xx.xx.2022-ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödəniş 3 (üç) manat, aylıq ödəniş 53 manat olmaqla, HİMO ELECTROSCOOTER L2 almış və 162 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 14 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 49,3 manat olmaqla İMEİ **********69065 SAMSUNG GALAXY A32 markalı telefon almış və 397,2 manat ödəniş etmiş və xx.xx.2022-ci tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 14,67 manat olmaqla, VENTİLYATOR ARDESTO, DARAĞLİFEN ROWENTA almış və 44,4 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh (Hənifəyeva) "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1275 manat olan ümumi dəyərindən 162 manat ödəniş etmiş və nəticədə 1224 manat borc, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 690,2 manat olan ümumi dəyərindən 397,2 manat ödəniş etmiş və nəticədə 322 manat borc, xx.xx.2022-ci tarixli müqaviləyə əsasən aldığı malın 264,06 manat olan ümumi dəyərindən 44,4 manat ödəniş etmiş və nəticədə 241 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 161,34 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Rəsulzadə (Hənifəyeva) Həcər Aydın qızından hər üç müqavilə üzrə ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik ödənilməmiş borc, 20 (iyirmi) manat cərimə borcu, 37 (otuz yeddi) manat 87 (səksən yeddi) qəpik dövlət rüsumu, cəmi 1683 (bir min altı yüz səksən üç) manat 53 (əlli üç) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar