Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-949/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS PRO QULAQLİQ üçün 545 (beş yüz qırx beş) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********26893 İPHONE SE markalı telefon üçün 453.54 (dörd yüz əlli üç manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 45.46 (qırx beş manat qırx altı qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********58946 SAMSUNG GALAXYA02S markalı telefon üçün 182.4 (yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 18.6 (on səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, POWER BANK XİAOMİ Mİ 3 10000 MAH, Mİ TRUE WİRELESS EARBUDS 2 QULAQLİQ, XİAOMİ Mİ BAND 5 QOL SAATİ üçün 70.8 (yetmiş manat səksən qəpik) manat ödənilməmiş hissə, 7.2 (yeddi manat iyirmi qəpik) manat cərimə; ümumilikdə, 1377 manat borc və 33.77 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS PRO QULAQLİQ İMEİ KOD **********26893 İPHONE SE markalı telefon, İMEİ KOD **********58946 SAMSUNG GALAXY A02S markalı telefon, POWER BANK XİAOMİ Mİ 3 10000 MAH, Mİ TRUE WİRELESS EARBUDS 2 QULAQLİQ, XİAOMİ Mİ BAND 5 QOL SAATİ almış və nəticədə 1377 (min üç yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 (yeddi yüz otuz səkkiz) manat (yəni 18 ay x 41 manat + 0 manat ilkin ödəniş) APPLE AİRPODS PRO QULAQLİQ üçün ümumilikdə, 599 (beş yüz doxsan doqquz) manat olmaqla ondan 545 (beş yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1643 (min altı yüz qırx üç) manat (18 ay x 88.5 manat + 50 manat ilkin ödəniş) İMEİ KOD **********26893 İPHONE SE markalı telefon üçün ümumilikdə, 499 (dörd yüz doxsan doqquz) manat olmaqla ondan, 453.54 (dörd yüz əlli üç manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.46 (qırx beş manat qırx altı qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 364.8 (üç yüz altmış dörd manat səksən qəpik) manat (12 ay x 30.4 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********58946 SAMSUNG GALAXYA02S markalı telefon üçün ümumilikdə, 201 (iki yüz bir) manat olmaqla ondan, 182.4 (yüz səksən iki manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.6 (on səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 190.8 (yüz doxsan manat səksən qəpik) manat (18 ay x 10.6 manat + 0 manat ilkin ödəniş) POWER BANK XİAOMİ Mİ 3 10000 MAH, Mİ TRUE WİRELESS EARBUDS 2 QULAQLİQ, XİAOMİ MBAND 5 QOL SAATİ üçün ümumilikdə 78 (yetmiş səkkiz) manat olmaqla ondan, 70.8 (yetmiş manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.2 (yeddi manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1684.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 20342698 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1643 manat olan İMEİ KOD **********26893 İPHONE SE markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22445373 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 738 manat olan APPLE AİRPODS PRO QULAQLİQ almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22226642 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 190,8 manat olan POWER BANK XİAOMİ Mİ 3 10000 MAH, Mİ TRUE WİRELESS EARBUDS 2 QULAQLİQ, XİAOMİ Mİ BAND 5 QOL SAATİ almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 22409210 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 364,8 manat olan İMEİ KOD **********58946 SAMSUNG GALAXYA02S markalı telefon almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, APPLE AİRPODS PRO QULAQLİQ, İMEİ KOD **********26893 İPHONE SE markalı telefon, İMEİ KOD **********58946 SAMSUNG GALAXY A02S markalı telefon, POWER BANK XİAOMİ Mİ 3 10000 MAH, Mİ TRUE WİRELESS EARBUDS 2 QULAQLİQ, XİAOMİ Mİ BAND 5 QOL SAATİ cavabdehə təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 41 manat olmaqla, APPLE AİRPODS PRO QULAQLİQ almış və 193 manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 50 manat, aylıq ödəniş 88,5 manat olmaqla İMEİ KOD **********26893 İPHONE SE markalı telefon almış və 1189,46 manat ödəniş etmiş, xx.xx.2021-ci tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 30,4 manat olmaqla, İMEİ KOD **********58946 SAMSUNG GALAXY A02S markalı telefon almış və 182,4 manat ödəniş etmiş və xx.xx.2021-ci tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 10,6 manat olmaqla, POWER BANK XİAOMİ Mİ 3 10000 MAH, Mİ TRUE WİRELESS EARBUDS 2 QULAQLİQ, XİAOMİ Mİ BAND 5 QOL SAATİ almış və 120 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 738 manat olan ümumi dəyərindən 193 manat ödəniş etmiş və nəticədə 599 manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 1643 manat olan ümumi dəyərindən 1189,46 manat ödəniş etmiş və nəticədə 499 manat borc, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən aldığı malın 364,8 manat olan ümumi dəyərindən 182,4 manat ödəniş etmiş və nəticədə 201 manat və xx.xx.2021-ci tarixli müqaviləyə əsasən aldığı malın 190,8 manat olan ümumi dəyərindən 120 manat ödəniş etmiş və nəticədə 78 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 125,26 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 15 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dörd müqavilə üzrə ümumilikdə 1251 (bir min iki yüz əlli bir) manat 74 (yetmiş dörd) qəpik ödənilməmiş borc, 15 (on beş) manat cərimə borcu, 33 (otuz üç) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu, cəmi 1300 (bir min üç yüz) manat 51 (əlli bir) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-949/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-949/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver