Məhkəmə qərarları › İş №e-2(060)-950/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-950/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-950/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Elari” markalı qol saatı, “Hoffmann İWAC” markalı kondisioner, X6, “Stark” markalı velosiped, Huawei Freebuds 4İ qulaqlıq, Micro card, İmei kodu **********22121 olan Xiaomi Poco X3 pro markalı telefon almış və nəticədə 7151 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 195.6 manat “Elari” markalı qol saatı üçün ümumilikdə, 125.7 manat olmaqla ondan, 96.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 28.8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1262.4 manat “Hoffmann İWAC” markalı kondisioner üçün ümumilikdə, 1295.1 manat olmaqla ondan 998.7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 296.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2983.86 manat X6 üçün ümumilikdə, 3659.36 manat olmaqla ondan 2817.86 manat ödənilməmiş hissə, güzəşt olunaraq 841.5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 803.04 manat “Stark” markalı velosiped üçün ümumilikdə, 997.24 manat olmaqla ondan 769.54 manat ödənilməmiş hissə, güzəşt olunaraq 227.7 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 315 manat Huawei Freebuds 4İ qulaqlıq, Micro card üçün ümumilikdə, 293.3 manat olmaqla ondan 227 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66.3 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1204.92 manat İmei kodu **********22121 olan Xiaomi Poco X3 pro markalı telefon üçün ümumilikdə, 780.3 manat olmaqla ondan 601.92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 178.38 manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1252.9 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Elari” markalı qol saatı üçün 96.9 manat ödənilməmiş hissə, 28.8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Hoffmann İWAC” markalı kondisioner üçün 998.7 manat ödənilməmiş hissə, 296.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X6 üçün 2817.86 manat ödənilməmiş hissə, 841.5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “Stark” markalı velosiped üçün 769.54 manat ödənilməmiş hissə, 227.7 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Huawei Freebuds 4İ qulaqlıq, Micro card üçün 227 manat ödənilməmiş hissə, 66.3 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********22121 olan Xiaomi Poco X3 pro markalı telefon üçün 601.92 manat ödənilməmiş hissə, 178.38 manat dəbbə pulu, ümumilikdə 7151 manat borc, 91.51 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət etməmişdən öncə son ödəniş olmuş, məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 07 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 195.6 manat “Elari” markalı qol saatı üçün ümumilikdə, 125.7 manat olmaqla ondan, 96.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 28.8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1262.4 manat “Hoffmann İWAC” markalı kondisioner üçün ümumilikdə, 1295.1 manat olmaqla ondan 998.7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 296.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2983.86 manat X6 üçün ümumilikdə, 3659.36 manat olmaqla ondan 2817.86 manat ödənilməmiş hissə, güzəşt olunaraq 841.5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 803.04 manat “Stark” markalı velosiped üçün ümumilikdə, 997.24 manat olmaqla ondan 769.54 manat ödənilməmiş hissə, güzəşt olunaraq 227.7 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 manat Huawei Freebuds 4İ qulaqlıq, Micro card üçün ümumilikdə, 293.3 manat olmaqla ondan 227 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66.3 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1204.92 manat İmei kodu **********22121 olan Xiaomi Poco X3 pro markalı telefon üçün ümumilikdə 780.3 manat olmaqla ondan 601.92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 178.38 manat dəbbə pulu borcu yaranmış, ümumilikdə əsas borca ödənilmiş məbləğ 1252.9 manat olmaqla, əsas borca ödənilməmiş məbləğ 5511.92 manat, dəbbə pulu 1639.08 manat ümumillikdə əsas borca ödənilməmiş məbləğ 7151 manat təşkil etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 02005 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********22121 olan Xiaomi Poco X3 pro markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 02005 saylı müqavilədə nəzərdə tutulmuş İmei kodu **********22121 olan Xiaomi Poco X3 pro PRO markalı telefonu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02005 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 66.94 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 020223 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Huawei Freebuds 4İ qulaqlıq, Micro card almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 020223 saylı müqavilədə nəzərdə tutulmuş Huawei Freebuds 4İ qulaqlıq, Micro cardı tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 020223 saylı müqavilə üzrə 18 ay müddətində hər ay 17.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ********* saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “Elari” markalı qol saatı almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən ********* saylı müqavilədə nəzərdə tutulmuş “Elari” markalı qol saatını tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ********* saylı müqavilə üzrə 12 ay müddətində hər ay 16.30 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 24000086 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “Hoffmann İWAC” markalı kondisioner almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 24000086 saylı müqavilədə nəzərdə tutulmuş “Hoffmann İWAC” markalı kondisioneri tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24000086 saylı müqavilə üzrə 24 ay müddətində hər ay 52.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ******* saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “Stark” markalı velosiped almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən ******* saylı müqavilədə nəzərdə tutulmuş “Stark” markalı velosipedi tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ******* saylı müqavilə üzrə 24 ay müddətində hər ay 33.46 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ******* saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən X6 almışdır. xx.xx.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən ******* saylı müqavilədə nəzərdə tutulmuş X6-ni tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ******* saylı müqavilə üzrə 18 ay müddətində hər ay 165.77 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya ümumilikdə 7151 ( yeddi min yüz əlli bir ) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 665 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 186.1.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 96.9 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 998.7 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2817.86 manat ödənilməmiş hissə, 665 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 769.54 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 601.92 manat ödənilməmiş hissə, 100 manat cərimə, ümumillikdə 6511.92 manat borc və ödənilmiş 85.12 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 6.39 manatı iddiaçıya aid edilməli, 85.12 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 96.9 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 998.7 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2817.86 manat ödənilməmiş hissə, 665 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 769.54 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 227 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 601.92 manat ödənilməmiş hissə, 100 manat cərimə, ümumillikdə 6511.92 (altı min beş yüz on bir manat doxsan iki qəpik) manat borc və ödənilmiş 85.12 (səksən beş manat on iki qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar