Məhkəmə qərarları › İş №e-2(060)-9502/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-9502/2021

21.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-9502/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi X1 katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ərizənin (əqdin) etibarsız sayılması” tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ərizənin (əqdin) etibarsız sayılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçılar- İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində aldatma nəticəsində verilmiş mirasın qəbulundan imtina edilməsi barədə ərizənin (əqdin) etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaya baxılmasına heç bir zərurət qalmadığını göstərmiş və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ərizənin (əqdin) etibarsız sayılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ərizənin (əqdin) etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar