Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-956/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı tərəfindən ərizənin qanunvericilikdə nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. Yoxlanılan ərizədə cavabdehin yaşayış ünvanı olaraq ünvan 1on Məhkəmə X1 görünür ki, cavabdehin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinə uyğun aktiv sənəd aşkar olunmamışdır. Qeyd olunan hal cavabdeh barədə məlumatın olmadığı kimi qiymətləndirilməlidir. Bu göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı tərəfindən Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbi pozulmuşdur. Eyni zamanda cavabdehin rəsmi qeydə alındığı ünvan barədə məlumatın olmaması məhkəmə tərəfindən aidiyyət məsələsinə qiymət verilməsini mümkünsüz edir. Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3, 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qəraraaldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-956/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-956/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver