Məhkəmə qərarları › İş №e-2(060)-981/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-981/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-981/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Anhel - Yumsaq – Kunc, DOGAMASA üçün 1428.5 (bir min dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Alyans-Paris çarpayı, Alyans-Paris dolab üçün 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Magnum- Yataq – Çarpayı, Magnum- Yataq - Surgulu – Dolab, Stul – Venetsiya üçün 185.5 (yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 2844 manat borc, 48.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Anhel - Yumsaq – Künc, DOGAMASA, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Magnum- Yataq – Çarpayı, Magnum- Yataq - Surgulu – Dolab, Stul – Venetsiya almış və nəticədə 2844 (iki min səkkiz yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2628 (iki min altı yüz iyirmi səkkiz) manat (24 ay x 109.5 manat + 0 manat ilkin ödəniş) Anhel - Yumsaq – Kunc, DOGA MASA üçün ümumilikdə, 1428.5 (bir min dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat olmaqla ondan 1428.5 (bir min dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2260.8 (iki min iki yüz altmış manat, səksən qəpik) manat (24 ay x 94.2 manat + 0 manat ilkin ödəniş) Alyans-Paris çarpayı, Alyans-Paris dolab üçün ümumilikdə, 1230 (bir min iki yüz otuz) manat olmaqla ondan, 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2073.6 (iki min yetmiş üç manat, altmış qəpik) manat (18 ay x 115.2 manat + 0 manat ilkin ödəniş) Magnum - Yataq – çarpayı, Magnum - Yataq - Surgulu – Dolab, Stul – Venetsiya üçün ümumilikdə, 185.5 (yüz səksən beş manat, əlli qəpik) manat olmaqla ondan, 185.5 (yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 4118.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvanda yaşamadıgına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №21133854 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2628 manat olan Anhel - Yumsaq – Kunc, DOGA MASA almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №21149330 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2260,8 manat olan Alyans-Paris çarpayı, Alyans-Paris dolab almışdır. İşə əlavə edilmiş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №21134079 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2073,6 manat olan Magnum - Yataq – çarpayı, Magnum - Yataq - Surgulu – Dolab, Stul – Venetsiya almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Anhel - Yumsaq – Künc, DOGAMASA, Alyans-Paris çarpayı, Alyans-Paris dolab, Magnum- Yataq – Çarpayı, Magnum- Yataq - Surgulu – Dolab, Stul – Venetsiya Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödənişsiz, ilkin ödənişsiz, Anhel-X2 almış və 1199,5 manat ödəniş etmiş, xx.xx.2020ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 94,2 manat olmaqla, Alyans-Paris çarpayı, Alyans-Paris dolab almış və 1030,8 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 115,2 manat olmaqla, Magnum-yataq-çarpayı, Magnum-yataq, Surgulu dolab, stul-Venetsiya almış və 1888,1 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 2628 manat olan ümumi dəyərindən 1199,5 manat ödəniş etmiş və nəticədə 1428,5 manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 2260,8 manat olan ümumi dəyərindən 1030,8 manat ödəniş etmiş və nəticədə 1230 manat borc və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı malın 2073,6 manat olan ümumi dəyərindən 1888,1 manat ödəniş etmiş və nəticədə 185,5 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 2844 (iki min səkkiz yüz qırx dörd) manat borc, 48 (qırx səkkiz) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu, cəmi 2892 (iki min səkkiz yüz doxsan iki) manat 44 (qırx dörd) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 2844 (iki min səkkiz yüz qırx dörd) manat borc, 48 (qırx səkkiz) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu, cəmi 2892 (iki min səkkiz yüz doxsan iki) manat 44 (qırx dörd) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar