Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-987/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 2055 (iki min əlli beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 41 (qırx bir) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 19:30 radələrində Sumqayıt şəhəri, Bakı küçəsi ərazisində Cavabdeh tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Sportage” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz S400” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Həmçinin xx.xx.2022-ci il saat 11:00 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində tərəflərindən həmin avtonəqliyyat vasitəsi ilə “Tofaş Kartal” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya da maddi zərər dəymişdir. Sumqayıt şəhər DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP5140929 saylı qərara və 28 iyul 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 332.3-cü maddələrində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz S400” markalı, **-GU-***dövlət nömrə nişanlıavtomobilə vurulmuş maddizərər 710 (yeddi yüz on) manat təşkil edir. Həmçinin "xxxx" MMC tərəfindən tərtib edilmiş digər Qüsur aktında göstərilmişdir ki, “Tofaş Kartal” markalı, **- KF-*** dövlət nömrə nişanlıavtomobilə vurulmuş maddizərər 1345 (bir min üç yüz qırx beş) manat təşkil edir. Baş vermiş yol nəqliyyat hadisələri ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən işlər üzrə PXA116867 və PXA********** saylı sığorta akt(lar)ı tərtib edilməklə zərərçəkən(lər)ə dəymiş zərərə görə ümumilikdə 2055 (iki min əlli beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, PXA********** nömrəli müqaviləyə əsasən “Kia Sportage” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır.
4. İşdə olan PXA1141371 saylı Sığorta Aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək sığortalanmış “Kia Sportage” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində “Mercedes Benz S400” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 5.İşdə olan PXA116867 saylı Sığorta Aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək sığortalanmış “Kia Sportage” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində “Tofaş Kartal” markalı, **-KF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.
6. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. 7.İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur.
8. İşdə olan "xxxx" Auto Sevice tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qüsur aktından görünür ki, “Mercedes Benz S400” markalı, **-GU-***dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərər 710 manat məbləğindədir. 9.İşdə olan "xxxx" Auto Sevice tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qüsur aktından görünür ki, “Tofaş Kartal” markalı, **-KF-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərər 1345 manat məbləğindədir.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-1609 saylı pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 710 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. 11.İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-2067 saylı pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 1345 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. 12.İşdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün AZ86HAJC******************** İban nömrəli ********** nömrəli kart və Şen zərflər X1 təhvil verilmişdir. 13.İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-233/2022 saylı qərarı ilə Cavabdeh sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır.
14. İşdə olan kart hesabından xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, "xxxx" ASC tərəfindən X2 məxsus AZ96AİİB410100D**********126 nömrəli hesaba sığorta ödənişi həyata keçirilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Kia Sportage” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində “Mercedes Benz S400” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə və xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində “Tofaş Kartal” markalı, **-KF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur, nəticədə “Mercedes Benz S400” markalı, **-GU-***dövlət nömrə nişanlı avtomobilə 710 manat, “Tofaş Kartal” markalı, **-KF-*** dövlət nömrə nişanlı avtomobilə 1345 manat maddi zərər vurulmuşdur. Həmin vaxt cavabdehin avtomobili idarə etmək hüququ olmamışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2055 (710+1345) manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
17. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.
18. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh “Kia Sportage” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Belə ki, həmin vaxt cavabdehin sürücülük hüququ məhkəmə qərarına əsasən məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 2055 (710+1345) mant pul Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 41 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
24. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Nəticə hissəsi: 25.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 2055 (iki min əlli beş) manat pul vəsaiti və 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva