Məhkəmə qərarları › İş №e-2(061)-1114/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1114/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1114/2025 29.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı (bundan sonra İddiaçı MMC adlnadırılacaq), Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC ilə bağlanmış 24 iyun 2022-ci il tarixli ALY-1085 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolit Nexia” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı XWBTF69V9MA263537 ban, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması və Cavabdeh 24 iyun 2022-ci il tarixli, ALY-1085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 may 2025-ci il tarixə 1945.17 manat gecikdirilmiş əsas, 421.14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 358.71 manat dəbbə pulu, cəmi 2725.02 manat borc və ödənilmiş 47.26 manat dövlət rüsumu İddiaçı MMC-in xeyrinə tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1085 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifairişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9MA263537 ban, ağ rəngli avtomobil 22825 manat məbləğinə İddiaçı MMCin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə 3) əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 474,51 manat, ümumilikdə isə 25777 manat məbləğində pulu İddiaçı MMC-in hesabına ösəməyi öhdəsinə götürmüşdür. Cavabdeh saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə üdilməsinə görə 27 may 2025-ci il tarixə 1945,17 manat gecikdirilmiş əsas, 421.14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 358,71 manat dəbbə pulu, cəmi 2725,02 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlididr. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilmə qaydası və müddətləri müqavilənin ayrılmaq tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğini gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış 24 iyun 2022-ci il tarixli ALY-1085 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolit Nexia” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı XWBTF69V9MA263537 ban, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması və Cavabdeh 24 iyun 2022-ci il tarixli, ALY-1085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 may 2025-ci il tarixə 1945.17 manat gecikdirilmiş əsas, 421.14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 358.71 manat dəbbə pulu, cəmi 2725.02 manat borc və ödənilmiş 47.26 manat dövlət rüsumu İddiaçı MMC-in xeyrinə tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı İddiaçı MMC ilə bağlanmış 24 iyun 2022-ci il tarixli ALY-1085 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 iyun 2022-ci il tarixli, ALY-1085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin geri qaytarıldığı 29 iyul 2025-ci il tarixə 2757.7 manat gecikdirilmiş əsas, 555.26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1291.47 manat dəbbə pulu, cərimə meydançasına ödənilmiş 180 manat, lizinq obyekti olan avtomobilə 1872.60 manat dəymiş zərər, ümumilikdə 6657.03 borc və ödənilmiş 87 manat dövlət rüsumu İddiaçı MMC-in xeyrinə tutulması tələbinə dair iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına elekton qaydada daxil olmuş İddiaçı MMC-in nümayəndəsinin ərizəsindən görünür ki, icraatda olan e-2(061)-1114/2025 saylı işə məhkəmə iclaslarındaiştirakları olmadan baxıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə olan halda məhkəmə İddiaçı MMC-in nümayəndəsinin iştirakı olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını mümükn hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və məhkəmə iclasının təxirə salınması barədə dir. İş materiallarında olan məhkəmə bildirişindən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli ALY-1085 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ALY-1085 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifairişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9MA263537 ban, ağ rəngli avtomobil 22825 manat məbləğinə İddiaçı MMC-in mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə 3) əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 474,51 manat, ümumilikdə isə 25777 manat məbləğində pulu İddiaçı MMC-in hesabına ösəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh şəxsində, bundan sonra tərələr 1.1. lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan Sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürür; 1.2. razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının sürətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikası Qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC, bundan sonra alıcı adlandırılacaq , digər tərəfdən "xxxx" MMC satızı adlandırılacaq və üçüncü tərəfdən Cavabdeh şəxsində, bundan sonra lizinq alan adlandırılacaq, bu təhvil-təslim aktını xx.xx.2022-ci il tarixli, ALY-1085 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq ondan ötrü tərib edirik ki, aşağıdakı lizinq obyekti satıcı tərəfindən alıcı və lizinq alana təhvil verilmişdir. 20050 manat dəyərində “Chevrolet Nexia SX” markalı, XWBTF69V9MA263537 ban, ağ rəngli avtomobil tərəflər arasında təhvil-təslim edilmişdir. Hər iki tərəf müqaviləni imzalamışdır. Məhkəmədə elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, Chevrolet Nexia SX” markalı, XWBTF69V9MA263537 ban, ağ rəngli **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC olduğu qeyd edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli 312 saylı xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC Cavabdeh olan Cəmiyyətə olan borcunu ödəməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılması ondan məhkəmə qaydasında tələb ediləcəyi göstərilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, “Azari” Ekspress poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq etmişdir ondan ötəri ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-dən qəbul edilmiş məktub qaimə zərf Cavabdeh çatdırılmışdır. Məhkəmədə elan olunmuş 05 avqust 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 24 iyun 2022-ci il tarixli ALY-1085 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas borcu 25757 manat 70 qəpik, 555 manat 26 qəpik mükafat borcu, 1291 manat 47 qəpik cərimə borcu, ümumilkdə 4604 manat 43 qəpik təşkil etmişdir. Məhkəmədə elan olunmuş “CHEVROLET” "xxxx" MMC-dən alınmış “Chevrolet Nexia SX” markalı, ağ rəngli **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin və texniki xidmət siyahısı ehtiyyat hissələri üçün cəmi 905 manat, xidmətin dəyəri 967 manat 60 qəpik, ümumilikdə 1872 manat 60 qəpik təşkil etmişdir. Məhkəmə ərizədə göstərilənləri və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1085 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifairişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9MA263537 ban, ağ rəngli avtomobil 2825 manat məbləğinə İddiaçı MMC-in mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə 3) əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 474,51 manat, ümumilikdə isə 25777 manat məbləğində pulu İddiaçı MMC-in hesabına ösəməyi öhdəsinə götürmüşdür. Cavabdeh saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə üdilməsinə görə 27 may 2025-ci il tarixə 1945,17 manat gecikdirilmiş əsas, 421.14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 358,71 manat dəbbə pulu, cəmi 2625,02 manat borcu yaranmışdır. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı İddiaçı MMC ilə bağlanmış 24 iyun 2022ci il tarixli ALY-1085 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 iyun 2022-ci il tarixli, ALY-1085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin geri qaytarıldığı 29 iyul 2025-ci il tarixə 2757.7 manat gecikdirilmiş əsas, 555.26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1291.47 manat dəbbə pulu, cərimə meydançasına ödənilmiş 180 manat, lizinq obyekti olan avtomobilə 1872.60 manat dəymiş zərər, ümumilikdə 6657.03 borc və ödənilmiş 87 manat dövlət rüsumu İddiaçı MMC-in xeyrinə tutulması tələbinə dair iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, faiz və cərimə borcunun artmasına şərait yaratdığından cavabdehin iddiaçıya faiz və cərimə borcu yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, borcundan bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehlərin iddiaçıya borclu olduğu 1291,47 manat dəbbə borcu, 1191,47 manat azaldılaraq, (1291,47-1191,47 manat = 100 manat ) 100 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 2757.7 manat gecikdirilmiş əsas, 555.26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 manat dəbbə pulu, cərimə meydançasına ödənilmiş 180 manat, lizinq obyekti olan avtomobilə 1872.60 manat dəymiş zərər, ümumilikdə 5465 manat 56 qəpik borc və ödənilmiş 74 manat 65 qəpik dövlət rüsumu təşkil edir. Məhkəmə belə hesab edir ki, İddiaçı MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 74 (yetmiş dörd) manat 65 (altmış beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 12 (on iki) manat 35 (otuz beş) qəpik hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24 iyun 2022ci il tarixli ALY-1085 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 24 iyun 2022-ci il tarixli, ALY-1085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin geri qaytarıldığı 29 iyul 2025-ci il tarixə 2757.7 manat gecikdirilmiş əsas, 555.26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 manat dəbbə pulu, cərimə meydançasına ödənilmiş 180 manat, lizinq obyekti olan avtomobilə 1872.60 manat dəymiş zərər, ümumilikdə 5465.56 manat borc və ödənilmiş 74 (yetmiş dörd) manat 65 (altmış beş) qəpik dövlət rüsumu İddiaçı MMC-in xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 12 (on iki) manat 35 (otuz beş) qəpik hissəsi iddiaçıya aid edilməlidir. İddia tələbi dəbbə puluna aid qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24 iyun 2022-ci il tarixli ALY-1085 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 24 iyun 2022-ci il tarixli, ALY-1085 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin geri qaytarıldığı 29 iyul 2025-ci il tarixə olan 2757 (iki min yeddi yüz əlli yeddi) manat 79 (yetmiş doqquz) qəpik gecikdirilmiş əsas, 555 (beş yüz əlli beş) manat 26 (iyirmi altı) qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 100 (yüz) manat dəbbə pulu, cərimə meydançasına ödənilmiş 180 (yüz səksən) manat, lizinq obyekti olan avtomobilə 1872 (min səkkiz yüz yetmiş iki) manat 60 (altmış) qəpik dəymiş zərər, ümumilikdə 5465 (beş min dörd yüz altmış beş) manat 56 (əlli altı) qəpik borc və ödənilmiş 74 (yetmiş dörd) manat 65 (altmış beş) qəpik dövlət rüsumu İddiaçı MMC-in xeyrinə tutulsun, ödənilmiş dövlət rüsumunun qalan 12 (on iki) manat 35 (otuz beş) qəpik hissəsi iddiaçıya aid edilsin. İddia tələbi dəbbə puluna aid qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar