Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1146/2025 17.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayil oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon üçün ödənilməmiş hissə üzrə 29.60 manat, cəriməyə görə 2.96 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT +3 İL, Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 265.30 manat, cəriməyə görə 26.53 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon üçün ödənilməmiş hissə üzrə 471.60 manat, cəriməyə görə 47.16 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT+ 1İL, SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 955.40 manat, cəriməyə görə 95.54 manat, ümumlikdə 1894.09 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 38.95 manat pulun cavabdehdən alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 29.97 manat ödəmək şərti ilə QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 100.31 manat ödəmək şərti ilə ZƏMANƏT +3 İL ,Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 39.33 manat ödəmək şərti ilə QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 110.72 manat ödəmək şərti ilə ZƏMANƏT+ 1İL ,SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları satılmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon üçün ödənilməmiş hissə üzrə 29.60 manat, cəriməyə görə 2.96 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT +3 İL, Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 265.30 manat, cəriməyə görə 26.53 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon üçün ödənilməmiş hissə üzrə 471.60 manat, cəriməyə görə 47.16 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT+ 1İL, SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 955.40 manat, cəriməyə görə 95.54 manat, ümumlikdə 1894.09 manat yaranmışdır. Cavabdehə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 3335.04 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materialından görünür ki, cavabdehə məhkəmə bildirişi göndərilsə də, o, 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhəməyə göndərməmişdir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02675047 saylı (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 18 ay müddətinə, hissə-hissə hər ay 29.97 manat ödəmək şərti ilə 540.41 manat dəyərində QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 54.04 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09632662 saylı (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 18 ay müddətinə, hissə-hissə hər ay 100.31 manat ödəmək şərti ilə 1805.59 manat dəyərində ZƏMANƏT +3 İL ,Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 180.56 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10744923 saylı (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 18 ay müddətinə, hissə-hissə hər ay 39.33 manat ödəmək şərti ilə 707.91 manat dəyərində QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon satılmış və cavabdeh gecikdirilən aylıq borcun 2% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 70.79 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03216393 saylı (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 18 ay müddətinə, hissə-hissə hər ay 110.72 manat ödəmək şərti ilə 2002.96 manat dəyərində ZƏMANƏT+ 1İL ,SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları satılmış və cavabdeh gecikdirilən aylıq borcun 2% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 200.3AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh X1 iddiaçıya xx.xx.2023-cü il tarixli, 02675047 saylı müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon üçün ödənilməmiş hissə üzrə 29.6 manat, cəriməyə görə 2.96 manat; xx.xx.2023-cü il tarixli, 10744923 saylı müqaviləyə əsasən ZƏMANƏT +3 İL ,Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 265.3 manat, cəriməyə görə 26.53 manat; xx.xx.2023-cü il tarixli, 09632662 saylımüqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon üçün ödənilməmiş hissə üzrə 471.60 manat, cəriməyə görə 47.16 manat və xx.xx.2024-cü il tarixli, 03216393 saylı müqaviləyə əsasən ZƏMANƏT+ 1İL ,SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 955.40 manat, cəriməyə görə 95.54 manat, ümumlikdə 1894.09 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan elektron ödəniş sistemindən çıxarışdan görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı MMC tərəfindən dövlət büdcəsinə xx.xx.2025-cü il tarixdə 38.95 manat məbləğində dövlət rüsumu pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02675047 saylı müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon üçün ödənilməmiş hissə üzrə 29.60 manat, cəriməyə görə 2.96 manat; xx.xx.2023-cü il tarixli, 10744923 saylımüqaviləyə əsasən ZƏMANƏT +3 İL ,Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 265.30 manat, cəriməyə görə 26.53 manat; xx.xx.2023-cü il tarixli, 09632662 saylı müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon üçün ödənilməmiş hissə üzrə 471.60 manat, cəriməyə görə 47.16 manat; xx.xx.2024-cü il tarixli, 03216393 saylı müqaviləyə əsasən ZƏMANƏT+ 1İL ,SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 955.40 manat, cəriməyə görə 95.54 manat, ümumlikdə 1894.09 manat borc və ödənilmiş dövlət rüsumuna görə 38.95 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 02675047 saylı müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏT PAKET XL xidməti, İMEİ KODU **********26650 Samsung Galaxy A04S markalı telefon üçün ödənilməmiş hissə üzrə 29.60 manat, cəriməyə görə 2.96 manat; xx.xx.2023-cü il tarixli, 10744923 saylımüqaviləyə əsasən ZƏMANƏT +3 İL ,Soyuducu BEKO, Mikser PHİLİPS elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 265.30 manat, cəriməyə görə 26.53 manat; xx.xx.2023-cü il tarixli, 09632662 saylı müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, Paket XXXL xidməti, İMEİ KODU **********07649 XİAOMİ REDMİ 12 markalı telefon üçün ödənilməmiş hissə üzrə 471.60 manat, cəriməyə görə 47.16 manat; xx.xx.2024-cü il tarixli, 03216393 saylı müqaviləyə əsasən ZƏMANƏT+ 1İL ,SAMSUNG TV, ETİAS TV qoruyucu elektronika avadanlıqları üçün ödənilməmiş hissə üzrə 955.40 manat, cəriməyə görə 95.54 manat, ümumlikdə 1894.09 manat borc və ödənilmiş dövlət rüsumuna görə 38.95 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №e-2(061)-1146/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1146/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver