Məhkəmə qərarları › İş №e-2(061)-115/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-115/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-115/2025 04.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçın (İddiaçı MMC adlandırılacaq) Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc və 32 (otuz iki) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş üzrə İddiaçı MMC-in ona qarşı kiçik iddialara dair işləri üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-1637/2024 nömrəli qətnaməsi ilə cavabdehin şikayəti nəzərə alınmış İddiaçı MMC-in Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc və 32 (otuz iki) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı MMC-ə ödənilməsi barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********47939 “HONOR 90” markalı telefon almış və nətəcədə 1247 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq və nəticədə alqı-satqı qiyməti 1200,78 manat olan İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün ümumilkdə 1247 (min iki yüz qırx yeddi) manat olmaqla, ondan 1133,78 manat ödənilməmiş hissə, 113,22 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 67 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanmışdırsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll edilməsi, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğundan rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Yuxarıda göstərilnələrə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc və 32 (otuz iki) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh onun həyat yoldaşıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Vəkalətli nümayəndə daha sonra qeyd etmişdir ki, İİ Qarabağ müharibəsinin İİİ qrup Qarabağ qazisidir. Döyüşlərdə fərqləndiyinə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Hazırda da döyüşlərdə yaralandığı üçün mütəmadi olaraq müalicə almaq məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Kontakt-Home”in Bərdə rayon flialından həyat yoldaşı Cavabdeh adına İmei kod **********47939 “HONOR 90” markalı mobil telefon almışlar. Mobil telefonu alarkən ona müqavilənin şərtləri izah edilməmişdir. Həmin mobil telefonda 9 gün sonra donmalar və ekran qaralmaları baş vermişdir. Baş vermiş problemlə bağlı “Kontakt-Home”in Bərdə rayon flialından mobil telefonu aldı Elnur adlı əməkdaşa bu barədə məlumat vermişdir. Ona mobil telefonu mağazaya gətirməsi bilbirilmişdir. O, həyat yoldaşının ağır xəstə (qızılca) olmasını bildirmiş və onu mağazaya gətirə bilməyəcəyini demişdir. Həyat yoldaşının həmin vaxt qızılca xəstəliyi keçirməsi ilə bağlı tövsiyyə vərəqələrinin surətlərini məhkəməyə təqdim etmişdir. Mağazanın əməkdaşı ona həyat yoldaşı sağaldıqdan sonra gətirməsini bildirmişdir. Həyat yoldaşı müalicə olunduqdan təqribən 10 gün sonra mobil telefonu “Kontakt-Home”in Bərdə rayon flialına aparmışlar. “Kontakt-Home”in Bərdə rayon flialının rəhbəri ondan bir həftə vaxt istəmişdir. Həmin vaxt orada mobil telefona format vermişlər. Lakin buna baxmayaraq mobil telefon yenə işləməmişdir. Üç gün keçdikdən sonra yenidən mobil telefonu “Kontakt-Home”in Bərdə rayon flialına aparmışlar. Həmin vaxt mobil telefonu ondan təhvil alıb, ona işlənmiş telefon vermişlər. Onlara satılmış mobil telefonu Bakı şəhərinə göndərmişlər. Xeyli müddət keçdikdən sonra onlara mobil telefonu aparmalarını bildirmişlər. Onlar “Kontakt-Home”in Bərdə rayon flialına getmiş və mobil telefonu götürüb evə gəlmişlər. Evlərində telefonun votsapını açmış, telefon yenə işləməmişdir. Onlar yenidən “Kontakt-Home”in Bərdə rayon flialına mobil telefonun işləmədiyini bildirdikdə, telefonu bir daha servizə göndərdiklərini bildirmişlər. Bir aydan sonra onlara zəng olmuş və gəlib telefonu aparmalarını bildirmişlər. “Kontakt-Home”in Bərdə rayon flialında olarkən onlar telefonda olan nasazlığın nədən ibarət olmasını soruşduqda ona heç bir problem olmadığı bildirlmişdir. Bununla razılaşmamış, həmin mobil telefonda heç bir problem olmaması barədə ona rəsmi sənəd verilməsini xahiş etmişdir. Ona hər hansı bir sənəd verilmədiyi üçün telefonu təhvil almamışdır. Mobil telefon “Kontakt-Home”in Bərdə rayon flialında qalmışdır. “Kontakt-Home”in Bərdə rayon flialında mobil telefonda olan problemlərlə bağlı çəkiliş etdiyini demişdir. “Kontakt-Home”in Bərdə rayon flialında ona mobil telefonun nasaz olduğunu, araşdırma aparıb ona məlumat verəcəklərini bildirmiş və ondan 10 gün möhlət istəmişlər. Lakin onlara hər hansı bir məlumat gəlməmişdir. Həmin vaxtlar onlara 595 manat dəyərində “Samsunq” markalı telefon təklif edilmiş, lakin İmei kod **********47939 “HONOR 90” markalı mobil telefonun pulunun yəni, 1208 manatın ödənilməsi təklif olunmuşdur. O, İmei kod **********47939 “HONOR 90” markalı mobil telefonun yenisini tələb etmiş, lakin onun bu təklifi qəbul olunmamışdır. Bir müddət sonra İddiaçı MMC-in həyat yoldaşını məhkəməyə verdiyini bilmişlər. İddia ərizəsi ilə tanış olarkən müəyyən etmişdir ki, tələb olunan məbləğ ondan tutulmalı olmadığından etiraz ərizəsi vermiş və məhkəmənin müvafiq qərardadı ilə iddia icraatına keçilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ № 532163 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh (əri) X2 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh iddiaçı təşkilatdan 1200,80 manat məbləğində imei kod **********47939 “HONOR 90” markalı mobil telefonu 2 il zəmanətlə kreditə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli 547633 nömrəli razılaşmanın surətindən görünür ki, 1-ci bənddə müştəriyə müvəqqəti istifadə üçün "xxxx" MMC-in mülkiyyətində olan mobil telefon (model: Samsunq Glaxsi A 32, İMEİ kod: **********15065, bundan sonra telefon) təqdim edilir. Müştəri razılaşır ki, telefonun dəyəri 550 manat təşkil edir və telefon tam saz vəziyyətdədir. 2-ci bənddə telefon müştəri tərəfindən servisə təhvil verilmiş mobil telefonun (model:HONOR 90 8/256 GB EMERALD GREEN, İMEİ kod: **********47939) təmir müddəti ərzində istifadə üçün təqdim olunur. Təmir başa çatdıqdan sonra telefon "xxxx" MMC-ə dərhal geri qaytarılmalıdır. 4-cü bənddə müştəri telefonu "xxxx" MMC-ə hər hansı bir xədmətdən geri qaytara bilmədikdə və ya telefon işlək vəziyyətdə olmadıqda və ya korlanmadıqda bu razılaşmanın 1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Əgər telefonun ekranında mexaniki zədə nəticəsində hər hansı bir qüsur yaranarsa müştəri 275 manat məbləğini ödəməlidir. 5-ci bəndində müştəri bu razılaşmanın şərtlərini pozduğu halda, "xxxx" MMC müştəriyə müvəqqəti istifadə üçün təqdim olunmuş telefonun istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Bu bəndin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-in 24 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, HONOR 90 8/256 GB EMERALD GREEN markalı telefonun, cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, HONOR 90 8/256 GB EMERALD GREEN markalı telefonu Reset Servis tərəfindən iki dəfə dianostika olunub, cihazda qüsur aşkar olunmamışdır. Halhazırda parametrlərinə uyğun işləyir. Bununla bağlı cavabdehə məlumat verilmişdir və məhsulun geri götürülməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024 tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-ə olan borcunu 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli texniki vəziyyət barədə aktın surətindən görünür ki, 06 mart 2024-cü il tarixdə HONOR 90 8/256 GB EMERALD GREEN markalı telefonu Cavabdeh satılmış, cihaz 29 mart 2024-cü il tarixdə və 23 may 2024-cü il tarixdə servisə qəbul edilmişdir. Hər iki müraciətdə cihazın donduğu, qızdığı və proqramlarının qarışdığı müraciətdə qeyd edilmişdir. Cihaz servisdə yoxlanılmış və qüsur görünmədiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 2563 nömrəli vəsiqənin surətindən görünür ki, X3 İİİ qrup Qarabağ qazisidir. İş materiallarına əlavə edilmiş medalların vəsiqələrinin surətlərindən görünür ki, X3 İİ Qarabağ Müharibəsi dövründə torpaqların azadlığı uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş tövsiyyə vərəqələrinin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müxtəlif dərman perepatlarının alınması üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində 28 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin vəkalətli nümayəndəsinin izahatını və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, sonuncu aldığı 1200,80 manat məbləğində imei kod **********47939 “HONOR 90” markalı mobil telefonu 2 il zəmanətlə kreditə götürmüşdür. Məhkəmə iclasında izahat vermiş cavabdehin vəkalətli nümayəndəsi göstərmişdir ki, həqiqətən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, sonuncu aldığı 1200,80 manat məbləğində imei kod **********47939 “HONOR 90” markalı mobil telefonu 2 il zəmanətlə kreditə götürmüşdür. Cihazı alarkən yoxlanılsa da tam olaraq 9 gün sonra cihazda donmalar, qızıma və proqramlarının qarışdığı və bununla da cihazın xarab olduğunu müəyyən etmişdir. Bununla bağlı cihazı aldığı mağazaya məlumat vermişdir. Ona cihazı mağazaya gətirməsi bildirlmiş, lakin həmin ərəfədə cihazı mağazaya qaytarmaq istəsə də həyat yoldaşı Cavabdeh qızılca xəstəliyi küçirdiyi üçün mağazaya gedə bilməmişlər. həyat yoldaşı Cavabdeh sağaldıqdan sonra cihazı götürdüyü ay mağazaya aparmışlar. Cihaz götürülmüş və servisə göndəriləcəyəi bildirilmişdir. Bir müddət sonra onlara telefonun servisdən gətirildiyi və götürmələri bildirlmişdir. Telefonu götürdükdən sonra bir müddət keçmiş yenə donmalar, qızıma və proqramlarının qarışdığını müəyyən etmişlər. Onlar telefonu maöazaya gətirmiş və yenidən telefon Servisə göndərilmişdir. Həmin telefonun əvəzinə müvəqqəti istifadə etmək üçün telefon vermişlər. Hətta ona yeni “Samsunq” markalı 595 manat dəyərində mobil telefon təklif olunmuş, lakin onlara əvvəlki müqavilə üzrə ödənişlər edəcəkləri bildirilmişdir. Onlar buna razılıq verməmiş həmin model telefonun yenisini istəmişlər. Mağaza buna razılıq verməmişdir. İkincı dəfə mobil telefonun servisdən onlara qayıtdığı bilrilmiş, lakin onlar telefonu götürməmişlər. Hazırda da həmin telefon mağazada qalmışdır. Hesab edir ki, iddiaçının onlardan pul tələb etməsi qeyri qanunidir. Ona həmin müqavilə ilə onlara verilmiş mobil telefonun dəyişib yenisi veriləcəyi təqdirdə iddiaya etirazı olmayacağını bildirmişdir. Lakin iddiaçı təşkilat bunu etməmiş ondan əsassız olaraq pul tələb etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının xarab olan məhsulların qəbul edilərək təmir edilməsi və yenidən yeni cihaz kimi müqavilədə göstərilən qaydada ödəmələr etməsinin cavabdehin vəzifəsi olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsini va cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı tərəf cavabdeh tərəfə 06 mart 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, sonuncu aldığı 1200,80 manat məbləğində imei kod **********47939 “HONOR 90” markalı mobil telefonu 2 il qızıl zəmanətlə kreditə vermiş, cavabdeh həmin mobil telefona görə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 66,71 manat müəyyən olunmuş məbləğ ödəməklə, cəmi 1208,78 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 06 mart 2024-cü il tarixdə mağazadan götürdüyü mobil telefonun 9 gün işlətdikdən sonra xarab olduğu üçün həyat yoldaşının xəstəliyi ilə bağlı dərhal qaytara bilməmiş, lakin həmin ay iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli texniki vəziyyət barədə aktda göstərdiyi nəzərə alınarsa xx.xx.2024-cü il tarixdə mağazaya qaytarmışdır. İddiaçı tərəf həmin mobil telefonu dəyişib ona yenisini verməmiş, servisə göndərmiş, telefon təmir olunmuş, cavabdehə verilmiş, bir daha telefon xarab olmuş, 23 may 2024-cü il tarixdə servisə göndərilmiş, bundan sonra cavabdeh həmin telefonu mağazadan götürməmiş, telefon mağazada qalmışdır. "xxxx" MMC iri, inkişaf etmiş mağazaları özündə cəmləyən güclü ticarət qabiliyyətli Cəmiyyətdir. İddiaçı "xxxx" MMC müştəri məmnuniyyətini nəzərə almaqla cavabdeh tərəfin İİ Qarabağ qazisi olmasını, torpaqların azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirakına görə medallarla təltif edilməsini nəzərə almamış, qaytardığı mobil telefonu yenisi ilə dəyişməmiş, nasaz vəziyyətdə olmuş, lakin rəy verilərək işlək vəziyyətdə olması qeyd edilmişdir. İddiaçı mobil telefonu yenidən yeni adı ilə cavabdehə vermək istəmişdir. Cavabdeh isə cihazı aldığı gündən 23 gün zəmanət müddəti ötməmiş mağazaya qaytarmışdır. Tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı satqı müqaviləsinin 3.10-cu bəndində göstərilir ki, müştəri “ABC”-in razılığı ilə müvafiq çatdırma, quraşdırılma, daşıma sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman “ABC”-in özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. İddiaçı tərəfindən cavabdehə müqavilənin bu tələbi təklif edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı tərəf göstərilənlərə əsasən iddia ərizəsində göstərdiklərini sübuta yetirə bilməmişdir. Hazırda iş materiallarına əlavə edilmiş sənədlərdən gürünür ki, mübahisəli mobil telefon iddiaçı tərəfdə qalmış və cavabdehə yenisi verilməsi təmin edilməmişdir. İddiaçı tərəf göstərilənləri eləcə də cavabdeh tərəfin şəxsiyyətini nəzərə almayaraq, onunla hər iki tərəf üçün münasib olan hər hansı bir razılaşma əldə etmək əvəzinə asan yolla məhkəmədə cavabdehə pul tələbi ilə bağlı iddia qaldırmaqla kifayətlənmiş və təkidlə, cavabdeh tərəfdən mobil telefonun pulunu tələb etmişdir. Azərbaycan Respublikası MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasəön əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qanunun tələblərində də göründüyü kimi satıcı əşyanı alıcıya verdikdən sonra həmin hüquqlar yaranır. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, cavabdehin aldığı mobil telefon hazırda da iddiaçıda qalmış və nasaz vəziyyətdədir. Qeyd edilənlərlə yanaşı məhkəmə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinə uygun formalaşmış hüquqi mövqeyi xatırladaraq onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMCin təqdim etdiyi maliyyə və ödəniş cədvəli birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Bu hal Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış bir çox qərarlarında, o cümlədən xx.xx.2023-cü il tarixli, 2-291020- 575/2023№-li qərarının 38 və 40-cı bəndlərində, xx.xx.2021-ci il tarixli, 2-2(102)-239/2012№-li qərarının 30-cu bəndində, xx.xx.2021-ci il tarixli, 2(102)-1113/2021№-li qərarının 16 və 31-ci bəndlərində öz təsdiqini tapmışdır ki, bu da məhkəmə presedentlərini təşkil edir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli, 310- İQ №-li Qanununun «Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması» adlanan 79-1-ci maddəsinin ikinci abzasının müddəalarına görə, hazırkı işə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşmış hesab edilməlidir (Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli, 2-291020-575/2023№-li qərarının 38, 40 və 41-ci bəndləri). Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli, 310-İQ №-li Qanununun 79-1-ci maddəsinin ikinci abzasında göstərilir ki, Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mübahisədə isə iddiaçı "xxxx" MMC Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının mötəbər sübut kimi qəbul etmədiyi həmin maliyyə və ödəniş cədvəliə əsaslanaraq iddia qaldırmışdır ki, bu da əsassız haldır. Belə ki, Ali Məhkəmənin oxşar mübahisələr üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli, 2-2(102)-575/2023№-li qərarının 38 və 40-cı bəndlərində Bankın təqdim etdiyi maliyyə və ödəniş cədvəli birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmədiyi göstərilmişdir. Ali Məhkəmənin Banklarla olan mübahisəli işlərdə belə bir hüquqi mövqeyə gəlməsi sosial ədalətin və bərabərliyin bərpa olunmasına xidmət edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, iddiaçının ərizəsini, cavabdehin vəkalətli nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçın Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc və 32 (otuz iki) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı MMC-ə ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçın Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********47939 “HONOR 90” markalı telefon üçün 1133 (min yüz otuz üç) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 113 (yüz on üç) 22 (iyirmi iki) qəpik cərimə, ümumilikdə 1247 (min iki yüz qırx yeddi) manat borc və 32 (otuz iki) manat 47 (qırx yeddi) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı MMC-ə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar