Məhkəmə qərarları › İş №e-2(061)-1228/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-1228/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-1228/2025 29.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-ə qarşı hüquq və öhdəliklərin ötürülməsi barədə cavabdehlə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehə ödədiyi 26000 manat pulu vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquq və öhdəliklərin ötürülməsi barədə cavabdehlə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlə ödədiyi 26000 manat pul vəsaitinin cavabdehin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkalətli nümayəndəsi məhkəmə iclaının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hazırki vəziyyətdə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Cavabdeh MMC-in direktoru tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, qanunvericiliyin tələblərinə əsaslanaraq işin məhkəmə aidiyyəti ilə bağlı etirazını bildirmişdir. Belə ki, İddiaçı Hümdət oğlu və Maraqlı şəxs vergi ödəyiciləridir. Yəni hər biri fərdi sahibkar olaraq VOEN-ə məxsusdurlar. İddiaçı (VÖEN:**********), Maraqlı şəxs (VÖEN: **********). İş üzrə cavabdeh də hüquqi şəxs olduğundan, hazırda mübahisənin tərəfləri və mübahisənin məzmununa əsaslanaraq işin məhkəmə aidiyyəti şəhər/rayon məhkəmələri yox, kommersiya məhkəmələri olmalıdır. İddiaçının və maraqlı şəxsin qeydiyyatda olduqları ünvan Kəlbəcər rayonunun Susuzluq kəndidir. Buna görə də Gəncə Kommesiya Məhkəməsində baxılmalıdır. Qeyd etmişdir ki, iddiaçı və maraqlı şəxsə qarşı hazırki iz üzrə Cavabdeh MMC-in də iddia tələbi olduğundan tərəflərindən qanunvericiliyə uyğun olaraq Gəncə Kommesiya Məhkəməsinə müraciət edilmişdir. İşin icraata qəbul edilməsi barədə qərardad qəbul edilmiş və ilk hazırlıq iclası da təyin edilmişdir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair mülki məhkəmə icraatı qaydasında kimmersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə veri biilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd edilənlərə əsasən, prosesual qanunvericilyin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə müvafiq prosesual hərəkətlər keçirildikdən sonra müəyyən olunmuşdur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Belə ki, məhkəmə prosesinin gedişində mübahisə qaldırılan “X1 (SN-**********1722010) aparatı sahibkarlıq məqsədi ilə verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1467/2025 nömrəli qərardadının surətindən görünür ki, Cavabdeh MMC cavabdehlər İddiaçı və Maraqlı şəxs qarşı Gəncə Kommersiya Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin tarixçəsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə vegi ödəyicisi kimi qeydiyyata alınmışdır. 04 avqust 2025-ci il tarixdə də qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud har hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəssiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüquqlarına malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələsinin dəqiqi müəyyən edilməsini şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə iclasında iclasında elan olunmuş cavabdehin ərizəsindən görünür ki, o,işin baxılması üçün aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olduğundan mahiyyəti üzrə baxılması üçün yurisdiksiya üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 44.2.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh MMC-ə qarşı hüquq və öhdəliklərin ötürülməsi barədə cavabdehlə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehə ödədiyi 26000 manat pulu vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə qeydə alınmış 2(061)-1228/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar