Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1453/2024 03.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC adlandırılacaq) Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER” üçün 4252 (dörd min iki yüz əlli iki) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 737 (yeddi yüz otuz yeddi) manat 14 (on dörd) qəpik dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG LED TV” üçün 681 (altı yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat 21 (iyirmi) qəpik dəbbə, xx.xx.2022-ci il tarixli müqailəyə əsasən, “SAMSUNG” markalı tozsoran üçün 26 (iyirmi altı) manat 43 (qırx üç) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 57 (əlli yeddi) qəpik dəbbə, ümumilikdə 5919 (beş min doqquz yüz on doqquz) manat borc, ödənilmiş 79 (yetmiş doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsində 2(061)-1453/2024 saylı mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 09-30-a təyin edilmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini, iddianı müdafiə etdiklərini və məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER”, “SAMSUNG” markalı tozsoran, “LG LED TV” almış və nəticədə 5919 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5018,86 manat, İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER” üçün ümumilikdə 4990 manat olmaqla ondan, 4252,86 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 737,14 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2159,10 manat “LG LED TV” üçün ümumilkdə 896 manat olmaqla ondan, 681,79 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 214,21 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 301,95 manat “SAMSUNG” markalı tozsoran üçün ümumilkdə 33 manat olmaqla ondan 26,43 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,57 manat dəbbə, ümumilikdə 2518,83 manat təşkil etmişdir.Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və mlakın dəyərini sübut sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Yuxarıda göstərdiklərinə əsasən ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER” üçün 4252 (dörd min iki yüz əlli iki) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 737 (yeddi yüz otuz yeddi) manat 14 (on dörd) qəpik dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG LED TV” üçün 681 (altı yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat 21 (iyirmi) qəpik dəbbə, xx.xx.2022-ci il tarixli müqailəyə əsasən, “SAMSUNG” markalı tozsoran üçün 26 (iyirmi altı) manat 43 (qırx üç) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 57 (əlli yeddi) qəpik dəbbə, ümumilikdə 5919 (beş min doqquz yüz on doqquz) manat borc, ödənilmiş 79 (yetmiş doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mülki işin materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh məhkəmə bildirişini almış və onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin surətindən görünür ki, həmin müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER”, “SAMSUNG” markalı tozsoran, “LG LED TV” götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə aratyışı və ödəniş cədvəlində görünür ki, cavabdehin hazırda Cavabdeh "xxxx" MMC-ə İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER” üçün 4252 (dörd min iki yüz əlli iki) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 737 (yeddi yüz otuz yeddi) manat 14 (on dörd) qəpik dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG LED TV” üçün 681 (altı yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik ödənilməmiş hissə, 214 (iki yüz on dörd) manat 21 (iyirmi) qəpik dəbbə, xx.xx.2022-ci il tarixli müqailəyə əsasən, “SAMSUNG” markalı tozsoran üçün 26 (iyirmi altı) manat 43 (qırx üç) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 57 (əlli yeddi) qəpik dəbbə, ümumilikdə 5919 (beş min doqquz yüz on doqquz) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəf cavabdehə xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə yaranmış borc miqdarı və üzərinə düşən öhdəliyin 3 gün müddətində yerinə yetirilməsi barədə məlumat vermiş, öhdəliyi icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbbədən iddiaçıya borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 737,14 manat cərimə borcu, 667,14 manat azaldılaraq, (737,14 manat - 667,14 manat =70 manat) 70 manat, 214,21 cərimə borcu, 194,21 manat azaldılaraq, (214,21 manat – 194,21 manat = 20 manat) 20 manat olmaqla, ümumilikdə 90 (doxsan) manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə üç ədəd müqavilə üzrə (4252 (dörd min iki yüz əlli iki) manat 86 (səksən altı) qəpik, 681 (altı yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik və 26 (iyirmi altı) manat 43 (qırx üç) qəpik) ümumilikdə 4961 (dörd min doğğuz yüz altmış bir) manat 08 (səkkiz) qəpik ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 79 (yetmiş doqquz) manat 19 (on doqquz) qəpik cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER” üçün 4252 (dörd min iki yüz əlli iki) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG LED TV” üçün 681 (altı yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqailəyə əsasən, “SAMSUNG” markalı tozsoran üçün 26 (iyirmi altı) manat 43 (qırx üç) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 57 (əlli yeddi) qəpik dəbbə, ümumilikdə 5051 (beş min əlli bir) manat 08 (səkkiz) qəpik borc, ödənilmiş 79 (yetmiş doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-in xeyrinə ödənilməlidir. İddia dəbbə puluna aid qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-236-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********97277 “İPHONE 14 PRO MAX” markalı telefon, “APPLE 20 W USB-C ADAPTER” üçün 4252 (dörd min iki yüz əlli iki) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG LED TV” üçün 681 (altı yüz səksən bir) manat 79 (yetmiş doqquz) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqailəyə əsasən, “SAMSUNG” markalı tozsoran üçün 26 (iyirmi altı) manat 43 (qırx üç) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 57 (əlli yeddi) qəpik dəbbə, ümumilikdə 5051 (beş min əlli bir) manat 08 (səkkiz) qəpik borc, ödənilmiş 79 (yetmiş doqquz) manat 19 (on doqquz) qəpik dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC -in xeyrinə ödənilsin. İddia dəbbə puluna aid qalan hissədə təmin olunmasın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1453/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1453/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver