Məhkəmə qərarları › İş №e-2(061)-1529/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1529/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1529/2024 16.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ( bundan sonra “X5 Kompleksi” MMC adlandırılacaq), Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X3 Kompleksi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən “X3 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 5486 (beş min dörd yüz səksən altı) manat, hesablanmış cərimə borcuna görə 1097 (min doxsan yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 86 (səksən altı) manat olmaqla, cəmi 6669 (altı min altı yüz altmış doqquz) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 göstərmişdir ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 27 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 15202,90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 9.715,94 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 27 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəmişdir. Nəticədə cavabdehin iddiaçıya 5486 (beş min dörd yüz səksən altı) manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xampambıöın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 800 manatdır) 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1097 manat təşkil etmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh “X3 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 5486 (beş min dörd yüz səksən altı) manat, hesablanmış cərimə borcuna görə 1097 (min doxsan yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 86 (səksən altı) manat olmaqla, cəmi 6669 (altı min altı yüz altmış doqquz) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, həqiqətən alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və onunla aralarında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 27 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən 15202,90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, onlar götürdükləri avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşlar. Lakin havalar həddindən artıq yağıntılı keçdiyindən, eləcə də sonradan su olmadığı üçün normal məhsul əldə edə bilmədiklərindən yaranmış borcdan 9715,94 manat dəyərində xam-pambıq təhvil verə bilmişlər. Beləlıklə onların iddiaçıya 5486 manat borcu qalmışdır. İddiaçı onlardan əsas borcla yanaşı 1097 manat cərimə borcu da tələb etmişdir. Onun maddi vəziyyətini, havanın əlverişsiz keçdiyini, vaxtında isə su olmadığı üçün pambığı suvarmağın mümkün olmadığını, təhvil verdikləri məhsulu, borclu qalmalarında digər səbəbləri nəzərə alaraq, borcun cərimə hissəsinin silinməsində ona köməklik edilməsini xahiş etmişdir. Göstərdiklərinə əsasən iddianın əsas borca və rüsuma aid olan hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 27 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 27 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 27 saylı müqaviləsinə əsasən “X3 Kompleksi” MMC-ə olan borcu 5486,96 manat təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü pretenziyanın surətindən görünür ki, Cavabdeh 3 gün müddətində borcun ödənilməsinin təmin etməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehin izahatlarını dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli 2023cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 27 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 27 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 15202,90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 9715,94 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 27 saylı müqaviləin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5486,96 manat borcu qalmışdır. Məhkəmə iclasında izahat vermiş cavabdeh iddianı qismən qəbul edərək iddianın cəriməyə aid olan 1097 manat hissəsində ona köməklik edilməsi, iddianın təmin edilməsinə etiraz etmədiyini və iddiaçıya olan borcu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, eləcə də cavabdeh öz növbəsində az məhsul təhvil versə də öhdəliyin müəyyən bir hissəsəni icra etmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, bu da əsas səbəblərdəndir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 1097 manat cərimə borcu, 997 manat azaldılaraq, (1097 manat – 997 manat = 100 manat ) 100 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 5486 (beş min dörd yüz səksən altı) manat, hesablanmış cərimə borcuna görə 100 (yüz) manat, ümumilikdə 5586 (beş min beş yüz səksən altı) manat təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, “X5 Kompleksi” MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 86 (səksən altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının səlahiyyətli nümayəndəsinin, cavabdehin izahatlarını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borca görə 5486 (beş min dörd yüz səksən altı) manat, hesablanmış cərimə borcuna görə 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 86 (səksən altı) manat olmaqla, cəmi 5672 (beş min altı yüz yetmiş iki) manat vəsaiti alnaraq iddiaçı “X3 Kompleksi” MMC -in xeyrinə ödənilməlidir. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 5486 (beş min dörd yüz səksən altı) manat, hesablanmış cərimə borcuna görə 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 86 (səksən altı) manat olmaqla, cəmi 5672 (beş min altı yüz yetmiş iki) manat vəsaiti alnaraq iddiaçı “X3 Kompleksi” MMC -in xeyrinə verilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar