Məhkəmə qərarları › İş №e-2(061)-1542/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1542/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1542/2024 16.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ( bundan sonra “X5 Kompleksi” MMC adlandırılacaq), Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X3 Kompleksi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən “X3 Kompleksi” MMC-in xeyrinə əsas borca görə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, hesablanmış cərimə borcuna görə 2293 (iki min iki yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsumuna görə 132 (yüz otuz iki) manat olmaqla cəmi 13894 (on üç min səkkiz yüz doxsan dörd) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında göstərmişdir ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 297 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14109,94 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 2640,33 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 297 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11469,61 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambıöın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 800 manatdır) 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2293 manat təşkil etmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh “X3 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, hesablanmış cərimə borcuna görə 2293 (iki min iki yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsumuna görə 132 (yüz otuz iki) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh iddianın əsas məbləğini qəbul etdiyini, cərimə hissəsində ona köməklik edilmsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 297 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 297 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 297 saylı müqaviləyə əsasən “X3 Kompleksi” MMC-ə olan borcu 14109,94 manat təşkil edir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını və cavabdehin ərizəsini dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 297 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X3 Kompleksi” MMC, tədarükçü qismində “X3 Kompleksi” MMC-in “X6 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 297 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən 14109,94 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 2640,33 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 297 saylı müqaviləin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11469 manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, eləcə də cavabdeh öz növbəsində az məhsul təhvil versə də öhdəliyin müəyyən bir hissəsəni icra etmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, bu da əsas səbəblərdəndir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 2293 manat cərimə borcu, 2064 manat azaldılaraq, (2293 manat – 2064 manat = 229 manat ) 229 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, hesablanmış cərimə borcuna görə 229 (iki yüz iyirmi doqquz) manat, ümumilikdə 11698 (on bir min altı yüz doxsan səkkiz) manat təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, “X5 Kompleksi” MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 132 (yüz otuz iki) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini, iddiaçının vəkalətli nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borca görə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, hesablanmış cərimə borcuna görə 229 (iki yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 132 (yüz otuz iki) manat olmaqla cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat pul vəsaiti alnaraq iddiaçı “X3 Kompleksi” MMC -in xeyrinə ödənilməlidir. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, hesablanmış cərimə borcuna görə 229 (iki yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 132 (yüz otuz iki) manat olmaqla cəmi 11830 (on bir min səkkiz yüz otuz) manat pul vəsaiti alnaraq iddiaçı “X3 Kompleksi” MMC-in xeyrinə verilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar