Məhkəmə qərarları › İş №e-2(061)-1543/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1543/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1543/2024 03.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 03 dekabr 2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 8998 manat, cəriməyə görə 1799 manat, ödənilmiş dövlət rüsumuna görə 123 manat, cəmi 10920 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı ilə Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə 005 saylı, xx.xx.2022-ci il tarixli xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində pambıq əkməyi və hər hektardan ən azı 30 sentnerdən az olmamaqla olmaqla əldə etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 30612,01 manat məbləğin avans vəsaitlər (nəğd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh 21613,83 manat dəyərində pambıq təhvil verməklə götürdüyü avansın dəyərindən qismən ödəmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq götürdüyü avans nməbləğində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin 8998 manat məbləğində əsas borcu yaranmışdır. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan xam-pambığ verilmədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20% cərrimə ödəməlidir ki, bu cərimənun də məbləği 1799 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərilsə də, cavabdeh mübahisənin məhkəmədən kənar qaydada həllinə heç bir təşəbbüs götərməmişdir. Cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, aralarında bağlanmış müqaviləyə əsasən 15,52 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla əldə etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin obyektiv səbəbdən öhddəliyinə əməl edə bilməmiş, nəticədə iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. İddiaçıya olan 8998 manat əsas borcu və dövlət rüsumuna görə ödənilmiş 123 manat pulu ödəməyə razıdır, cərimənin isə azaldılmasını xahiş edir. Məhkəmə iddia ərizəsinə, iş materiallarına, iddaçının iddianı müdafiə etməsinə və cavabdehin isə iddianı qismən etiraf etməsinə dair izahatlarına qarşılıqlı şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı cavabdehin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olunmuşdur ki, “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı iləCavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə 005 saylı, xx.xx.2022-ci il tarixli xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 15,52 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan ən azı 30 sentnerdən az olmamaqla olmaqla əldə etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 30612,01 manat məbləğində avans vəsaitlər (nəğd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh 21613,83 manat dəyərində pambıq təhvil verməklə götürdüyü avansın dəyərindən qismən ödəmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq götürdüyü avans nməbləğində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin 8998 manat məbləğində əsas borcu yaranmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan xam-pambığ verilmədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20% cərimə ödəməyi öhdəsinə götürmüşdür ki, bu cərimənun də məbləği 1799 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərilsə də, o, borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək, iddianı qismən etiraf etmiş, iddiaçıya olan 8998 manat əsas borcu, eləcə də dövlət rüsumuna görə ödənilmiş 123 manat pulu ödəməyə razı olduğunu bildirmiş, cərimənin isə azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan cərimənin məbləği azaldılmalı və həmin hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf olunması qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin qismən etirafı təsdiq edilməli və iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə çəkilmiş məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınmaqla iş üzrə ödənilmiş olan dövlət rüsumu (9888 manat (təmin edilən əsas borc və və cərimə məbləğ) x 100 : 10797 manat (iddia olunan əsas borc və cərimə məbləğ) = 89,92%; 89,92% x 123 (iddia vermək üçün ödənilmiş dövlət rüsumu) AZN : 100 = 110,60 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu məqsədlə iddia vermək üçün ödənilmiş olan 123 manat dövlət rüsumunun 110,60 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan 12,40 manat hissəədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3, 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddianın cavabdeh tərəfindən qismən etirafı təsdiq edilsin. Cavabdeh əsas borca görə 8998 manat, cəriməyə görə 890 manat, ödənilmiş dövlət rüsumuna görə 110,60 manat, cəmi 9998,60 manat məbləğində pul tutularaq iddiaçı “X1 Kompleksi”MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar