Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-174/2025 13.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 13 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərə görə müştərək qaydada 4280 manat, dövlət rüsumuna görə 62,80 manat, cəmi 4342,80 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına göçürülməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Cavabdehlərəə sadələşdirilmiş icraat qaydasında bildiriş göndərildikdən sonra Cavabdeh2 məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini bildirib işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə ərizə göndərərək iddiaya etirazını bildirsə də, digər Cavabdeh1 gəlməməyinin səbəbi barədə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında Cavabdeh2 istifadəsində olan “Mersedes Benz 230” markalı 10-VF- 169 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Digər Cavabdeh1 xx.xx.2021-ci il tarixdə idarə etmək hüququ olmadan idarə etdiyi “Mersedes Benz 230” markalı 10-VF- 169 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda “BMW 525”markalı **-ZT-*** dövlət nömrə nişanlı və “Mersedes C 180” markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş, toqquşmadan sonra yaxınlıqda olan mağazaya da zərər vurulmuşdur. Hadisə ilə əlaqədar Səbail rayon RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.1-ci maddələri, Cavabdeh2 isə Səbail rayon RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə məsuliyətə cəlb olunmuşlar. Vurulmuş zərərin məhz cavabdehlərin təqsiri nəticəsində baş verməsi inzibati xətaya dair qərarlarla öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4346 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mersedes C 180” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3200 manat, xx.xx.2021-ci il tarixli, 4425 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “BMW 525” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 380 manat, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0415-01/22 saylı qiymətləndirmə aktına əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda yerləşən mağazaya 700 manat ziyan dəymişdir. "xxxx" ASC tərəfindən “BMW 525”markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxs Zeynalov Elvin Məhəmməd oğluna xx.xx.2022-ci ildə 380 manat, “Mersedes C 180” markalı **-CG-*** avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxs X1 xx.xx.2022-ci ildə 3200 manat və mağazaya dəymiş zərərə görə zərərçəkmiş şəxs Xəlilov Surxay Eynulla oğluna xx.xx.2022-ci ildə 700 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Nəticədə iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Ona görə də həmin məbləğlərin müştərək qaydada cavabdehlərdən tutulması üçün hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli PXA ********** sığrta müqaviləsinə əsasən “Mersedes Benz 230” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığorta edilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nin əməkdaşı R.Əliyev tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 “Mersedes Benz 230” markalı 10-VF- 169 dövlət nömrə nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 180 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nin əməkdaşı R.Rzayev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 barəsində “Mersedes Benz 230” markalı 10-VF- 169 dövlət nömrə nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tətbiq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4346 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Mersedes C 180” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3200 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4425 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “BMW 525” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 380 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0415-01/22 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda yerləşən mağazaya dəymiz ziyan 700 manat təşkil edir. İşdə olan “sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı”nın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Bağırzadə Elnur Ramiz oğluna sığorta ödənişinin həyata keçirilməsi üçün xx.xx.2022-ci ildə plastik kart verilmişdir. İşdə olan “sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı”nın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Zeynalov Elvin Məhəmməd oğluna sığorta ödənişinin həyata keçirilməsi üçün xx.xx.2022-ci ildə plastik kart verilmişdir. İşdə olan “sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı”nın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Xəlilov Surxay Eynulla oğluna sığorta ödənişinin həyata keçirilməsi üçün xx.xx.2022-ci ildə plastik kart verilmişdir. İşdə olan cari hesabdan çıxarışların surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən “BMW 525”markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxs Zeynalov Elvin Məhəmməd oğlunun plastik kartına xx.xx.2022-ci ildə 380 manat, “Mersedes C 180” markalı **-CG-*** avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxs Bağırzadə Elnur Ramiz oğlunun plastik kartına xx.xx.2022-ci ildə 3200 manat və mağazaya dəymiş zərərə görə zərərçəkmiş şəxs Xəlilov Surxay Eynulla oğlunun plastik kartına xx.xx.2022-ci ildə 700 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə göndərilən xx.xx.20224-cü il tarixli etiraz ərizəsinin məzmunundan görünür ki, o, etibarnamə əsasında istifadəsində olan “Mersedes Benz 230” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobili təmir etmək üçün avtomobil ustası Cavabdeh1 verdiyini, sonuncunun onun iradəsinə zidd olaraq xəbəri olmadan idarə edib qəza törətdiyini, barəsində cərimə edilməsinə dair Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında qərarın qəbul edilməsindən və cərimənin kim tərəfindən ödənilməsindən xəbər olmadığını qeyd edərək iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh2 tərəfindən Bakı şəhəri Səbail rayon RPİ-də verilmiş xx.xx.2021-ci il tarixli yazılı izahatın məzmunundan görünür ki, o, izahatında Cavabdeh1 etibarnamə əsasında istifadəsində olan “Mersedes Benz 230” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobili ondan istədiyini, xəstəsi olduğundan həkimə getməsi üçün avtomobili Cavabdeh1 verdiyini və sonuncunun yol-nəqliyyat hadisəsi törətməsinin sonradan bildiyini qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, etibarnamə əsasında Cavabdeh2 istifadəsində olan “Mersedes Benz 230” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Digər Cavabdeh1 xx.xx.2021-ci il tarixdə idarə etmək hüququ olmadan “Mersedes Benz 230” markalı **-VF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda “BMW 525”markalı **-ZT-*** dövlət nömrə nişanlı və “Mersedes C 180” markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş, toqquşmadan sonra yaxınlıqda olan mağazaya da zərər vurmuşdur. Hadisə ilə əlaqədar Səbail rayon RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.1-ci maddələri, Cavabdeh2 isə Səbail rayon RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə məsuliyətə cəlb olunmuşlar. Vurulmuş zərərin məhz cavabdehlərin təqsiri nəticəsində baş verməsi inzibati xətaya dair qərarlarla öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4346 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mersedes C 180” markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3200 manat, xx.xx.2021-ci il tarixli, 4425 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “BMW 525” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 380 manat, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0415-01/22 saylı qiymətləndirmə aktına əsasən Bakı şəhəri, Səbail rayonu, Səlyan yolunda yerləşən mağazaya 700 manat ziyan dəymişdir. "xxxx" ASC tərəfindən “BMW 525”markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxs Zeynalov Elvin Məhəmməd oğluna xx.xx.2022-ci ildə 380 manat, “Mersedes C 180” markalı **-CG-*** avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxs X1 xx.xx.2022-ci ildə 3200 manat və mağazaya dəymiş zərərə görə zərərçəkmiş şəxs Xəlilov Surxay Eynulla oğluna xx.xx.2022-ci ildə 700 manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. Nəticədə iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Ona görə də "xxxx" ASC həmin məbləğlərin müştərək qaydada cavabdehlərdən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilədən kənar öhdəliklərə aid olmaqla zərər vurulması (delikt) nəticəsində yaranan sığorta hüquq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə görəicbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncüşəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini sığortalıya ödəmiş olsun. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəməişin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və işdə olan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslıdır. Ona görə də təmin edilməli və ödənilməli olan məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərə görə 4280 manat, dövlət rüsumuna görə 62,80 manat, cəmi 4342,80 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №e-2(061)-174/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-174/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver