Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1801/2025 23.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ( bundan sonra “X2 Kompleksi” MMC adlandırılacaq), Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən “X1 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 1198(bir min yüz doxsan səkkiz) manat, 92(doxsan iki) qəpik, hesablanmış cərimə borcuna görə 239 (iki yüz otuz doqquz) manat 79 (yetmiş doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat olmaqla, cəmi 1470 (bir min dörd yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Kompleksi” MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. “X1 Kompleksi” MMC məhkəməyə elektron qaydada ərizə təqdim edərək iddianı müdafiə etdiklərini, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiklərini, iştirakları olmadan işə baxılıb iddianın təmn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-in “X3 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli, 57 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 1,51 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 2283,63 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 1084,71 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2024-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 57 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1198,92 bir min yüz doxsan səkkiz) 92 (doxsan iki) qəpik borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambıöın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 700 manatdır) 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 239,79 manat təşkil etmişdir. (Verilməmişdir: 1198,92manat x20%= 239,79 manat). Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh “X1 Kompleksi” MMC -in xeyrinə əsas borca görə əsas borca görə 1198(bir min yüz doxsan səkkiz) manat, 92(doxsan iki) qəpik, hesablanmış cərimə borcuna görə 239 (iki yüz otuz doqquz) manat 79 (yetmiş doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat olmaqla, cəmi 1470 (bir min dörd yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 57 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-in “X3 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 57 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 057 saylı müqaviləsinə əsasən “X1 Kompleksi” MMC-ə olan borcu 2283,63 manat təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü pretenziyanın surətindən görünür ki, Cavabdeh 3 gün müddətində borcun ödənilməsinin təmin etməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia ərizəsini və araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 57 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-in “X3 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 57 saylı xam-bambığın alqısatqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 2283,63 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 1084,71 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 57 saylı müqaviləin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1198,92 manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmamış, eləcə də cavabdeh öz növbəsində az məhsul təhvil versə də öhdəliyin müəyyən bir hissəsəni icra etmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, bu da əsas səbəblərdəndir. Məhkəmə belə hesab edir ki, “X2 Kompleksi” MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borca görə “X1 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 1198 (bir min yüz doxsan səkkiz) manat, 92 (doxsan iki) qəpik, hesablanmış cərimə borcuna görə 239 (iki yüz otuz doqquz) manat 79 (yetmiş doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat olmaqla, cəmi 1470 (bir min dörd yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik pul vəsaiti alnaraq iddiaçı “X1 Kompleksi” MMC -in xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə “X1 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 1198 (bir min yüz doxsan səkkiz) manat, 92 (doxsan iki) qəpik, hesablanmış cərimə borcuna görə 239 (iki yüz otuz doqquz) manat 79 (yetmiş doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat olmaqla, cəmi 1470 (bir min dörd yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik pul vəsaiti alnaraq iddiaçı “X1 Kompleksi” MMC -in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-1801/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1801/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver