Məhkəmə qərarları › İş №e-2(061)-181/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-181/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-181/2025 17.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə dair işə məhkəmənin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, Fendaraq Panasonic üçün üçün ödənilməmiş hissə üzrə 1295,64 manat, cərimə üzrə 129,36 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Toshiba LED Tv, Yupiter YP TV üçün ödənilməmiş hissə üzrə 266,4 manat, cərimə üzrə 26,6 manat, ümumilikdə 1718 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 37,18 manat pulun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, hissə-hissə hər ay 69,05 manat ödəmək şərti ilə 1657,2 manat dəyərində Paltaryuyan Samsung, Fendaraq Panasonic; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 34,3 manat ödəmək şərti ilə 617,4 manat dəyərində Toshiba LED Tv, Yupiter YP TV satılmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, Fendaraq Panasonic üçün ödənilməmiş hissə üzrə 1295,64 manat, cərimə üzrə 129,36 manat; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, Toshiba LED Tv, Yupiter YP TV üçün ödənilməmiş hissə üzrə 266,4 manat, cərimə üzrə 26,6 manat, ümumilikdə 1718 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, o, müqavilə üzrə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 712,56 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrlə cavabdehin ünvanına göndərilmişdir.Lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan tərəflər arasında bağlanmış 03904736 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, hissə-hissə hər ay 69,05 manat ödəmək şərti ilə 1657,2 manat dəyərində Paltaryuyan Samsung, Fendaraq Panasonic satılmışdır. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən Cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 165,72 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış 03464431 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, hissə-hissə hər ay 34,3 manat ödəmək şərti ilə 617,4 manat dəyərində Toshiba LED Tv, Yupiter YP TV satılmışdır satılmışdır. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən Cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 61,74 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, Fendaraq Panasonic üçün ödənilməmiş hissə üzrə 1295,64 manat, cəriməyə görə 129,36 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Toshiba Led TV, Yupiter YP üçün ödənilməmiş hissə üzrə 266,4 manat, cəriməyə görə 26,6 manat cəmi 1718 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli çek məlumatlarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 37,58 manat pul ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, Fendaraq Panasonic üçün üçün ödənilməmiş hissə üzrə 1295,64 manat, cərimə üzrə 129,36 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Toshiba LED Tv, Yupiter YP TV üçün ödənilməmiş hissə üzrə 266,4 manat, cərimə üzrə 26,6 manat, ümumilikdə 1718 manat borc və ödənilmiş dövlət rüsumuna görə 37,18 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, Fendaraq Panasonic üçün üçün ödənilməmiş hissə üzrə 1295,64 manat, cərimə üzrə 129,36 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Toshiba LED Tv, Yupiter YP TV üçün ödənilməmiş hissə üzrə 266,4 manat, cərimə üzrə 26,6 manat, ümumilikdə 1718 manat borc və ödənilmiş dövlət rüsumuna görə 37,18 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar