Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-320/2025 03.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı "xxxx" X2 Cəmiyyətinin (bundan sonra "xxxx" MMC adlandırılacaq) səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC -in Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair ərizə ilə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən ödənilməmiş 1170 (min yüz yetmiş) manat məbləğində borcun və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi verərək iddiaçı "xxxx" MMC -in ona qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin e-2(061)-320/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC-in Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması və işin hazırlıq iclasına təyin edilməsi qərara alınmışdır. İddiaçı qismində X4 məhkəmə iclasında göstərmişdir ki, "xxxx" MMC “OCEAN RO452CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" MMC-ə məxsus olan və qiyməti 1690 manat məbləğində olan “OCEAN RO452CS” markalı su təmizləmə sistemini yoxlanılaraq Cavabdeh təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2020-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.1010-ci il tarixli alqı-satqı müqaviləsinin şətrinə əsasən cavabdeh olan Cavabdeh “OCEAN RO452CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin keditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərərflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 100 manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 23 ay müddətinə olmaqla hər ayın 27-dən gec olmayaraq hər ay 70 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh erməni hərbi birləşmələri tərəfindən evinə düşən mərminin partlaması nəticəsində “OCEAN RO452CS” markalı su təmizləmə sisteminin sıradan çıxmasını bildirsə də, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Dəfələrlə cavabdehdən “OCEAN RO452CS” markalı su təmizləmə sisteminin qalan pulu tələb edilsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamışdır. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, "xxxx" MMC “OCEAN RO452CS” markalı su təmizləmə sistemini kreditlə satışı ilə əlaqədar olaraq aralarında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" MMC-ə məxsus, qiyməti 1690 manat məbləğində olan “OCEAN RO452CS” markalı su təmizləmə sistemi yoxlanılaraq ona təhvil verilməklə quraşdırılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Bundan sonra erməni hərbi birləşmələri tərəfindən atılmış mərminin onun fərdi yaşayış evinə düşdüyündən bir sıra ev əşyaları ilə yanaşı evində quraşdırılmış “OCEAN RO452CS” markalı su təmizləmə sistemi də yararsız hala düşmüşdür. Həmin vaxt bununla bağlı hər hansı bir sənəd tərtib olunmamışdır. Hazırda İddiaçı "xxxx" MMC ona qarşı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən ödənilməmiş 1170 (min yüz yetmiş) manat məbləğində borcun və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya qarşı etirazı olmadığını və gələcəkdə kredit borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən “OCEAN RO452CS” markalı su təmizləmə sistemi onun istifadəsinə verilmişdir. Hər iki tərəf müqaviləni imzalamışlar. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh “OCEAN RO452CS” markalı su təmizləmə sisteminə görə ilkin olaraq 100 manat ödəniş etmiş, qalan 1590 manat hər ay 70 manat olmaqla 24 aya ödəyib qartarmağı öhdəsinə götürmüşdür. Hər iki tərəf müqaviləni imzalamışlar. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 7 gün müddətinə müqavilədə qeyd edilən 1690 manat əsas borcdan qalıq borc olaraq 1170 manat ödəməsi tələb olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-ə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1170 manat borcu qalmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan 1690 manat dəyərində “OCEAN RO452CS” markalı su təmizləmə sistemi nisyə olaraq kreditə götürmüşdür. Cavabdeh həmin məbləğdən bir hissəsini ödəniş etmiş, 1170 manat borcu qalmışdir. Cavabdeh həmin məbləğdə borcu iddiaçıya vaxtında qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəmədə cavabdehə qarşı pul tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, "xxxx" MMC “OCEAN RO452CS” markalı su təmizləmə sistemini kreditlə satışı ilə əlaqədar olaraq aralarında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" MMC-ə məxsus, qiyməti 1690 manat məbləğində olan “OCEAN RO452CS” markalı su təmizləmə sistemi yoxlanılaraq ona təhvil verilməklə quraşdırılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Cavabdeh erməni hərbi birləşmələri tərəfindən atılmış mərminin onun fərdi yaşayış evinə düşdüyündən bir sıra ev əşyaları ilə yanaşı evində quraşdırılmış “OCEAN RO452CS” markalı su təmizləmə sistemi də yararsız hala düşməsini göstərsə də, bu barədə tərtib olunmuş hər hansı bir hüquqi sənədi, eləcə də cavabdeh bununla bağlı "xxxx" MMC-in rəhbərliyinə hər hansı məlumatın verilməsi ilə bağlı sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq belə ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə iddiaçı tərəfə olan borcu 1170 manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 1170 manat pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatında fikrini bildirərəkən iddiaçıya 1170 manat məbləğində borclu olduğunu etiraf etməsini həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə iddiaçı "xxxx" MMC-ə olan 1170 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı iddia ərizəsində göstərilən məbləğdə “OCEAN RO452CS” markalı su təmizləmə sistemini ödəniş cədvəlinə uyğun hissə-hissə ödəmək şərti ilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 1170 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 33 (otuz üç) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, tərəflər arasında bağlanmış müqaviini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1170 (min yüz yetmiş) manat məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu alınaraq "xxxx" MMC-ə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1170 (min yüz yetmiş) manat məbləğində pul vəsaiti və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu alınaraq "xxxx" MMC -ə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-320/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-320/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver