Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-399/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla Tərtər rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V-557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla cavabdehin mərhum atası X2 yeganə vərəsəsi kimi tanınması barədə Tərtər Rayonu Notariat Ofisi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli V-220/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələri etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla Tərtər rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V-557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla xx.xx.2007-ci ildə vəfat etmiş atası X2 vərəsəsi kimi tanınması, ünvan 3ində yerləşən 0,08 ha torpaq sahəsinin mərhum atası X3 məxsus 0,********** ha hisəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 127.2 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum atası X3 məxsus olan 42.4 kv.metr hissəsi üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(061)-1205/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq İddiaçı mərhum 06 yanvar 2007ci ildə vəfat etmiş atası X2 İ dərəcəli vərəsəsi kimi tanınmış, ünvan 3ində yerləşən 0,08 ha torpaq sahəsinin mərhum X3 məxsus 0,********** ha hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X3 məxsus olan 42,4 kv.metr hissəsndən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. Bundan sonra Tərtər rayon Notariat Ofisinə müraciət edərkən ona atası X2 barəsində Tərtər rayon Notariat Ofisində V-220/2022 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında toplanmış sənədlərin mövcud olduğu, həmin sənədləşmə əsasında ona məxsus əmlakın Cavabdeh miras olaraq verilməsi, ona görə də, V-220/2022 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməyənədək onu vərəsə kimi tanınmasının mümkün olmayacağı bilririlmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Tərtər rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, V-220/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda sadalananlara əsasən Cavabdeh mərhum atası X2 yeganə vərəsəsi kimi tanındığı Tərtər rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli V-220 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərdiklərini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, Tərtər rayon Səhləbad kəndində anadan olmuş, atası xx.xx.2007-ci ildə vəfat etmiş X9, anası isə 28 may 2012-ci ildə vəfat etmiş X12 olmuşdur. Onun valideynləri vəfat edərkən onların övladları özü, qardaşları Azər və Cavabdehlər olmuşdur. Ata-anası vəfat edərkən qardaşları Rusiya Federasiyasında olmuşlar. Qardaşları Rusiya Federasiyasından gəlmiş və onu evdən çıxarmışlar. Hazırda ata evi olmasına baxmayaraq, oğlunun yaşadığı alçaq mərtəbəli, şəraitsiz daxalda yaşamaq məcburiyyıtində qalmışdır. Onun başqa yerdə yaşamağa yeri yoxdur. Ata-anası vəfat etdikdən sonra da mübahisəli evdə yaşamışdır. O da valideynlərinin övladı olmaqla, vərəsəsidir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-317/2024 nömrəli qətnaməsi ilə onun iddası təmin edilmiş, Cavabdeh adına verilmiş 01 noyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilmiş, o, mərhum anası X6 qanun üzrə vərəsəsi kimi tanınmış, ünvan 3ində yerləşən mərhum X4 miras qalmış 0,0267 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 92 kv.metr, yardımçı sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X10 məxsus olan 42,4 kv.metr hissəsindən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. Eyni zamanda Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-1205/2024 nömrəli qətnaməsi ilə onun iddası təmin edilmiş, o, mərhum 06 yanvar 2007-ci ildə vəfat etmiş atası X2 İ dərəcəli vərəsəsi kimi tanınmış, ünvan 3ində yerləşən 0,08 ha torpaq sahəsinin mərhum X3 məxsus 0,********** ha hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X3 məxsus olan 42,4 kv.metr hissəsindən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bilbirmişdir. Əvvəlcə məhkəmədə Cavabdeh qarşı maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla cavabdehin mərhum atası X2 yeganə vərəsəsi kimi tanınması barədə Tərtər rayonu Notariat Ofisi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli V-220/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələri etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla Tərtər rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V- 557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Odur ki, məhkəmə işə Cavabdeh iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə maraqlı şəxs Tərtər rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Tərtər rayon Səhləbad kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ 237291 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Tərtər rayon Səhləbad kəndində anadan olmuş və həmin sənəddə ata qrafasında X9, ana qrafasında X12 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 13 saylı qərarı ilə verilmiş JN-394B saylı, KOD nömrəsi 61111018 olan “Torpağın Mülkiyyət Verilməsinə” Dair Şəhadətnamənin surətindən göünür ki, həmin sənəddə X9, X12 və Cavabdeh mülkiyyətçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Xüsusi Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair 658 saylı qərarın surətindən görünür ki, ünvan 3ində yaşayan İddiaçı, xx.xx.2012-ci ildə vəfat etmiş X5 və xx.xx.2007-ci il tarixində vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün təqdim etdiyi sənədləri nəzərdən keçirərək vərəsə tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyündən ünvan 3ində yaşayan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona qərardan razı olmadığı təqdirdə məhkəməyə şikayət edə biləcəyi izah edilmişdir. İş materiallarına əlavə edilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 arasında nikah xx.xx.1960-cı ildə rəsmi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 21 avqust 1998-ci il tarixli qətnaməsindən çıxarışın surətindən görünür ki, İddiaçı ilə X15 arasında nikah ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Mərkəzi Xəstəxanasından alınmış 1155 saylı, xx.xx.2021-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı xəstəliyinin diaqnozu hipertoniya xəstəliyi- İİİ mərhələ, çox yüksək əlavə risk. Dissirkulyator ensefalopatiyadır. İş materiallarına əlavə edilmiş AZ-İ 208009 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2007-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ 27703 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Notariat Ofisindən sorğu edilərək alınmış materiallarda olan xx.xx.2022-ci il tarixdə Tərtər Rayon Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X2 vərəsəsi ünvan 2i ünvanında qeydiyyatda olan Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DT və XK-in Tərtər Rayon şöbəsi tərəfindən xx.xx.2002-ci tarixdə verilmiş seriya nömrəsi JN:0394, KOD: 61111018 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,75 ha torpaq sahəsinin mərhum X3 məxsus olan 0,25 ha hissəsindən ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci tarixli qeydiyyat nömrəsi 109 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Notariat Ofisindən sorğu edilərək alınmış materiallarda olan xx.xx.2022-ci il tarixdə Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X7 vərəsəsi ünvan 2i ünvanında qeydiyyatda olan Cavabdeh və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DT və XK-in Tərtər Rayon şöbəsi tərəfindən xx.xx.2002-ci tarixdə verilmiş seriya nömrəsi JN:0394, KOD: 61111018 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,75 ha torpaq sahəsinin mərhum X11 məxsus olan 0,25 ha hissəsindən ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci tarixli qeydiyyat nömrəsi 109 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Notariat Ofisindən sorğu edilərək alınmış materiallarda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinin surətindən görünür ki, ünvan 3ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsnidə inşa edilmiş ümumi sahəsi 127,2 kv.metr sahəsən ibarət fərdi yaşayış evi və evin 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh, X2 və X7 adına payları ümumi birgə mülkiyyət kimi müəyyən edilməklə xx.xx.2023-cü ildə ********** sayla qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(061)-317/ xx.xx.2024 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh adına verilmiş 01 noyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilmiş, İddiaçı mərhum anası X6 qanun üzrə vərəsəsi kimi tanınması, ünvan 3ində yerləşən mərhum X4 miras qalmış 0,0267 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 92 kv.metr, yardımçı sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X10 məxsus olan 42,4 kv.metr hissəsindən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(061)-1205/2024 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı mərhum 06 yanvar 2007-ci ildə vəfat etmiş atası X2 İ dərəcəli vərəsəsi kimi tanınmış, ünvan 3ində yerləşən 0,08 ha torpaq sahəsinin mərhum X3 məxsus 0,********** ha hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X3 məxsus olan 42,4 kv.metr hissəsndən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinlədikdən sonra məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı və cavabdeh mərhum X8 birinci dərəcəli vərəsələridirlər. Onların ataları X9 xx.xx.2007-ci ildə, X13 xx.xx.2012-ci ildə vəfat etmişlər. Valideynlərinin hər ikisi vəfat etdiyindən miras açılmışdır. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-317/ xx.xx.2024 nömrəli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh adına verilmiş 01 noyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilmiş, İddiaçı mərhum anası X6 qanun üzrə vərəsəsi kimi tanınması, ünvan 3ində yerləşən mərhum X4 miras qalmış 0,0267 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 92 kv.metr, yardımçı sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X10 məxsus olan 42,4 kv.metr hissəsindən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. Eləcə də məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(061)-1205/2024 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı mərhum 06 yanvar 2007-ci ildə vəfat etmiş atası X2 İ dərəcəli vərəsəsi kimi tanınmış, ünvan 3ində yerləşən 0,08 ha torpaq sahəsinin mərhum X3 məxsus 0,********** ha hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 127,2 kv.metr, yaşayış sahəsi 35,2 kv.metr, 3 otaqlı fərdi yaşayış evinin mərhum X3 məxsus olan 42,4 kv.metr hissəsndən qanun üzrə İddiaçı payı 1/3 hissədə müəyyən edilmişdir. Həmin qətnamələrdən şikayət verilməmiş, qətnamələr qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Göründüyü kimi iddiaçı qətnamələrin icra edilməsi üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmiş, lakin həmin vaxt sənədləşdirmə mümkün olmamış, belə ki, Cavabdeh adına Tərtər Rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V-557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mövcud olduğu bilrirlmişdir. Odur ki, iddiaçı məhkəmədə həmin şəhadətnamələrin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmağa məcbur olmuşdur. Hazırki iddia ilə bağlı hüquqi münasibətlər 01 sentyabr 2000-ci ildən sonra yarandığı üçün qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nizama salınmalıdır. Bütün bunlarla yanaşı məhkəmə iclasında aşkar edilmişdir ki, iddiaçı və cavabdeh bacı qardaşdırlar. Onların aralarında valideynlərindən miras qalmış daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Tərəflərin valideynləri ölmüş, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı İddiaçı da mərhum valideynlərinin birinci dərəcəli vərəsəsidir. O da vərəsə kimi mirasdan pay almaq hüququna malikdir. O, bu məqsədlə Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, lakin cavabdehin adına verilmiş vərəsəlik şəhadətnamələri mövcud olduğundan məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh adına Tərtər rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V-557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci madəsində göstərilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci madəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad(ər), valideynlər (övladlığa götürənlər) bərabər pay almaq hüququna malikdirlər. Azərbaycan Respublikası MM-in 1243.3-cü maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın ifadə edilməsində və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1274-cü maddəsində göstərmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsində göstərmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun» 5-ci maddəsinə əsasən aşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilr. Yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı bir sənəd tələb edilə bilməz. Yuxarıda qeyd edilənlərdə görünür ki, İddiaçı hazırda da ünvan 4ində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 218-ci maddəsinə əsasən görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çixa bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Beləliklə, məhkəmə iddiaçının izahatını, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V-557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-556 və 2V-557 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-399/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-399/2025
05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver