Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-403/2025 08.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC adlandırılacaq) Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER, SBS qulaqlıq üçün 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1120.47 (bir min yüz iyirmi manat qırx yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borc və 68.56 (altmış səkkiz manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER və SBS qulaqlıq üçün 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1120.47 (bir min yüz iyirmi manat qırx yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borc və 68.56 (altmış səkkiz manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsinin icraatında olan 2(061)-403/2025 saylı mülki iş üzrə məhkəmə iclası 08 may 2025-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini, iddianı müdafiə etdiklərini və məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********26723 İPHONE 14 PRO MAX markalı telefon, APPELE ADAPTER və SBS qulaqlıq almış və nəticədə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarxli müqaviləyə əsasən 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1120.47 (bir min yüz iyirmi manat qırx yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borcu yaranmışdır. Cavabdeh 73.06 manat ödəniş etməmişdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından göünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlik lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Yuxarıda göstərdiklərinə əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER və SBS qulaqlıq üçün 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1120.47 (bir min yüz iyirmi manat qırx yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borc və 68.56 (altmış səkkiz manat əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir, maddi imkanı olmadığını üçün borcunu ödəyə bilməmiş, iddianın cərimə hissəsini qəbul etmədiyini, gələcəkdə borcunu hissə-hissə ödəyəcəyini və iddianın təmin edilıməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bilbirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19611810 saylı müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER və SBS qulaqlıq götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən 30 dekabr 2024-cü il tarixdə verilmiş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-ə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1120.47 (bir min yüz iyirmi manat qırx yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəf cavabdehə xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borc miqdarı və üzərinə düşən öhdəliyin 3 gün müddətində yerinə yetirilməsi barədə məlumat vermiş, öhdəliyi icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin izahatını, iş materiallarında olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19611810 saylı müqaviləyə əsasən İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER və SBS qulaqlıq almış və nəticədə 4855.37 (dörd min səkkiz əlli beş manat otuz yeddi) manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin müəyyən bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 1120.47 manat cərimə borcu, 1008.47 manat azaldılaraq, (1120.47 manat – 1008.47 manat =112 manat) 112 manat olmaqla təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə pulu olmaqla ümumilikdə 3846.9 (üç min səkkiz yüz qırx altı manat doxsan qəpik) manat təşkil etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbinə əlavə etdiyi vəsatətində Cavabdeh xx.xx.2023-cü il tarixli 19611810 nömrəli müqavilə üzrə cəmiyyətə təqdim edilmiş saxta arayışla bağlı xüsusi qərardad çıxarılmasını və prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir. Hazırki vəziyyətdə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı etiraf etdiyindən, maddi imkanı ilə bağlı borcunu ödəyə bilmədiyindən, gələcəkdə borcunu ödəyəcəyini bildirdiyindən, məhkəmə belə vəziyyətdə iddia tələbi ilə bağlı hər hansı bir problem qalmadığından iddiaçı tərəfin verdiyi vəsatətin təmin edilməsini məqsədmüvafiq hesab etməmişdir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi məbləğdə iddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat 46 (qırx altı) qəpik dövlət rüsunu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş qalan 10 (on) manat 10 (on) qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER və SBS qulaqlıq üçün 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə pulu olmaqla ümumilikdə 3846.9 (üç min səkkiz yüz qırx altı manat doxsan qəpik) manat borc və 58 (əlli səkkiz) manat 46 (qırx altı) qəpik ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş qalan 10 (on) manat 10 (on) qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia dəbbə puluna aid qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-236-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********82523 İPHONE 14 PRO MAX, APPELE ADAPTER və SBS qulaqlıq üçün 3734,90 (üç min yeddi yüz otuz dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 112 (yüz on iki) manat dəbbə pulu olmaqla ümumilikdə 3846.9 (üç min səkkiz yüz qırx altı manat doxsan qəpik) manat borc və 58 (əlli səkkiz) manat 46 (qırx altı) qəpik ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş qalan 10 (on) manat 10 (on) qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-403/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-403/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver