Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-412/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı MMC-in, Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icrat qaydasında Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən İddiaçı MMC-in xeyrinə əsas borc üzrə 245 (iki yüz qırx beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə aralarında mübahisə olduğundan pul tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1552/2024 saylı qərardadı ilə Cavabdeh etirazı əsasında İddiaçı MMC -in Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-in nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində, icraatda olan e-2(061)-412/2025 saylı mülki il üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il saat 11:30-da keçiriləyəcini, hazırki iddia tələbini müdafiə etdiyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiklərini, hər hansı sübut və vəsatətlərinin olmadığını bildirmiş, məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə Cavabdeh İddiaçı MMC arasında müddəti 18 ay olmaqla xx.xx.2019-cu il tarixli borc müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1609 manat olan məişət avandanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 275 manat borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilən borc müqaviləsinə əsasən 245 manat əsas bor və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 275 manat məbləğində pul vəsaitinin allınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh İddiaçı MMC-in xeyrinə əsas borc üzrə 245 (iki yüz qırx beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan SMS bildirişlə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli TRK5698855 saylı borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilkin ödəniş məbləği 7 manat olmaqla, İddiaçı MMC-dən 1602 manat dəyərində məişət avadanlığı götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci ildə bağlanmış TRK5796454 saylı müqavilə üzrə ödənilməmiş 270 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC Cavabdeh pretenziya məktubu ünvanına daxil olduğu gündən 3 iş günü müddətində borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iddia ərizəsini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Soliton LTD” MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə TRK5796454 saylı borc müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ilkin ödəniş məbləği 7 manat olmaqla1609 manat dəyərində məişət avadanlığı götürmüşdür. Müqaviləyə əsasən hər iki tərəf üzərinə öhdəlik gütürmüş, iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl etmiş, lakin caabdeh həmin öhdəliklərə əməl etməyərək götürdüyü məişət avadanlıqlarının ödənişini vaxtında etməmişdir. Beləliklə cavabdehin iddiaçı tərəfə iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Odur ki, iddiaçı sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə iki müqavilə üzrə 245 (iki yüz qırx beş) manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Soliton LTD” MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı MMC -ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı MMC -ə verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-412/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-412/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver