Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-518/2025 19.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələb edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 280 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC-in səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin inzibati binasında keçirilməsi nəzərdə tutulmuş baxış iclasında nümayəndə qismində iştirak etmək imkanları olmayacaqdır. Hazırki iş üzrə tərəfindən verilmiş iddia tələbini müdafiə edirlər. Təqdim edilmiş və iş materiallarında olan sübutlar əsasında işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində Şirkət tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus, “Tayota Previya minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Opel Vectra minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYP əməkdaşları tərəfindən tərtib olunmuş TP ******* saylı qərara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 nəqliyyat hadisəsi törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Opel Vectra minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 280 manat təşkil edir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən tətbiq edilmiş və 2022-ci il 01 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödənilməsinin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-in hesabına 33,10 manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar "xxxx" ASC tərəfindən iş üzrə PXA ********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkmişə dəymiş zərərə görə 280 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 280 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarına əlavə edilmiş SMS bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı “Tayota Previa minik” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı, mülkiyyətçisi Cavabdeh1 və hadisə baş verdiyi anda sürücü Cavabdeh2, avtonəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 olmaqla “Opel Vectra minik” markalı 99MT466 dövlət qeydiyyat nişanlı avtomibil olmuşdur. Məhkəmədə elan olunmuş TP ******* saylı qərara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 nəqliyyat hadisəsi törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli 937 saylı pretenziyanın surətindən görünür ki, Cavabdeh2 280 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında 7 gün müddətində "xxxx" ASC-in hesabına ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Opel Vectra minik” markalı 99MT466 dövlət qeydiyyat nişanlı avtomibilə dəymiş ziyan 280 manat təşkil etmişdir. Məhkəmədə elan olunmuş yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ZBT/988 nömrəli ödəniş aktının surətindən görünür ki, "xxxx" ASC-dən "xxxx" ASC-in hesabına 33,10 manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar "xxxx" ASC tərəfindən iş üzrə PXA ********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkmişə dəymiş zərərə görə 280 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iddia ərizəsini, araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində Şirkət tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus, “Tayota Previya minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Opel Vectra minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir.DYP əməkdaşları tərəfindən tərtib olunmuş TP ******* saylı qərara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 nəqliyyat hadisəsi törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Opel Vectra minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 280 manat təşkil edir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan RespublikasıMərkəzi bankı tərəfindən tətbiq edilmiş və 2022-ci il 01 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödənilməsinin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-in hesabına 33,10 manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar "xxxx" ASC tərəfindən iş üzrə PXA ********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkmişə dəymiş zərərə görə 280 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, "xxxx" ASC haqlı olaraq cavabdehlərə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarından gönür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmədə iddia qaldırılması üçün 06 dekabr 2022-ci il tarixdə (mədaxil qəbzi **********) qanunla nəzərdə tutulduğu kimi 31 (otuz bir) manat 20 (iyirmi) qəpik dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması ilə bağlı iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. İş materiallarını, iddiaçının ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-in hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-518/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-518/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver