Məhkəmə qərarları › İş №e-2(061)-540/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-540/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-540/2025 01.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 01 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş zərərə görə müştərək qaydada 1860 manat, dövlət rüsumuna görə 39 manat, cəmi 1899 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası üzrə PXA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı və "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı **- BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Həmin əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.2, 332.1, 334.3-cü maddələri ilə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktına əsasən “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1550 manat, “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 310 manat təşkil edir. Bununla əlaqədar "xxxx" ASC tərəfindən PXA ********** nömrəli sığorta aktına əsasən dəymiş maddi ziyanla bağlı “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə görə 1550 manat, “Ford Transit” markalı **-BC- *** dövlət nömrə nişanlı avtomobilə görə 310 manat, ümumilikdə 1860 manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Ona görə də həmin məbləğlərin müştərək qaydada cavabdehlərdən tutulması üçün hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İşdə olan PXA ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığorta edilmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı Ə.Əzizov tərəfindən tərtib edilmiş sığorta hadisəsi hesab edilə bilən halın təfərruatı barədə arayışın surətindən görünür ki, Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən Tərtər rayon Polis Şöbəsində verilmiş xx.xx.2022-ci il tarixli yazılı izahattın surətindən görünür ki, o, Cavabdeh1 sonuncuya məxsus “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını alıb sərxoş halda idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətdiyini, nəticədə “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı və “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə maddi ziyan vurduğunu etiraf etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı Ə.Əzizov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 barəsində “Ford Expedition minik” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2022-ci il il tarixdə Tərtər rayon H.Əliyev prospektində törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1, 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tətbiq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2-105/23 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 310 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası “Bakı Eksspertiza Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ME00057/23 saylı ekspert rəyinin surətindən görünür ki, “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1550 manat təşkil edir. İşdə olan avtonəqliyyat vasitəsinə dəyən ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ZBT1991/23 nömrəli ödəniş Aktının surətindən görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərvuran Cavabdeh2 xx.xx.2022-ci il il tarixdə Tərtər rayon H.Əliyev prospektində törətdiyi yol-nəqliyyat hadisəsi (toqquşma) ilə bağlı zərərçəkənin sığortaçısı "xxxx" MMC-nin hesabına 310 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan avtonəqliyyat vasitəsinə dəyən ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 26685/2022 nömrəli ödəniş Aktının surətindən görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərvuran Cavabdeh2 xx.xx.2022-ci il il tarixdə Tərtər rayon H.Əliyev prospektində törətdiyi yol-nəqliyyat hadisəsi (toqquşma) ilə bağlı zərərçəkənin sığortaçısı "xxxx" MMC-nin hesabına 1550 manat sığorta ödənişi köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası üzrə PXA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh1 məxsus “Ford Expedition minik” markalı **-BD- *** dövlət nömrə nişanlı avtomobil buna hüququ olmayan şəxs Cavabdeh2 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı və "xxxx"ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Həmin əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.2, 332.1, 334.3-cü maddələri ilə təqsirli bilinərək barrəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş qüsur aktına əsasən “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 1550 manat, “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin isə 310 manat təşkil etdiyi məlum olmuşdur. "xxxx" ASC tərəfindən PXA ********** nömrəli sığorta aktına əsasən dəymiş maddi ziyanla bağlı “Chevrolet Cruze mini”markalı **-XB-*** dövlət nömrə nişanlı avtomobilə görə 1550 manat, “Ford Transit” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə görə 310 manat, ümumilikdə 1860 manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Ona görə də "xxxx" ASC həmin məbləğlərin müştərək qaydada cavabdehlərdən tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilədən kənar öhdəliklərə aid olmaqla zərər vurulması (delikt) nəticəsində yaranan sığorta hüquq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə görəicbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncüşəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini sığortalıya ödəmiş olsun. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəməişin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və işdə olan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslıdır. Ona görə də təmin edilməli və ödənilməli olan məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 1860 manat, ödənilmiş dövlət rüsumuna görə 39 manat, cəmi 1899 manat pul müştərək qaydada tutularaq "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar