Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № e-2(061)-548/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Kompleksi” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 07 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: “X2 Kompleksi” MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 841,60 manat, cəriməyə görə 168,32 manat, cəmi 11942,05 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 31 manat, 1040 manat pulun tutularaq “X2 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında araşdırılan iddia ərizəsindən, Cavabdeh Qarac oğlunun verdiyi məlumatlardan və şəxsi məlumatlara dair elektron portaldan çıxarışdan Cavabdeh Bərdə rayonunun, Xanabad D., Şərəfli kəndində qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasınada iştirak edən Cavabdeh Bərdə rayonunun, Xanabad D., Şərəfli kəndində qeydiyyatda olduğu üçün mülki işi adiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsini etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə Cavabdeh dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, yuxarıda istinad olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44.2, 45.2. 45.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X2 Kompleksi” MMC-nin cavabdehlər Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə 2(061)-548/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №e-2(061)-548/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №e-2(061)-548/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver