Məhkəmə qərarları › İş №e-2(061)-616/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-616/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-616/2025 21.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 21 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı telefon üçün 3650,60 manat ödənilməmiş hissəyə görə, cəriməyə görə 1825,30 manat, ümumilikdə borca görə 5475,90 manat və ödənilmiş dövlət rüsumuna görə 74,76 manat alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya qarşı öz etirazını və etirazını əsaslandıra biləcək sübutlarını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 216,96 manat ödəmək şərti ilə 3905,25 manat dəyərində İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı telefon satılmışdır. Cavabdeh cəmi 254,68 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı üçün 3650,60 manat ödənilməmiş hissəyə görə, cəriməyə görə 1825,30 manat, ümumilikdə 5475,90 manat borcu yaranmışdır. İşdə olan tərəflər arasında bağlanmış 15952348 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, hissə-hissə hər ay 216,96 manat ödəmək şərti ilə İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı telefon satılmışdır. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə əsasən (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 390,54 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı telefona görə iddiaçıya olan ödənilməmiş hissə üzrə borcu 3650,60 manat, dəbbəyə görə 1825,30 manat, ümumilikdə borcu 5475,90 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Onlayın ödəniş sistemindən çıxarışdan görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 74,76 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 216,96 manat ödəmək şərti ilə 3905,25 manat dəyərində İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı telefon satılmışdır. Cavabdeh cəmi 254,68 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı üçün 3650,60 manat ödənilməmiş hissəyə görə, cəriməyə görə 1825,30 manat, ümumilikdə 5475,90 manat borcu yaranmışdır. Tələb olunsa da borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, təqdim etdiyi sübutlara əsasən yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıra biləcək sübutlarını məhkəməyə göndərməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan nisyə alqı-satqı münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və nisyə alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi aralarında bağlanmış 15952348 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə öz mallarını satsa da, cavabdeh iddiaçıya həmin malların tam dəyərini ödəməmişdir. Ona görə də cavabdehin iddiaçı qarşısında həmin malların dəyərini ödəmək öhdəliyi yaranmışdır. Bundan başqa yuxarıda müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış sözügedən müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2-ci və 5-ci bəndinə (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətlərinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 15952348 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 390,54 AZN cərimə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görəöhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 15952348 nömrəli, xx.xx.2024-cü il müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci və 5-ci bəndinə (müqavilənin 3.7-ci bəndinə görə ödəmə qaydası Əlavədə qeyd olunub) əsasən müddəti keçmiş məbləğin hər növbəti günün hesablanmış 1% həcmində peniya ödəməyi, ödəniş cədvəlinin tələblərini 03 aydan artıq müddətdə yerinə yetirmədikdə müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 390,54 AZN cərimə ödəməyi öhdəsinə götürdüyü və müqavilənin şərtlərinə lazımınca əməl etmədiyi üçün, o, tələb olunan cəriməni də ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 74,76 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********7805 olan İPHONE 15PRO markalı telefon üçün ödənilməmiş hissəyə görə 3650,60 manat, cəriməyə görə 1825,30 manat, cəmi borca görə 5475,90 manat və ödənilmiş dövlət rüsumuna görə 74,76 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar