Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-673/2025 03.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə 03 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 332.4 manat, cəriməyə görə 49.8 manat, ümumlikdə 382.2 manat; xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 148.9 manat, cəriməyə görə 22.3 manat, ümumlikdə 171.2 manat və xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 109.4 manat, cəriməyə görə 16.4 manat, ümumlikdə 125.8 manat borcun, ümumilikdə üç müqavilə üzrə 590,7 AZN əsas, 88.5 AZN cərimə, 679,2 AZN cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hissə-hissə hər ay 26 manat ödəmək şərti ilə 462.40 manat dəyərində HONOR markalı telefon və qulaqcıq; xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə, hissə-hissə hər ay 50 manat ödəmək şərti ilə 298.90 manat dəyərində HONOR markalı telefon; xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 41 manat ödəmək şərti ilə 487.90 manat dəyərində Samsung markalı teleon və aksesuarlar satılmış, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində peniya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə onun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HONOR markalı telefon və qulaqcıq üçün ödənilməmiş hissə üzrə 332,4 manat, cərimə üzrə 49,8 manat; xx.xx.2024-cü tarixli müqaviləyə əsasən HONOR markalı telefon üçün ödənilməmiş hissə üzrə 148,9 manat, cərimə üzrə 22,3 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung markalı teleon və aksesuarlar üçün ödənilməmiş hissə üzrə 109,4 manat, cərimə üzrə 16.4 manat, ümumilikdə üç müqavilə üzrə 590,7 AZN əsas, 88.5 AZN cərimə, cəmi 679,2 AZN borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, o, müqavilə üzrə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materialında olan reyestrdən görünür ki, cavabdeh məhkəmə bildirişi göndərilsə də, o, 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhəməyə göndərməmişdir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, hissə-hissə hər ay 26 manat ödəmək şərti ilə 462.40 dəyərində HONOR markalı telefon və qulaqcıq satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 6 ay müddətinə, hissə-hissə hər ay 50 manat ödəmək şərti ilə 298.99 manat dəyərində HONOR markalı telefon satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 41 manat ödəmək şərti ilə 487.90 manat dəyərində Samsung markalı telefon və aksesuarlar satılmış və cavabdeh gecikdirilən aylıq borcun 1% məbləğində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 ay müddətə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 332.4 AZN, cəriməyə görə 498 AZN, cəmi 830.40AZN təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6 ay müddətə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 148.9 manat, cəriməyə görə 223 manat, ümumlikdə 371.90 manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 ay müddətə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 109.4 manat, cəriməyə görə 164 manat, ümumlikdə 273.40 manat təşkil edir. İşdə olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan elektron ödəniş sistemindən çıxarışdan görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün İddiaçı MMC tərəfindən dövlət büdcəsinə xx.xx.2025-cü il tarixdə 30 manat məbləğində dövlət rüsumu pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 332.4 manat, cəriməyə görə 49.8 manat, ümumlikdə 382.2 manat; xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 148.9 manat, cəriməyə görə 22.3 manat, ümumlikdə 171.2 manat və xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 109.4 manat, cəriməyə görə 16.4 manat, ümumlikdə 125.8 manat borc, ümumilikdə üç muqavilə üzrə 590.7 AZN əsas, 88.5 AZN cərimə, cəmi 679,2 AZN borc və 30 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 332.4 manat, cəriməyə görə 49.8 manat, ümumlikdə 382.2 manat; xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 148.9 manat, cəriməyə görə 22.3 manat, ümumlikdə 171.2 manat və xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 109.4 manat, cəriməyə görə 16.4 manat, ümumlikdə 125.8 manat borc, ümumilikdə üç muqavilə üzrə 590.7 AZN əsas, 88.5 AZN cərimə, cəmi 679,2 AZN borc və 30 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №e-2(061)-673/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-673/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver