Məhkəmə qərarları › İş №e-2(061)-83/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-83/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-83/2025 21.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ( bundan sonra “X3 Kompleksi” MMC adlandırılacaq), Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X2 Kompleksi” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən “X2 Kompleksi” MMC-in xeyrinə əsas borca görə 51525 (əlli bir min beş yüz iyirmi beş) manat, hesablanmış cərimə borcuna görə 10305 (on min üç yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 276 (iki yüz yetmiş altı) manat olmaqla, cəmi 62106 (altmış iki min yüz altı) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Kompleksi” MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. “X2 Kompleksi” MMC məhkəməyə elektron qaydada ərizə təqdim edərək iddianı müdafiə etdiklərini, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiklərini, iştirakları olmadan işə baxılıb iddianın təmn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, alıcı qismində “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-in “X4 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 135 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 64982,73 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 13457,44 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 135 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 51525 (əlli bir min beş yüz iyirmi beş) manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xampambıöın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 800 manatdır) 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 7512 manat təşkil etmişdir. (Verilməmişdir: 51525 manat x 20%= 10305 manat.) Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh “X2 Kompleksi” MMC -in xeyrinə əsas borca görə 51525 (əlli bir min beş yüz iyirmi beş) manat, hesablanmış cərimə borcuna görə 10305 (on min üç yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 276 (iki yüz yetmiş altı) manat olmaqla, cəmi 62106 (altış iki min yüz altı) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəmə ərizə təqdim edərək göstərmişdir ki, su olmadığı üçün pambıq sahəsini suvara bilmədiyini, iddia tələbinin əsas hissəsində ona güzəşt olunmasını və cərimə məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 135 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-in “X4 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 135 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 135 saylı müqaviləsinə əsasən “X2 Kompleksi” MMC-ə olan borcu 51525,29 manat təşkil edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü pretenziyanın surətindən görünür ki, Cavabdeh 3 gün müddətində borcun ödənilməsinin təmin etməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin izahatını, cavabdehin ərizəsini dinlədikdən sonra araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli 2023cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 135 nömrəli müqavilənin surətindən görünür ki, alıcı qismində “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-in “X4 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 135 saylı xam-bambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pamblq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam bambıq ietehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 64982,73 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərinin müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin cavabdeh yaranmış borcdan 13457,44 manat dəyərində xam-pambıq təhvil vermişdir. Beləlıklə cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 135 saylı müqaviləin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 51525,29 manat borcu qalmışdır. Cavabdeh ərizəsində su olmadığına görə məhsul verə bilmədiyini göstərsə də, məhkəmə bu halları cavabdehin özünü müdafiə etməsi kimi qiymətləndirmiş və onun iddiaçı ilə bağladıqları müqavilədə bu kimi halların nəzərə alınması qeyd edilməmişdir. Odur ki, məhkəmə cavabdehin göstərdiklərini sübut kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmamış, eləcə də cavabdeh öz növbəsində az məhsul təhvil versə də öhdəliyin müəyyən bir hissəsəni icra etmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti də nəzərə alınmalıdır ki, bu da əsas səbəblərdəndir. Məhkəmə hesab edir ki, belə vəziyyətdə cavabdehin iddiaçıya borclu olduğu 10305 manat cərimə borcu, 9305 manat azaldılaraq, (10304 manat – 9305 manat = 1000 manat ) 1000 manat təmin edilməsi daha məqsədə müvafiqdir. Belə olan halda sosial ədalət bərpa edilmiş olacaqdır. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə 51525 (əlli min beş yüz iyirmi beş) manat, hesablanmış cərimə borcuna görə 1000 (bir min) manat, ümumilikdə 52525 (əlli iki min beş yüz iyirmi beş) manat təşkil etmişdir. Məhkəmə belə hesab edir ki, “X3 Kompleksi” MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borca görə 51525 (əlli bir min beş yüz iyirmi beş) manat, hesablanmış cərimə borcuna görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 276 (iki yüz yetmiş altı) manat olmaqla, cəmi 52801 (əlli iki min səkkiz yüz bir) manat pul vəsaiti alnaraq iddiaçı “X2 Kompleksi” MMC -in xeyrinə ödənilməlidir. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 51525 (əlli bir min beş yüz iyirmi beş) manat, hesablanmış cərimə borcuna görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 276 (iki yüz yetmiş altı) manat olmaqla, cəmi 52801 (əlli iki min səkkiz yüz bir) manat pul vəsaiti alınaraq iddiaçı “X2 Kompleksi” MMC -in xeyrinə verilsin. İddianın cərimə borcuna aid olan qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar